“Azərbaycan Dəmir Yolları” QSC-də Avstriyanın “Rail Cargo Group” şirkətinin İdarə Heyətinin üzvü Tomas Karql ilə görüş keçirilib. Dalidag.az xəbər verir ki, Cəmiyyətin sədri Cavid Qurbanov daşımaların təhlükəsizliyinin artırılması, respublikamızdan keçən nəqliyyat dəhlizlərinin rəqabət qabiliyyətliliyinin yüksəldilməsi istiqamətində görülən işlərdən danışıb. O bildirib ki, Azərbaycan beynəlxalq və regional nəqliyyat layihələrinin reallaşmasında aktiv iştirak edir. Bakı-Tbilisi-Qars, Beynəlxalq

Koronavirus təhlükəsinin yayıldığı bir sıra ölkələrdə, o cümlədən qonşu Gürcüstanda hərbi xidmətə çağırış müvəqqəti təxirə salınıb. Digər ölkələrdə bu addımın atılması Azərbaycanda da yaxınlaşan növbəti hərbi xidmətə çağırışın müvəqqəti təxirə salınması barədə təkliflər ortaya atılıb. Dalidag.az xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən verilən məlumata görə, məsələ haqqında qərar Xidmətin səlahiyyətlərinə aid deyil: ““Hərbi vəzifə və hərbi xidmət haqqında”

Öz ölümünü bilən fransız həkim, kahin Nostradamus, bu günə kimi yaşanan təbii fəlakətlər haqqında insanlara xəbərdarlıqlar edib. Kahinin bu günə kimi dediyi kəhanətləri təqdim edirik. Dalidag.az xəbər verir ki, revmatizma və bədənə su yığılması nəticəsində vəziyyəti ağırlaşan Nostradamus 1 iyun 1566-cı ildə ona ''Gecən xeyrə'' deyən keşişə ''Bu son gecəmdir. Sabaha sağ çıxmayacam'' sözlərini deyib. Kahin 2 iyun 1566-cı ildə öz otağında ölü halda tapılıb. Beləliklə onun son kəhanəti öz olumu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev martın 12-də Ağdam rayonunda məcburi köçkünləri qəbul edib. Qəbulda Ağdamda müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak edib. Müraciətlər, əsasən, dövlət mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin

Azərbaycanın ali məktəblərində tədris ilinin müddəti 15 gün uzadılıb. Bu barədə Təhsil nazirinin müavini Firudun Qurbanov əmr imzalayıb. Əmrdə qeyd edilib ki, buraxılış kursları istinsta olmaqla, digər tələbələrin dərsləri martın 27-də başlayacaq və mövcud akademik təqvimlə müəyyən edildiyi kimi mayın 30-dək deyil, iyunun 15-dək davam etdirilsin. *** Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tədris ilini iyun ayınacan uzadıb. Bu barədə universitetin rəsmi saytında məlumat dərc olunub.

Belçikanın paytaxtı Brüssel şəhərində Avropa İttifaqı (Aİ) – Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində Ədliyyə, azadlıq, təhlükəsizlik, insan hüquqları və demokratiya üzrə alt komitənin 8-ci iclası keçirilib. İclasda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsini Hüquq sektorunun müdiri Ziya Məmmədov təmsil edib. O, “Miqrasiya, sığınacaq və sərhəd idarəçiliyi” mövzusunda keçirilən müzakirələrdə daxili yerdəyişmə məsələləri barədə çıxış edib. Z.Məmmədov beynəlxalq təcrübəyə,

Azərbaycan Televiziyasının “Hədəf” verilişinin budəfəki qonağı Təhsil naziri Ceyhun Bayramov olub. Dalidag.az xəbər verir ki, nazir “Hədəf”də gündəmin aktual məsələsindən, koronavirus infeksiyası ilə əlaqədar olaraq təhsil ocaqlarında dərslərin dayandırılmasından danışıb. O, bildirib ki, hazırda məktəblərdə, universitetlərdə virusa qarşı önləyici tədbirlərin görülür, dezinfeksiya işləri aparılır və hazırda da bəzi təhsil müəssisələrində bu proses davam etdirilir. C.Bayramov həmçinin itirilmiş

Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib. Prezident İlham Əliyev sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların, o cümlədən məcburi köçkünlərin müraciətlərinə diqqət və həssaslıq göstərilməsini bütün dövlət qurumlarının mühüm və təxirəsalınmaz vəzifəsi kimi müəyyənləşdirib. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində də vətəndaşların öz müraciət

Bu gün yeni çağırış Milli Məclisin ilk iclasında parlament sədri və vitse-spikerlər müəyyənləşib. Dalidag.az-ın məlumatına görə, Sahibə Qafarova Milli Məclisin sədri, Əli Hüseynli parlament sədrinin birinci müavini, Fəzail İbrahimli və Adil Əliyev isə vitse-spiker seçiliblər. Hakimiyyətin qanunverici qanadının yeni rəhbərliyinin tərcümeyi-halını təqdim edirik. Sahibə Qafarova 1955-ci ildə anadan olub. O, filologiya elmləri doktoru, professordur. M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və

Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası davam edir. Dalidag.az xəbər verir ki, iclasin sədri Ziyad Səmədzadə gündəliyi təqdim edib. Gündəlik təsdiqləndikdən sonra Milli Məclis Sədrinin seçilməsi məsələsi müzakirə olunub. Qeyd edilib ki, Yeni Azərbaycan Partiyası tərəfindən deputat Sahibə Qafarovanın Milli Məclisə sədri kimi namizədliyi irəli sürülüb. Sahibə Qafarova Yeni Azərbaycan Partiyasının Sədrinə və partiya üzvlərinə təşəkkürünü bildirib. Sonra səsvermə olub və
Yazı axını
 
04 / 05 / 2024
 
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024