Reklam
“Yeni müharibə təkcə Qarabağla məhdudlaşmayacaq” – Abramyandan şok iddia
13-04-2022 14:13
“Avrasiya regionunda Rusiya-Ukrayna böhranının qaçılmaz olaraq yeni təhlükə selinə gətirib çıxaracağı faktı hərbi əməliyyatların lap əvvəlində nəzərə çarpırdı”.Dalidag.az xəbər verir ki, bunu Ermənistan parlamentindəki “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan deyib.
Onun sözlərinə görə. Rusiyaya qarşı beynəlxalq qarşıdurma yalnız sanksiyalar, Ukraynaya tədarük edilən külli miqdarda silah və maliyyə dəstəyi ilə məhdudlaşmayacaq.
Abramyanın fikrincə, Rusiya ətrafında, onun ənənəvi təsir dairələrində yeni “qaynar nöqtələr” yaradıla və mövcud olanlar qızışdırıla bilər.
Abramyan müharibənin Cənubi Qafqaza və Rusiya daxilinə sıçrayacağını da iddia edib.
“Bütün bunların fonunda Ermənistan hakimiyyətinin bəyanatları, davranışları və siyasəti nəinki təsvir etdiyim hadisələrin qarşısını almağa imkan yaratmır, həm də yeni eskalasiya üçün münbit zəmin hazırlayır. Onlar heç anlamırlar ki, yeni müharibə təkcə Qarabağla məhdudlaşmayacaq, savaşın bu raundunun Ermənistana keçməsi ehtimalı daha çoxdur”, - deputat bildirib.teleqraf.com
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 13-04-2022 14:13
Baxış sayı: 3242Yazı axını
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
Ən çox oxunanlar




























