Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə yanvarın 11-də görüşün gözlənildiyi məlumdur. Hələlik bu görüşün baş tutacağı rəsmən təsdiqlənməyib və elan edilməyib, bununla belə Rusiya tərəfinin vasitəçiliyi ilə üçtərəfli danışıqlara hazırlıqların getdiyi müşahidə olunmaqdadır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında çıxışı zamanı Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov iki şöbə müdirini işdən çıxarıb. Dalidag.az unikal.org-a istinadən bildirir ki, F.Qürbətovun əmri ilə, Biləsuvar RİH-nin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zakir Şahbazov və hüquq şöbəsinin müdiri Şahin İsgəndərov tutduqları vəzifədən azad olunublar. Hələlik onların yerinə təyinat yoxdur. Qeyd edək ki, hər iki vəzifəli şəxs Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) həbs etdiyi Biləsuvar rayonunun sabiq

Bakı-Xırdalan-Sumqayıt qatarının fəaliyyətini bərpa edəcəyi tarix bəlli olub. Dalidag.az bildirir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib. Bildirilib ki, Bakı-Sumqayıt yolunun genişləndirilməsi ilə əlaqədar sökülərək yenidən yenisi ilə əvəzlənən Xırdalan dairəsindəki dəmir yolu körpüsündə işlər yanvarın 20-dək yekunlaşacaq: “Mövcud dəmiryolu körpüsünün dayaqları yolun hərəkət hissəsində nəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinə maneə törətdiyi üçün yenisi

Sabiq səfir Eldar Həsənovun yeni vəkilinin kimliyi məlum oldu. Bundan öncə E.Həsənovun hüquqlarını tanınmış vəkil Adil İsmayılov müdafiə edirdi. A.İsmayılov dekabrın 3-də koronavirus xəstəliyindən vəfat edib. İndi isə sabiq prokuror E.Həsənov vəkil Adəm Məmmədovla müqavilə bağlayıb. Adəm Məmmədov artıq Eldar Həsənovla Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasında görüşüb. Xatırladaq ki, E.Həsənov Dövlət Təhlükəsizliyi tərəfindən saxlanılıb. Səbail Rayon Məhkəməsi tərəfindən onun

Dalidag.az apa-ya istinadən Laçın rayonundan hazırlanan növbəti reportajı təqdim edir: Bir ailə kimi... Laçın rayonunun Ermənistanla dövlət sərhədində keşik çəkən igid, qəhrəman vətən oğullarının qonağıyıq. Alnımızdakı ləkə məhz bu igidlərin hesabına silinib, sinəmizdə düyünlənən 30 illik həsrət məhz Vətən müharibəsində canı bahasına zəfər qazanan şəhidlərimiz sayəsində sona çatıb. Laçının Qarıqışlaq kəndində bizim üçün hazırlanmış otaqda gecələyəcəyik. Otağın qapı-pəncərəsini ermənilər söküb

Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərliyi ilə İrəvanda Təhlükəsizlik Şurasının iclası keçirilib. Görüşdə Dağlıq Qarabağdakı separatçıların ideri Arayik Arutunyan da iştirak edib. İclas iştirakçıları Ermənistan və Qarabağdakı vəziyyəti, humanitar problemləri, habelə təhlükəsizliklə bağlı məsələləri müzakirə ediblər. Paşinyan müharibədən əvvəl də Təhlküəsizlik Şurasının iclaslarına Araik Arutunyanı çağırırdı. Paşinyan Dağlıq Qarabağdakı “prezident seçkisi” zamanı Araik Arutunyanı

Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. Dalidag.az xəbər verir ki, bununla bağlı Prezidentin rəsmi saytı məlumat yayıb. Dövlətimizin başçısı qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq bu ili ölkəmizdə “Nizami Gəncəvi İli” elan edib. Sərəncama

Dekabrın 14-də Ermənistanın əsir və girovluğundan azad edilmiş həmvətənlərimizdən olan Şahbaz Quliyev Şuşa həbsxanasında yaşadıqlarını bölüşüb. Dalidag.az xəbər verir ki, o, başına gələn hadisələri Baku TV-yə danışıb. Həmin görüntüləri təqdim ediirik:

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan Moskvada Azərbaycandan olan həmkarı ilə görüşdən sonra tam məxfi şəraitdə Bakıya göndəriləcək. Dalidag.az xəbər verir ki, bu məlumatı Ermənistanın Vatikandakı keçmiş səfiri Mikayıl Minasyan paylaşıb. Onun sözlərinə görə, Abazyanın qarşısında qoyulan hədəf odur ki, şifahi razılaşmaları və biabırçı güzəştləri yazılı şəkildə qeyd edib, rəsmləşdirsin, eləcə də növbəti öhdəliklər götürsün. Qeyd edək ki, Mikayıl Minasyan keçmiş

Ermənistanlı politoloq Qrant Məlik Şahnazaryan yeni açıqlama ilə çıxış edib. Dalidag.az xəbər verir ki, o, Zəngəzurda gedən delimitasiya və demarkasiya prosesləri fonunda Naxçıvanın işğal olunmuş Kərki kəndinin də Azərbaycana qaytarılacağını söyləyib. Onun fikrincə, Paşinyan hökuməti planlı şəkildə həmin əraziləri hissə-hissə qaytarır. “Zəngəzurun Şurnux kəndindən sonra Ararat vilayətinin Tiqranaşen kəndi (Kərki) də Azərbaycana qaytarılacaq” – deyə Məlik Şahnazaryan açıqlama verib. Xatırladaq
Yazı axını
 
04 / 05 / 2024
 
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024