Ermənistan Azərbaycanın Rusiya sülhməramlılarının nəzarəti altında olan torpaqlarına öz hərbçilərini göndərir. Hadisələrin bu cür inkişaf ssenarisinin mümkünlüyü 2020-ci ilin noyabrında Rusiya hərbi kontingentinin Qarabağa gəldiyi andan aydın idi. O vaxt general Muradov belə bir söz demişdi: “Burada hər şey SSRİ-də olduğu kimi olacaq”. Xatırlatmaq istərdim ki, məhz SSRİ dövründə — 1 dekabr 1989-cu ildə Ermənistan SSR Ali Soveti ilə Qarabağ məclisinin “Ermənistanın və Qarabağın birləşməsi

"Yaxın vaxtlarda Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Ağdam sakinləri üçün Ağdama turlar təşkil ediləcək". Dalidag.az xəbər verir ki, bunu modern.az-a açıqlamasında Dövlət Agentliyinin sədri Fuad Nağıyev deyib. O qeyd edib ki, agentliyin əməkdaşları azad olunmuş ərazilərə tez-tez gedir və tədqiqatlar aparırlar: "Həmin ərazilərə turları təşkil edərkən ilk növbədə mütləq şəkildə təhlükəsizliyin təminatını həyata keçirmək vacibdir. Buna görə qaydalar, marşrut tam müəyyənləşdikdə Ağdam

[spoiler][/spoiler] Azərbaycanın ikinci Qarabağ müharibəsində qazandığı tarixi qələbədən sonra rəsmi Bakı “Qarabağ məsələsinin” birdəfəlik tarixdə qaldığını bildirdi və yeni geosiyasi reallıq yaratdı. Və hərçənd rəsmi İrəvan yekun sülh müqaviləsinin imzalanmasını hər cür əngəlləməyə və ləngitməyə çalışsa da, erməni siyasətçiləri Rusiya sülhməramlılarının nəzarətindəki ərazilərdə qalan yaşayış məntəqələrinin xüsusi statusu mövzusunu fırlatsa da, rəsmi Bakı vaxtilə Azərbaycan ərazilərində

Ermənistandan Qarabağa yenidən əsgər daşındığı haqda məlumatlar yayılıb: 12 “Kamaz”, 3 “Ural” və digər yük maşınları ilə şəxsi heyət rus sülhməramlılarının nəzarət etdiyi bölgələrə daşınır, o cümlədən, mülki geyimli hərbçilər minik avtomobillərlə Qarabağa keçir (Caliber.az); Bu, məlum məsələdir, müharibədən sonra rus sülhməramlılarının şərait yaratması ilə Ermənistandan Qarabağa əsgər daşınıb. Proses ötən ilin noyabr-dekabr ayında keçirilən antiterror əməliyyatından sonra bir qədər səngidi.

Laçın şəhəri boşdur, orada bir nəfər də sakin yoxdur, hər yer bağlıdır, mağazalar işləmir. Laçında Rusiya sülhməramlılarının postlarından və keçib gedən avtokolonlardan başqa heç nə yoxdur. Dalidag.az turan.az-a istinadən xəbər verir ki, bunu Azərbaycanın güc qurumlarından birinin adının çəkilməsini istəməyən əməkdaşı bildirib. Onun sözlərinə görə, Laçın dairəsində ancaq Ermənistan nömrəsi olan 3-4 avtomobil görüb, halbuki, bu dairədən hər gün çoxsaylı ağır hərbi texnikaya malik Azərbaycan

Avqustun 8-i saat 13:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. Dalidag.az

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən hərbi qulluqçuların xidmət və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlər davam etdirilir. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Müdafiə Nazirliyinin rəhbərliyi Kəlbəcər və Laçın rayonları ərazisində yerləşən əsaslı təmir olunmuş hərbi hissələrə baxış keçirib. Əvvəlcə tank bölmələrinin döyüş hazırlığının səviyyəsini yoxlayan Müdafiə naziri

Avqustun 6-sı saat 19:05, 23:30 və 23:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən, Basarkeçər rayonunun Yuxarı Zağalı və Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu Heydərabad, Kəlbəcər rayonunun İstisu və Yuxarı Ayrım yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub. Dalidag.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə,

İşğaldan azad olunmuş Laçın rayonuna, şəhərə daxil olmadan uzunluğu 23 km olan yolun tikintisinə başlanılıb. Dalidag.az xəbər verir ki, bunun keçirdiyi mətbuat konfrasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmov bildirib. Onun sözlərinə görə, alternativ yeni yol iki hərəkət zolaqlıdır. “Hazırda Laçın şəhərinə gedən yol sülhməramlıların nəzarətindədir. Bu məqsədlə biz rahat hərəkətin təmin

Qazaxın 7 kəndinin Azərbaycana geri qaytarılması ilə bağlı Ermənistan parlamentində qapalı müzakirə aparılıb. Erməni deputat Anna Qriqoryan iclas zamanı rəsmi İrəvanı bu mövzü ilə bağlı ictimayəti aldatmamağa çağırıb. Dalidag.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı parlamentdəki mötəbər mənbəyə istinadən xəbər yayıb. Anna Qriqoryan öz çıxışı zamanı Ermənistan hakimiyyətinin Naxçıvanın Kərki, Qazaxın Yuxarı və Aşağı Əskipara da daxil olmaqla, 7 kəndi, o cümlədən Xinzirək kəndlərinin
Yazı axını
29 / 04 / 2024