Peşə hazırlığında fasilə yaranmış işsizlərə də təqaüd ödənişi davam edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, pandemiya ilə əlaqədar sosial dəstək tədbirləri peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərini də əhatə edir. Nazirlər Kabinetinin 7 aprel 2020-ci il tarixli qərarına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaxın günlərdə həmin şəxslərə fasilə yaranmış dövr üzrə təqaüdlərinin ödənişi təmin olunacaq. Bu sosial

Dünya liderləri pandemiyadan maksimum qorunmaq üçün hazırda özünütəcrid şəraitində çalışır. Artıq Britaniyanın və Kanadanın baş nazirləri virusa yoluxub sağalıblar. Hazırkı pandemiya qlobal dünya müharibəsi ilə eyniləşdirilir. Əgər gələcəkdə virus apokalipsisi baş verərsə və vəziyyət nəzarətdən çıxarsa, liderlər harda gizlənib qorunmağa ümid edir? Filmlərdə bəhs edilən gicli bunkerlər həqiqətən varmı? Dalidag.az medicina.az-a istinadən liderlərin fəlakətlərdən sığına biləcəyi yerləri təqdim

Bu gün 22 aprel Sovet Hakimiyyətinin yaradıcısı Vladimir İliç Leninin 150 yaşı tamam our. 140 təxəllüsü olan bu insan haqqında hələ də əfsanələr, şayiələr dolanmağa davam edir. Dalidag.az Lenin haqqında maraqlı faktları təqdim edir: 1.Proletariat inqilabının lideri zadəgan ailəsinin nümayəndəsi idi. Ulyanovlar ailəsində bir çox xalqın kökləri var: çuvaşlar, udmurts, yəhudilər, almanlar. 2. Lenin uşaqlıqda pravoslav ənənələrinə görə vəftiz edilib. Lakin yetkinlik çağında Allahın varlığını

ABŞ laboratoriyalarının əksəriyyətində bütün tədqiqatlar, demək olar ki, dayandırılıb və sadəcə, koronavirusla bağlı araşdırma aparılır. Dalidag.az xəbər verir ki, bunu Çikaqo Universitetinin Molekulyar mühəndislik fakültəsinin azərbaycanlı doktorantı Aslan Mansurov report-a geniş müsahibəsində deyib. O bildirib ki, təmsil olunduğu elmi qrup koronavirusa qarşı peyvənd hazırlayır: “Təmsil olunduğum elmi qrupun rəhbəri Cefri Hubel biomühəndislik və immunologiya sahəsi üzrə dünyanın ən aparıcı

2019-cu ilin yazında Səudiyyə Ərəbistanının ikinci kralının 108 övladından biri, ölkəsinin ən məşhur hüquq müdafiəçisi 56 yaşlı Basma bin Səud bin Əbdüləziz Əl Səudun itkin düşməsi xəbəri dünya mətbuatının gündəmini zəbt etmişdi. Noyabr ayında Almaniya nəşri “Deutsche Welle” şahzadənin Ər-Riyad şəhərində ev həbsində olduğu haqda informasiya dərc etmişdi. Xəbərdə şahzadənin və əlaqələrinin nəzarət altında olduğundan heç bir məlumat ötürə bilmədiyi qeyd olunub. Bir neçə gün öncə Basma ailəsi

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar elan olunan xüsusi rejimli karantin dövründə vətəndaşlara mülkiyyətin dövlət qeydiyyatı ilə bağlı hazır sənədləri ünvanlarında təqdim olunacaq. Dalidag.az xəbər verir ki, çatdırılma xidməti ödənişsizdir. Bununla bağlı, vətəndaşlar İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 193 Çağrı Mərkəzinə və Əmlak Xidmətləri Məkanının (012)-404-07-22 nömrəsinə müraciət edə bilərlər. Bununla da, həmin şəxslər heç bir yerə getmədən xüsusi

Xalqımız Azərbaycanın koronavirusla mübarizəsinin dünya ölkələri üçün örnək olmasını qürur hissi ilə qarşılayır. Dalidag.az Prezidentin saytına istinadla xəbər verir ki, bu barədə koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə Kəlbəcər rayonunun 87 yaşlı sakini, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının və Yazıçılar Birliyinin üzvü, “Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi öz funksiyalarını ölkəmizin ərazisində koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşını almaq məqsədilə həyata keçirilən dövlət tədbirləri çərçivəsində, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi tələb və qaydalara uyğun olaraq yerinə yetirir. Komitə sədri Rövşən Rzayev aprelin 21-də növbəti videoqəbul keçirərək, əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşların müraciətlərini

Prezident İlham Əliyev İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısına töhmət elan edilməsi haqqında sərəncam imzalayıb. Dalidag.az xəbər verir ki, sərəncamla İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Rza oğlu Bağırova Azərbaycan Respublikasının ərazisində koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejimi qaydalarını pozduğuna görə töhmət elan edilib. Dalidag.az

Çində ortaya çıxan və dünyaya yayılan yeni növ koronavirusun mərkəzi halına gələn ABŞ-da Məhəmməd Peyğəmbərin yoluxucu xəstəliklərlə bağlı hədisi yayımlanıb. Dalidag.az xəbər verir ki, İslam dininin Peyğəmbərinin hədislərinə ABŞ-ın Çikaqo ştatındakı reklam panellərində rast gəlinib. Reklam şitlərində Peyğəmbərin “Bir yerdə vəba və ya bənzər hər hansı bir yoluxucu xəstəlik olduğunu eşitdiyiniz zaman, o yerə daxil olmayın. Olduğunuz yerdə belə yoluxdurucu xəstəlik varsa, oradan da çıxıb qaçmayın”
Yazı axını
 
 
 
 
 
 
04 / 05 / 2024
 
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024