"TurAz Şahini - 2021” təlimlərində iştirak edəcək Azərbaycan Hərbi Hava Qüvvələrinin heyəti Türkiyə Respublikasının Konya şəhərinə çatıb". Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Məlumatda deyilir ki, hazırda təlimlərə hazırlıq məqsədilə heyətin yerləşdirilməsi, planlama və digər təşkilati məsələlərlə əlaqədar müvafiq tədbirlər həyata keçirilir. Birgə təlimlərin sentyabrın 17-dək davam edəcəyi planlaşdırılır. Dalidag.az

Filologiya üzrə elmlər doktoru, professor, şair, görkəmli ziyalı və folklorşünas alim Sədnik Paşa Pirsultanlının elmi-filoloji, estetik-poetik yaradıcılığı bir həmkarı olaraq bizim marağımızı çoxdan cəlb etmişdi. Gəncədə yaşayan, ətraf rayonlar da daxil olmaqla, oraların elmi-mədəni mühitini gözəl bilən, çağdaş estetik-humanitar düşüncəmizin zənginləşməsində xüsusi qatqıları ilə seçilən bu görkəmli şəxsiyyətin zəngin yaradıcılıq yolu, məhsuldar fəaliyyəti, elmi-poetik irsi hər zaman geniş

Ağır yaralanan daha 3 qazimiz "YAŞAT" Fondu tərəfindən Türkiyəyə göndərilib. Dalidag.az bildirir ki, fonddan milli.az-a verilən məlumata görə, Süleymanlı Aqil Akif oğlu, Əliyev Çingiz Yaquf oğlu, Səlimzadə Tural Vasif oğlu Türkiyədə müalicə olunacaqlar. "YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək. "YAŞAT" Fondu qazilərimizin

Birinci Qarabağ müharibəsi qazisi Rövşən Məmmədov intihar edib. D alidag.az bildirir ki, bu barədə lent.az-a Qarabağ qazisi Rey Kərimoğlu məlumat verib. Onun sözlərinə görə, R.Məmmədovun maddi durumu aşağı olub: “Rövşənin “Azərsığorta”da 25 ildir ala bilmədiyi 6600 manat pulu olub. O, İllərdir sığortada yığılıb qalan pulunu almaq istəyirdi. Pulu ala bilmədiyi üçün əsəbləşərək intihar edib”.

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, telereportyor Çingiz Mustafayevin doğum günüdür. Çingiz Fuad oğlu Mustafayev 1960-cı il avqustun 29-da hərbçi ailəsində anadan olub. 1983-cü ildə Azərbaycan Tibb İnstitutunu bitirib. 1985-ci ildə yaratdığı "Cəngi" birliyindəki fəaliyyəti ilə Azərbaycan gənclərinin lideri səviyyəsinə yüksəlib. Bu, Sovet İttifaqında başlanan yeniləşmə prosesinin Azərbaycanda təşəkkül tapan ilk yetkin təzahürü idi. Azərbaycanın mədəni-ictimai həyatında oynmağa başladığı rol

3 saylı Şəhər Klinik Xəstəxanasının həkimi Misirsoltan Eyyubov koronavirusdan vəfat edib. Həkim bir müddət öncə koronavirus infeksiyasına yoluxubmuş. Qeyd edək ki, Misirsoltan Eyyubov Şirvanda ağır övliyalardan olan Şeyx Eyyubun nəslindəndir. M.Eyyubov uzun illər ən ağır xəstələrin üz tutduğu və şəfa tapdığı ünvan olub./axar.az Dalidag.az

Erməni terrorçu-quldur birləşmələri tərəfindən törədilən və tarixə qanlı və amansız cinayət kimi düşən Ballıqaya qətliamının növbəti ildönümüdür. Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlılara qarşı törədilmiş qətliamdan 29 il ötür. Tarixdə Ballıqaya qətliamı kimi yad edilən faciə 1992-ci ilin avqustun 28-də, səhər saat 5 radələrində Goranboy rayonunun Ballıqaya kəndində baş verib. Qətliam nəticəsində aralarında 6 azyaşlı uşaq, o cümlədən 6 aylıq körpə və 93 yaşlı ahıl qadın da

Bu gün Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçiriləcək. Dalidag.az xəbər verir ki, proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutacaq. Xatırladaq ki, aparılmış istintaqla Həsənov Eldar Hümbət oğlunun Azərbaycan Respublikasının Rumıniya, Serbiya Respublikası, Bosniya və Herseqovina və Monteneqroda fövqəladə və səlahiyyətli səfiri

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev II Fəxri Xiyabanda dəfn edilmiş Milli Qəhrəman General-Mayor Polad Həşimovun, Polkovnik–Leytenant Anar Əliyevin, Polkovnik–Leytenant Rasim Abdullayevin, Polkovnik–Leytenant Zaur Cəfərovun, Leytenant Nicat Atayevin, əsgər Elnur Mustafayevin və digər şəhid məzarlarını ziyarət etdi. Dalidag.az -ın xəbərinə görə, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Bakı şəhəri Abşeron rayonu Xırdalan şəhərində şəhid Polkovnik–Leytenant

Avqustun 26-da Laçın rayonu sakinləri işğaldan sonra ilk dəfə Qorçu kəndinə səfər ediblər. Dalidag.az xəbər verir ki, 40-a yaxın laçınlının iştirak etdiyi səfərdə onların Qorçu kəndində həyata keçirilmiş infrastruktur layihələrlə tanışlığı nəzərdə tutulub.
Yazı axını