Reklam
Rusiya niyə Xankəndində demilitarizasiyaya başlamır?
17-04-2022 10:31
44 günlük müharibənin yekunu olaraq üç ölkə arasında imzalanmış sənədə əsasən, Rusiya Qarabağda erməni əhalinin məskunlaşdığı bölgədə demilitarizasiya işi üçün görəvlənib. Demilitarizasiya termin olaraq adətən, ölkələrin silahsızlaşdırmasını nəzərdə tutur. Qarabağ dövlət deyil, Azərbaycanın ayrılmaz hissəsidir. Ermənilərin müharibədən sonra buraya qayıdıb dinc məskunlaşması öhdəliyini yerinə yetirəcək əsas dövlət də Rusiyadır. Bunun üçün 2 minlik qoşunu və hərbi texnikası ilə Azərbaycan ərazisində mənzillənməsinə qərar verilib. 5 illik müddətinə həm də… Sənəd ortadadır, imzalar da oradan “qaçmayıb”. Amma görünən budur ki, Ukraynanı demilitarizasiya etmək istəyən Rusiya Qarabağda üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir.
Bunu müharibədən dərhal sonra sezmək mümkün idi, bəzi silahlı ermənilər Laçın koridorundan sızaraq Xocavənddə peyda olmuşdular. Azərbaycan ordusu onları zərərsizləşdirdi. Ehtimal etmək olardı ki, Rusiya hələ bölgəyə tam vaqif deyil, postlar yeni qurulub və sairə. Təəssüf ki, 2020-ci ilin 10 noyabrından keçən müddətdə də Rusiya əsas vəzifəsini-erməni hərbi birləşmələrinin və Qarabağın silahsızlaşdırılması isttiqamətində heç bir addım atmır. Əgər erməni silahlıları Xankəndində və ətraf bölgələrimizdə qalacaqdırsa, müharibəni bitirməmək də olardı. Onları Azərbaycan ordusu gəldikləri dəliyə soxmaq gücündə idi. Sülhə razılaşdıq, sənəd də imzaladıq ki, Rusiya sülhməramlıları erməniləri silahsızlaşdırmalıdır. Yoxsa, sülhməramlıların oraya gəlməsinə və mənzillənməsinə nə ehtiyac vardı ki? Sülhməramlıların ona görə silah və texnika gətirməsinə razılaşdıq ki, onları sülhə əsas təhlükə olan silahlıları zərərsizləşdirmək üçün istifadə etsinlər. Daha deyilmədi ki, erməni silahlıları Rusiya əsgərlərinin və tankların arxasında daha da yerlərini möhkəmlətsinlər, regiondakı kövrək sülhə əngəl olsunlar.
Erməniləri kənar müdaxilələrdən qorumaq da sülhməramlıların görəvidir, amma silahlılarını himayə etmək, əsla!
Bu fotoya diqqətli baxın. Bir gün əvvəl Qarabağdakı quldurbaşı Araik Arutyunyanın “müdafiə nazirliyində” yüksək rütbəli komanda heyəti ilə görüşündən çəkilib. Budurmu demiltarizasiyanın fotosu? Əslində, Araik Xankəndindən çoxdan rədd edilməli idi, bölgənin silahlılardan təmizlənməsi elə ondan başlanmalı idi. Fəqət, o, yenə əsas qızışdırıcı qüvvə olaraq qalır, əsas silahlılar onun ətrafında cəmləşir, təşkilanlanırlar. Rusiya bölgədə bunları görmürsə, o zaman ya kordur, ya da bizi avam hesab edir.
Arutyunyan o qondarma toplantıda çox ilginc bir cümlə də işlədib. Sitatı erməni saytından olduğu kimi təqdim edirəm: “Artsax prezidenti təhlükəsizlik məsələlərindən danışarkən bir daha bütün müdafiə proqramlarını Artsaxda yerləşən Rusiya sülhməramlı qüvvələrinin funksiyaları ilə əlaqələndirilməli olduğunu vurğulayıb”. Heyrət! Yəni qeyri-qanuni silahlı birləşmələr rusiyalı sülhməramlılarla əl-ələ verib təhlükəsizliyi təmin edəcəklər.
Rusiyalı əsgərə su, siqaret, araq ardınca dükana göndərməyə əlaltı erməni lazım ola bilər. Ermənilər xislət olaraq bu işə yarayırlar, yarınırlar. Amma bu əlaltılıq deyil artıq, qanunsuz “ordu” ilə qanuni Rusiya ordusunun birləşməsi, ortaq iş birliyi deməkdir. Araik özbaşına bu fikri işlətməz. İlyarımda Rusiya komandanlığına kim gəldi-gedibsə onlarla cur, qol-boyun olub. Deməli, rusiyalılarla razılaşdırıblar ki, birgə xidmət etsinlər, erməniləri birgə qorusunlar. Amma 10 noyabr sənədində erməni əhalini qorumaq deyə bənd yoxdur! Sülhü qorumaq, asayişi qorumaq var. Rusiya isə bölgəyə gəldiyi gündən erməniləri qorumağı cəhənnəmə, onlarla göründüyü kimi birləşiblər. Kimə qarşı? Əlbəttə ki, Azərbaycan əsgərinə qarşı…
Rusiyanın 10 noyabr sənədinin icrasına qayıtması lazım. İndi hər tərəfdən ciddi beynəlxalq təzyiq altında olan Putin iqtidarı Qarabağ məsələsində də özünü təcrid etməməlidir. Ukraynada bacarmasa da, Xankəndini silahsızlaşdırmaq bir günün işidir. Bacarmırsa, çəkilsin, Azərbaycan ordusu bu işi görsün…
Kateqoriya: Qarabağ
Tarix: 17-04-2022 10:31
Baxış sayı: 3179
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23