Sabah Şuşada Vaqif Poeziya günləri keçiriləcək Dalidag.az-a daxil olan məlumata görə, Azərbaycan Yazıçılar Birliyinin üzvləri bu tədbirdə iştirak edəcəklər. Xaricdən şair və yazıçıların da tədbirə dəvət edildiyi bildirilir. Vaqif Poeziya günlərinə Vətən müharibəsində iştirak etmiş qazi şairlər də qatılacaqlar.

Ötən gün, avqustun 25-də Azərbaycan hərbçiləri Ermənistanı İranla birləşdirən Gorus-Qafan yolunun bir hissəsini bağlayıb. Ermənistan mətbuatı yazır ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat mərkəzi məlumat yayıb. "Avqustun 25-də saat 23:00 radələrində Azərbaycan tərəfi Qafan-Gorus dövlətlərarası yolun Dərbənd-Şurnux hissəsini bağlayıb. Yolun açılması, insanların və nəqliyyat vasitələrinin normal hərəkətinin bərpası üçün işlər davam etdirilir”, - deyə Ermənistan Milli

Azərbaycan Qarabağda nəzarəti tam ələ keçirmək istəyirsə, öncə Laçın dəhlizinə nəzarət etməlidir. Bu bizim üçün bir seçim yox, zərurətdir. Çünki ermənilər sözün əsl mənasında Laçın dəhlizini karvansaraya döndəriblər. Dəhlizdən silah-sursat, texnika, müxtəlif növ mallar Qarabağa daxil olur. Rəsmi Bakı bunun qarşısını tez bir zamanda almalıdır. Dalidag.az xəbərr verir ki, bu sözləri axar.az-a “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Laçın dəhlizinin

“Ermənistan rəhbərliyi anlayır ki, Zəngəzur dəhlizi olmadan Ermənistanın Türkiyə, Azərbaycan, Qərb və Çinlə heç bir iqtisadi əlaqə olmayacaq”. Dalidag .az xəbər verir ki, bunu türkiyəli politoloq Engin Özer bildirib. “Düşünürəm ki, Nikol Paşinyana ultranasionalistləri nəzarətə götürmək üçün bir az daha vaxt lazımdır. Sonra Zəngəzur dəhlizinin açılması ilə bağlı elan olacaq”. O bildirib ki, digər məsələ Rusiya faktorudur: “Rusiya bu nəqliyyat dəhlizinin açılmasında nə dərəcədə maraqlıdır və

Ermənistan baş naziri Nikol Paşinyan 44 günlük müharibə verdiyi itkilərin sayını açıqlayıb. Dalidag.az xəbər verir ki, hökumət başçısı parlamentdəki çıxışında II Qarabağ müharibəsində 3773 erməni hərbçisinin öldüyünü söyləyib. O bununla yanaşı, 243 hərbçinin itkin düşdüyünü və onların qalıqlarının axtarıldığını əlavə edib.

Qarabağ müharibəsi və münaqişəsi başa çatdı. İndi bölgədə sülhün möhkəmlənməsi, əlaqələrin qurulması, kommunikasiyaların açılması üçün yeni reallıqlar yaranıb. Bu istiqamətdə işlər ləng də olsa davam edir və əsas vasitəçi rolunda Rusiya çıxış edir. Və qəribədir ki, Rusiya Ermənistanı silahlandırmaq yolunda aktiv addımlarla həm də özünün vasitəçilik etdiyi sülh prosesinə təhlükələr yaradır. Ziddiyyətlidir. Prezident İlham Əliyev CNN Türk kanalına müsahibəsində Azərbaycanın Rusiyadan

Bu gün Azərbaycanın bütün suallara konkret cavabı var. Məsələn belə bir sual: Niyə Xankəndinə girmədik? Cavab: ona görə ki, biz o ərazilərdəki erməniləri əhalimizin tərkib hissəsi hesab edirik. Onları Azərbaycan qanunları ilə yaşamağa öyrədəcəyik, maarifləndirəcəyik, edəcəyik. Hədəf budur. Xankəndidə və ətraf kəndlərdə yaşayan ermənilər cəmiyyətimizə mütləq inteqrə edilməlidir. Ölkənin başqa hissələrində yaşayan ermənilər kimi. Başqa bir sual: kapitulyasiya olubsa, onda indi atanlar kimdir? Biz

Ermənistan Dilican (Tavuş) bölgəsinin Azərbaycanla sərhəddə yerləşən kəndlərindəki əhalinin evakuasiya edilməsi proqramını hazırlayıb. Bölgənin qubernatoru Hayk Galumyanın avqustun 19-da qəbul etdiyi qərarda evakuasiya ediləcək əhalinin sayının, ərzaq tədarükünün və əsas ehtiyaclarının hesablanması, yaş qruplarına bölünməsi, bölgənin digər ərazilərində müvəqqəti və uzunmüddətli yaşayış yerlərinin, o cümlədən, insanların köçürüləcəyi yaşayış məntəqələrinin siyahısının hazırlanması əksini tapır.

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən avqustun 21-i saat 23:40-dan etibarən avqustun 22-i saat 00:40-dək Ağdam rayonunun Muğanlı, Xocalı rayonunun Sığnax və Xocavənd rayonunun Tağavard yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan fasilələrlə atəşə tutulub. Dalidag.az xəbərinə görə, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Cavab atəşilə qarşı tərəf

Avqustun 21-i saat 12:30-dan 13:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutub. Dalidag.az -ın xəbərinə görə, barədə Müdafiə Nazirliyindən məlumat verilib. Cavab atəşilə qarşı tərəf susdurulub. Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki
Yazı axını
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
04 / 05 / 2024