Reklam

Namizəd Əziz Qənbərov tərəfdarlarına və kəlbəcərlilərə müraciət etdi
25-01-2020 22:20

Bu dəfə tanınmış vəkil sosial şəbəkə üzərindən tərəfdarlarına və kəlbəcərlilərə müraciət edib.
Dalidag.az həmin müraciətin mətnini təqdim edir:
"Hörmətli və dəyərli KƏLBƏCƏRLİLƏRİM!
Mən çox az sayda olsa da məni tənqid edən, məni istəməyən KƏLBƏCƏRLİMİN də deputatı olmaq arzusundayam. Çünki onlar da gec tez haqq yolunda olduğumu hiss edəcəklər.
Kəlbəcər naminə, Kəlbəcərçilik naminə bu yola çıxdığımı qəbul edəcəklər. Onların da içərisində vicdanının səsinə qulaq asıb axşam evdə ailəsi ilə söhbət edərkən ürəkləri mənimlə olduğuna əminəm. Ancaq zamənə insanları özünə biganəçiliyə sürükləyib.
Onlar bir gün sonranı fikirləşsələr görərlər ki, bu hərəkətləri ilə Kəlbəcərə, Kəlbəcərliyə və ən əsası da öz gələcək övladına, qardaşına və s yaxınlarına pislik edir.
İnsan ömrü çox qısadır. Gözləməyəcəyimiz anda ölüm başımızın üstünü alacaq. O zaman dünyadan gedəndə rəhmət aparmaq ən gözəl nemət olacaqdır. Övladın Səninlə fəxrlə danışacaqdır.
Mən buradan mənim çoxsaylı tərəftarlarıma müraciət edərək xahiş edirəm ki, mənə qarşı olan insanlarla maksimum mehriban rəftar edin. Ən azından ona görə ki, onların da daşıdığı ad Kəlbəcərlidir".
Dalidag.az



Yazı axını
12 / 07 / 2025
12 / 07 / 2025
12 / 07 / 2025
11 / 07 / 2025
11 / 07 / 2025
10 / 07 / 2025
10 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
08 / 07 / 2025
08 / 07 / 2025
07 / 07 / 2025
06 / 07 / 2025
06 / 07 / 2025
05 / 07 / 2025
05 / 07 / 2025
05 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
03 / 07 / 2025
Ən çox oxunanlar