Reklam

Ə
02-04-2020 18:22
Hər il aprelin 3-dən mənim üçün yeni hesab nöqtəsi, yeni tarix başlanır... Qaçqın və yaxud məcburi köçkün statusum olmasa da, əksər kəlbəcərlilər kimi, mənim də ömrüm o gündən iki yerə, iki tarixə bölünüb..."əvvəl" və "sonra" tarixi.. Bu il, bu tarixin 27 yaşı tamam olur. 27 ildir aprelin 3-dən başlayıram köcümü yığmağa..Kəlbəcərdən gətirmədiyim, "əvvəl"dən olmayan, "sonra"dan burda qazandığım köçümü - dərdlərimi yığmağa başlayıram. 27 ildir "İn şə Allah, bu il qayıdarıq" deyərək aprelin 3-dən başlayıram, yığıram ki, ora aparam burda olan "qazanc"ımı. Axı orda bu dərdlərim yox idi, axı onlar mənim qəribçilik qazancımdır. Fiziki baxımdan ömrümün ən gözəl, mənən ən acınacaqlı çağlarımın, vətənsiz, yurdsuz ömrumün qazancı. Orijinalları orda qalmış dərdlərim.. qürbətdə həsrətini çəkdiyim uşaqlıq illərim, gəzdiyim cığırlar, aldığım hava, dərdiyim , qoxladığım bənövşələr, nərgizlər, dağılmış ata yurdum, söyülmüş məzarlarım, ayaqlar altına atılmış milli qeyrətim... daha nələr.., nələr.., nələr.
Hər il bu "qazancım"ı yığıram ki, qaytarım aparım orda yox edim, orda "xərcləyim" bu "qazancım"ı.
Budur artıq aprelin 2-dir, sabahdan yenə ümidlə yığışmağa, köçümü qavğarmağa başlayacağam. Nə bilmək olur, bəlkə doğrudan da bu il....
Gözlə sən yolumu, ey əziz vətən,
Qara saçlarıma səpilsə də dən,
Ömür yaşayıramram bir arzuyla mən,
Yağılar üstündə zəfərim qalıb!
Ulu Tanrım möhlət, dözüm ver mənə,
Hələ Kəlbəcərə səfərim qalıb!
Hər kəsə hörmət və ehtiramla; Əjdər Əslisaf.
Bakı, 02.04.2020.
Hər il bu "qazancım"ı yığıram ki, qaytarım aparım orda yox edim, orda "xərcləyim" bu "qazancım"ı.
Budur artıq aprelin 2-dir, sabahdan yenə ümidlə yığışmağa, köçümü qavğarmağa başlayacağam. Nə bilmək olur, bəlkə doğrudan da bu il....
Gözlə sən yolumu, ey əziz vətən,
Qara saçlarıma səpilsə də dən,
Ömür yaşayıramram bir arzuyla mən,
Yağılar üstündə zəfərim qalıb!
Ulu Tanrım möhlət, dözüm ver mənə,
Hələ Kəlbəcərə səfərim qalıb!
Hər kəsə hörmət və ehtiramla; Əjdər Əslisaf.
Bakı, 02.04.2020.



Yazı axını
13 / 07 / 2025
12 / 07 / 2025
12 / 07 / 2025
12 / 07 / 2025
11 / 07 / 2025
11 / 07 / 2025
10 / 07 / 2025
10 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
08 / 07 / 2025
08 / 07 / 2025
07 / 07 / 2025
06 / 07 / 2025
06 / 07 / 2025
05 / 07 / 2025
05 / 07 / 2025
05 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
Ən çox oxunanlar