Rusiyada koronavirus infeksiyasını müalicə edən dərman preparatı hazırlanıb. Bu barədə Federal Tibbi Bioloji Agentlik məlumat yayıb. Məlumatda bildirilib ki, agentlik koronavirus infeksiyasının müalicəsi üçün malyariya əleyhinə olan mefloxin preparatı əsasında yaradılan preparatı təqdim edib. Farmzaşita elmi istehsalat mərkəzi tərəfindən preparatın hazırlanmasında Çin və Fransanın təcrübəsindən istifadə olunub . Agentlik rəhbəri, Rusiyanın keçmiş Səhiyyə naziri Veronika Skvartsova yeni

Şahımızın nənəsi təmiz yunan idimi? Şah İsmayıl Səfəvinin anası Aləmşahbəyim xatun ağqoyunluların I sultanı Uzun Həsənin və Trabzon şahzadəsi Dəspinə xatunun (yunan dilindəki despina sözü türk dilindəki xatun sözü ilə eyni mənanı ifadə edir) övladı olmuşdur. Dəspinə xatunun anası isə Çingiz xanın böyük oğlu Cuçi xanın nəslindən olan Qızıl Orda şahzadəsi, Krım xanlığının qurucusu Hacı Gəray xanın (1397–1466) qızı idi. Digər məlumata görə, Dəspinə xatun Hacı Gəray xanın özünün deyil, onun əmisi

Bildiyimiz kimi, koronavirusla mübarizə fonunda bir sıra məhdudiyyətlər tətbiq olunmağa başlanılıb. Cəmiyyət üçün aktual məsələlərdən biri də hərbi xidmətini başa vurmuş əsgərlərin ehtiyata buraxılması ilə bağlı hər hansı bir dəyişikliyin olub-olmamasıdır. Dalidag.az xəbər verir ki, məsələ ilə bağlı Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik Vaqif Dərgahlı konkret.az-a açıqlama verib. “Azərbaycan Ordusunda xidmət edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata

Çinin Hubey əyalətinin mərkəzi olan Uhan şəhərinin metropoliten xidməti koronavirus epidemiyasının yayılması nəticəsində elan olunmuş iki aylıq fasilədən sonra öz fəaliyyətini bərpa edib. Dalidag.az xəbər verir ki, bu barədə yerli “Jenmin Jibao” qəzeti məlumat yayıb. Qəzetin yazdığına görə, hazırda 184 stansiya öz fəaliyyətini bərpa edib ki, burada da sərnişinlərin bədən hərarətinin müəyyən edilməsi üçün 200 ədəd istilikgöstərici qurğular yerləşdirilib. İnsanların vaqonlarda sayına nəzarət

Pandemiya dünya düzəmini dəyişdi: insanlar evlərə qapıldı, ölkələr sərhədləri bağladı. Belə kritik vəziyyətlərdə yenə də bir çoxları öngörənlərə üz tutur. Dalidag.az xəbər verir ki, Utro.ru saytı Vanqanın bu virusun gələcəyi ilə bağlı verdiyi proqnozun hələ 20 il əvvəl yayıldığını yazıb. Vanqanın bu proqnozu da bir çox kəhanətləri kimi gerçəkləşib. Vanqanın öngörüsünə görə, 2020 dünya ölkələrinin əksəriyyəti üçün həddən artıq ağır keçəcək. Koronavirus bir çox insanı məhv edəcək, ancaq zərdab

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri Qənbər Qurbanov “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Prezident İlham Əliyevin müvafiq Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat vəsait köçürüb. O da bildirilib ki, İctimai Birlik özünün nizamnaməsinə uyğun olaraq yarandığı gündən həyata keçirdiyi xeyirxahlıq missiyasını bu həssas və

Azərbaycan İlahiyyat İnstitutunun rektoru vəzifəsini icra edən, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov dinlə elmin qarşılıqlı münasibətləri haqqında fikirlərini bölüşüb. O qeyd edib ki, artıq iki ildir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 27 mart ölkəmizdə “Elm günü” kimi qeyd olunur. A.Şirinov daha sonra dinlə elmin qarşılıqlı münasibətləri haqqında fikirlərini bölüşüb: “Dahi Nizami “Qüvvət elmdədir, başqa cür heç kəs, Heç kəsə üstünlük eyləyə

Tədqiqatçılar koronavirus səbəbindən ölən 29 yaşlı xəstənin ekspertizasını həyata keçirdikdən sonra gözləmədikləri nəticə ilə üzləşiblər. Belə ki, COVID-19-un insan öldükdən sonra belə onun ağciyərində yaşadığı məlum olub. Çinin rəsmi “Xinhua” xəbər agentliyi bunu Pekin Universitetinin Birinci Xəstəxanasında çalışan yoluxucu xəstəliklər üzrə mütəxəssislərə istinadla bildirib. Elm adamlarının sözlərinə görə, ekspertiza zamanı xəstənin immun sisteminə ciddi ziyan dəydiyi və bunun da ölümə gətirib

Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən koronavirus infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən ardıcıl tədbirlərə uyğun olaraq Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2020-ci il 30 mart - 27 aprel tarixlərində aparılması nəzərdə tutulan ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu, eləcə də aprel ayı üçün planlaşdırılan bütün tədbirlər təxirə salınıb. DİM-dən verilən məlumata görə, ali və orta ixtisas təhsili

Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq beşgünlük iş həftəsində çalışanlar üçün 2020-ci il 29 mart - 3 aprel tarixləri, altıgünlük iş həftəsində çalışanlar üçün 26 - 28 mart və 30 mart - 4 aprel tarixləri qeyri-iş günləri müəyyən edilib. Dalidag.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Müəyyən edilib ki, bu qərar dövlət əhəmiyyətli, həyat təminatlı obyektlərə, həmçinin banklara, supermarketlərə, ərzaq mağazalarına, əczaçılıq müəssisələrinə, apteklərə,
Yazı axını
 
04 / 05 / 2024
 
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024