"Mənfur düşmənin Ağdamda hiyləgərcəsinə bir-birinin üstündə basdırdığı və Bərdə-Ağdam yolunun inşası zamanı tapılan minalar minatəmizləyən əməkdaşlarımızın misli görünməyən fədakarlığı nəticəsində təmizlənməkdədir". Dalidag.az xəbər verir ki, bunu Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov tviter hesabında bildirib. O, daha sonra Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) təşəkkür edib.

İşğaldan azad olunmuş Şuşa şəhərində 8 km uzunluğunda şəhərətrafı yaşıl halqa yaradılacaq. Dalidag.az xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev sosial şəbəkə hesabında yazıb. O qeyd edib ki, ölkə başçısının göstərişi ilə Şuşanın Baş Planı üzərində iş çərçivəsində şəhərin yaşıllıq və landşaft strategiyasına xüsusi diqqət ayrılır: "Şuşanın təbii meşə və parkları bərpa olunacaq, yeni yaşıl koridorlar, o cümlədən 8 km-dən çox şəhərətrafı yaşıl halqa

Gözlənildiyi kimi, İran Gorus-Qafan yolunun Azərbaycanın suveren ərazilərindən keçən hissəsinin hərbçilərimiz tərəfindən bağlanmasından narahat olub. İranın Ermənistandakı səfirliyi sözügedən hadisə ilə bağlı narahatçılıq keçirdiklərini bəyan edib. Səfirliyin yaydığı açıqlamada bildirrilir ki, İran tərəfi tezliklə sərhəddə yaranan problemlərin həllinə və üçtərəfli razılaşmaya uyğun olaraq, regionda kommunikasiyaların açılması istiqamətində addımlar atılacağına ümid edir. Həmçinin, səfirlik

Azərbaycanda saxlanılan erməni məhbusların geri qaytarılması və mina xəritələrinin verilməsi ilə bağlı müzakirələr payızda yenidən başlaya bilər. Dalidag.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. "İndi proses bir az dayanıb, xüsusi bir irəliləyiş yoxdur. Bu, beynəlxalq strukturlarda tətil mövsümü ilə əlaqədardır. Siyasi tərəfdən, İrəvanla Bakı arasındakı gərgin atmosfer səbəbindən də irəliləyiş azdır. Lakin payızda Avropa Şurası Parlament Assambleyasında, eləcə də Avropa

"Avqustun 31-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın rusiyalı həmkarı Sergey Lavrovla görüşü gözlənilir. Bu görüşdən əvvəl Ermənistanı bir xeyli sıxdılar". Dalidag.az xəbər verir ki, bunu siyasi ekspert Elman Vəliyev deyib. E. Vəliyev bildirib ki, Azərbaycan Gorus-Qafan yolunu bağlayaraq şərtlər diktə edib: "Bu bir bildiriş mesajı idi, yəni Ermənistan tərəfinə başa salındı ki, güclər kimin əlindədir, gərginlik yaranacağı təqdirdə çətin vəziyyətdə qalacaq tərəf hansıdır. Dolaysı

Azərbaycan xalqı uzun 10 illiklər ermənilərin terroruna, törətdikləri qırğınlara, soyqırım və işğal siyasətinə məruz qalıb. Xalqımızın heç zaman unutmayacağı erməni vəhşiliyindən biri də qan yaddaşımıza çevrilən Ballıqaya faciəsidir. 1992-ci ilin yay aylarında Laçın rayonundan qaçqın düşmüş və Azərbaycanın müxtəlif bölgələrində məskunlaşmış, yaxın qohumluq münasibətləri olan altı ailə heyvandarlıq üçün əlverişli olan Goranboy rayonunun Ballıqaya kəndində məskunlaşmışdı. 18 may 1992-ci il

Bəzi KİV-də və sosial şəbəkələrdə Şuşa şəhəri istiqamətində hərbi qulluqçumuzun şəhid olması ilə bağlı qeyri-dəqiq məlumat yayılıb. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. "Bildiririk ki, əsgər Həziyev Çingiz Ramin oğlu xidmət etdiyi hərbi hissədə baş vermiş bədbəxt hadisə nəticəsində həlak olub. İlkin araşdırmalara görə, hərbi qulluqçu intihar edib və buna səbəb ailə-məişət problemləri olub. Müdafiə Nazirliyi etik qaydalara riayət edərək hadisənin təfərrüatlarını açıqlamır. Hazırda faktla

Putin Paşinyanla telefonda Qarabağı və sərhəddə baş verənləri müzakirə edib. Əsas sual: Putini gecəyarısı Paşinyanla təmas qurmağa vadar edən nədir? Rusiya prezidentinin Gorus-Qafan yolunun açılmasından sonra erməni baş nazirə zəng etməsi mümkün versiyanı önə çıxarır: rusların vasitəçiliyi ilə iki gün davam edən danışıqlarda Bakının irəli sürdüyü tələblər bilinəndən böyükdür; Danışıqların iki nəticəsinin olduğu haqda məlumatlar var: Azərbaycan yolda keçid məntəqəsi qurur; Ermənistan yolun 21

"Azərbaycan nə istəsə edə bilər. Amma bütün istəklərin bədəli var”. Dalidag.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə "Azərbaycan Ermənistandan gələn Laçın yolunu 10 noyabr bəyanatının 4-cü bəndinin (qanunsuz erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılması) yerinə yetirilməməsi ilə əsaslandırıb bağlaya bilərmi" sualını cavablandırarkən deyib. Politoloq qeyd edib ki, 10 noyabr bəyanatında Azərbaycan və Ermənistandan başqa üçüncü dövlətin də imzası var:

Zəngəzur bölgəsindən keçən Gorus- Qafan yolunun açılması ilə bağlı üçtərəfli danışıqlar davam edir. Dalidag.az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Milli Təhlükəsizlik Xidməti yayıb. Məlumata əsasən, danışıqlar Azərbaycan tərəfi ilə MTX-nin hərbçiləri və Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB) sərhəd bölmələrinin iştirakı ilə keçirilir. Bildirilir ki, Azərbaycanın Dövlət Sərhəd Xidməti qarşı tərəfə azərbaycanlı sərhədçilərdən birinə edilən hücumla bağlı məlumat
Yazı axını
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
04 / 05 / 2024