Diasporla İş üzrə Dövlət Komitəsinin xaricdə yaşayan və uğurlu karyera qurmağı bacaran azərbaycanlılarla əlaqələri möhkəmləndirmək məqsədilə həyata keçirdiyi “Liderliyin inkişafı proqramı”nın ölkəmizə səfərə gəlmiş bir qrup iştirakçısı - Fransada və beynəlxalq miqyasda hüquq və vergi məsələləri üzrə xidmətlər təklif edən “LEXLOR” beynəlxalq hüquq şirkətinin rəhbəri və təsisçi partnyoru Edmond Verdier, Türkiyədə fəaliyyət göstərən “Edison” hüquq bürosunun sədri Ruslan Edison, Almaniyada

Hələ Qədim Romada günorta yeməyindən sonra istirahət etmək kimi bir anlayış var idi. Yunanıstanda bu bir adət halına çevrilmişdi. İspanlar bunu daha da müasirləşdirərək günorta yeməyindən sonra yuxuya “Siesta” adı verdilər. “Siesta” latın sözü olan “hora sexta” dan götürülüb. Mənası “6-cı saat” və ya “günorta” deməkdir. Siestanı çox vaxt “ispan yoqası” adlandırırlar. Siesta günorta yuxusu deməkdir. Günorta saatlarında qısa yuxu fasiləsinin günü daha faydalı, işi isə daha keyfiyyətli etdiyi

Dekabrın 17-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ölkəmizdə səfərdə olan israilli jurnalist Larri Luksner ilə görüşüb. Qonağa Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurdundan didərgin düşmüş 1 milyon 200 mindən çox soydaşımızın üzləşdiyi qaçqınlıq və köçkünlük problemi və onun həlli istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib. Onların daimi yaşayış yerlərini təcavüzkar Ermənistanın uzun illərdir

Dekabrın 17-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib. Prezident İlham Əliyev sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların, o cümlədən məcburi köçkünlərin müraciətlərinə diqqət və həssaslıq göstərilməsini bütün dövlət qurumlarının mühüm və təxirəsalınmaz vəzifəsi kimi müəyyənləşdirib. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində də vətəndaşların öz

"Azərbaycan Xalq Cümhuriyyətinin 101-ci ili başa çatmaqdadır”. Dalidag.az xəbər veir ki, bu sözlər Məhəmməd Əmin Rəsulzadənin ev-muzeyinin yaradılması təşəbbüsü ilə çıxış edən bir qrup ziyalının müraciətində yer alır. Müraciətin mətnini olduğu kimi təqdim edirik: "100 illik”lə bağlı ümidlər və təntənələrdən sonrakı müddət ərzində bu ümidlərin nə dərəcədə doğrulduğu, təntənələrin isə nə qədər "təntənəli” olduğu haqda düşünməyə kifayət qədər vaxtımız vardı. "Nələr” etdiyimizlə yanaşı, nələri "edə

XX əsrin əvvəllərində ABŞ-da uşaqları poçtla göndərirdilər. Buna səbəb həmin xidmətin dəyərinin bir dollardan az olması və qatar qiymətindən 10 dəfə ucuz başa gəlməsi idi. Göndəriləcək uşağı xüsusi poçt çantasına qoyur, paltarına möhür vurur və nəzərdə tutulan ünvana çatdırılırdı. Yol boyu isə poçt kuryerləri uşaqların qayğısına qalırdı. 1913-cü ildə ABŞ-da “Poçt haqqında qanun” qüvvəyə mindi. Bu qanun ölkə iqtisadiyyatı üçün yaxşı stimul oldu. Amerikalılar poçt vasitəsilə ərzaq, paltar, buğda,

“Bakı Gəmiqayırma Zavodu” MMC-də inşa olunan “Kəlbəcər” adlı növbəti tankerin gələn il istifadəyə verilməsi gözlənilir. Bu barədə tankerin sifarişçisi olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin QSC-nin (ASCO) mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev məlumat verib. “Kəlbəcər” adlı tankerin hazırlanması ilə Azərbaycanın bütün işğal olunmuş rayonlarının adlarının tankerlərə verilməsi başa çatacaq”, - o qeyd edib. “Bu tanker də maksimum yüklə Volqa-Don kanalı ilə dünya sularında, həm də Xəzər

Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri, hüquq elmləri doktoru, II dərəcəli dövlət ədliyyə müşaviri Eldar Həsənov “Azərbaycan dövlətini beynəlxq miqyasda uğurla təmsil etdiyinə görə” “Xəzər” Milli Mükafatı ilə təltif edilib. Dalidag.az -ın məlumatına görə dünən Bakı Biznes Mərkəzində baş tutan təqdimat mərasimində Milli Məclisin deputatları, yüksək rütbəli məmurlar, ictimai xadimlər, TV-lər və KİV-lər iştirak

Bu gün böyük azərbaycanlı, məşhur elma adamı, professor Xudu Məmmədovun doğum günüdür. Dalidag.az xəbər verir ki, alim AMEA-nın müxbir üzvü, Milli Azadlıq Qərargahı təşkilatının qurucularından biri və Böyük Britaniya Kral Akademiyasının fəxri üzvü olub. Xudu Məmmədov 1927-ci il dekabrın 14-də Ağdam rayonunun Mərzili kəndində doğulub. Ağdamda orta məktəbi bitirən Xudu Məmmədov Azərbaycan Dövlət Universitetinin Geologiya-coğrafiya fakültəsinin geologiya şöbəsinə daxil olub, 1951-ci ildə təhsilini

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi ilə məcburi köçkün yeniyetmə və gənclər arasında futzal turniri təşkil edir. Dekabrın 13-də bu münasibətlə Dövlət Komitəsində turnirdə iştirak edəcək komandaların nümayəndələri ilə görüş keçirilib. Dövlət Komitəsindən Dalidag.az -a verilən məlumatına görə Komitə sədri Rövşən Rzayev görüş iştirakçılarını salamlayaraq, qaçqınlar və məcburi
Yazı axını