Bakıda fəaliyyət göstərən ekspres marşrut xətlərinə yeni avtobuslar buraxılıb. Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Məlumatda bildirilir ki, yeni avtobuslar M3 Ekspress xətti ("Koroğlu"m/s-"28 May" m/s) üzrə fəaliyyətə başlayıb. Marşrut üzrə daşımalar 18 metrlik avtobuslarla həyata keçirilir. Dalidag.az

Vaksin hazırlanana qədər koronavirusun yayılmasının qarşısını almaq üçün epidemiyanın miqyasları əhəmiyyətli amildir və bu, ümumxalq səviyyəsində təcridlə mümkündür. Bu barədə "Veçernyaya Moskva” nəşrinə rusiyalı epidemioloq Mixail Favorovməlumat verib. Mövcud vəziyyəti 2002-ci ildə SARS atipik pnevmoniyasının yayılması ilə müqayisə edən Favorov o zaman hökumətlərin hər şeyi axarına buraxdığını vurğulayıb: "Hazırda isə Çin rəhbərliyi daha sərt tədbirlər gördü, 11 milyonluq şəhər fəaliyyətini

İtaliyada 6 min 414 həkim koronavirusa yoluxub. İtaliya Həkimlər Birliyi virusadan ən az 51 həkimin öldüyünü təsdiqləyib. İtaliyanın Səhiyyə nazirinin müavini Pierpaolo Sileri bildiribki, ölkəsi hazırda epidemiyanın ən yüksək nöqtəsindədir. O bir həftə, 10 gün ərzində testləri müsbət nəticə verənlərin sayında ciddi azalma müşahidə ediləcəyinə ümidvardır. Qeyd edək ki, ölən həkimlərin 32-si ən çox yoluxma hadisəsi olan Lombardiya bölgəsində çalışıb.publika.az Dalidag.az

Düz 27 il bundan əvvəl Kəlbəcər uğrunda necə mübarizə aparırdıqsa, bu günlər də həyat uğrunda elə mübarizə aparırıq. Onda torpağı qoruyarkən şəhid olmaq şərəf sayılırdı, indi isə sətəlcəmdən ölmək böyük ayıb hesab olunur. Bəlkə bütün imkanlarımızı, gücümüzü, birliyimizi bərpa edib 27 illik biabırçılığın, rüsvayçılığın əvəzini çıxaq. İnanın, tam səmimiyyətimlə deyirəm: bir işarə bəsdir ki, bütün millət koronovorusa-sətəlcəmə baxmayaraq birləşib torpaqlarımızı azad etsin! İndi Allah bəlkə də

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək. Dalidag.az xəbər verir ki, parlamentin iclasının gündəliyinə 16 məsələ daxildir. Deputatlar "Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışı müddətinin uzadılması haqqında” qanun layihəsini də müzakirə edəcəklər. Qeyd edək ki, həqiqi hərbi xidmətə çağırış müddətinin uzadılması koronavirus infeksiyası ilə əlaqədardır. Layihədə bu müddətin mayın 31-dək uzadılması təklif edilir.

"AzərNəşr"-in baş redaktoru, sabiq millət vəkili Əlövsət Ağalarov Koronavirusla mübarizəyə dəstək kampaniyasına qoşulub. Dalidag.az xəbər verir ki, Əlövsət Ağalarovun moderator.az-a verdiyi məlumata görə nəşriyyatın daxili imkanları hesabına Koronovirusla Mübarizəyə Dəstək Fonduna 5000 (beş min) manat ianə köçürülüb. Eyni zamanda, nəşriyyatın əməkdaşlarına bir aylıq əməkhaqqı məbləğində maddi yardım edilib. Dalidag.az

”Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və REAL TV-nin birlikdə keçirdiyi “Evdə qal, cəmiyyəti qoru” adlı ictimai monitorinq və məlumatlandırma kampaniyasına qoşulub və koronavirusun yayılmasının qarşısının alınmasına ictimai dəstəyi təmin etmək məqsədilə başladılan bu kampaniyaya dəstəyini ifadə edir. Dalidag.az xəbər verir ki, İctimai Birliyin sədri Qənbər Qurbanov, “Azərbaycan Respublikasında əhalinin

Azərbaycan futzalına ağır itki üz verib. Dalidag.az apasport.az-a istinadən bildirir ki, Azərbaycan Futzal Federasiyasının (AFF) sabiq prezidenti və İcraiyyə Komitəsinin üzvü Ağarza Rzayev 66 yaşında vəfat edib. Onun ürək tutmasından öldüyü bildirilir. A. Rzayev 1999-2008-ci illərdə AFF-nin prezidenti olub, 2018-ci ildən isə qurumun İcraiyyə Komitəsinin üzvü kimi fəaliyyət göstərirdi. Allah rəhmət eləsin! Dalidag.az

Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, koronavirus (COVID - 19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə paytaxtda məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində dezinfeksiya tədbirləri davam etdirilir. Belə ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi paytaxt ərazisində məcburi köçkünlərin sıx məskunlaşdığı bütün bina və tikililərdə dezinfeksiya işlərinin aparılması üçün Səhiyyə Nazirliyinə,

"Düşünmürəm ki, məktəblilərin yay tətili tamamilə ləğv olunsun”. Dalidag.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib. Nazirlik rəsmisi qeyd edib ki, amma indidən bu barədə dəqiq fikir söyləmək mümkün deyil: "Hər şey vəziyyətin gedişatından asılıdır”. Qeyd edək ki, koronavirus təhlükəsi ilə əlaqədar martın 3-dən etibarən Azərbaycanın bütün təhsil müəssisələrində tədris dayandırılıb və tətil aprelin 20-dək davam edəcək. Dalidag.az
Yazı axını
 
 
 
 
04 / 05 / 2024
 
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024