Reklam

Erməni deputatlar Qarabağa buraxılmadı: nə baş verir?
13-04-2022 11:44

Ermənistan parlamentinin üzvləri – Robert Köçəryanın lideri olduğu müxalif “Ermənistan” blokunun deputatları Qarabağa buraxılmayıb: Seyran Ohanyanın rəhbərlik etdiyi deputat qrupu sülhməramlılar tərəfindən Laçının girişində saxlanılıb; Azərbaycan tərəfi ilə əlaqə yaratdıqdan sonra gələnlərin geri qaytarıldığı haqda məlumatlar var.
Ohanyan Ermənistan parlamentinin tribunasına separatçı-terrorçuların qondarma əski parçasını taxaraq, iclası tərk etmiş, dəstəsi ilə Qarabağa yola düşmüşdü. Paşinyanın komandasının deputatları Ohanyana etiraz edərək, əski parçasını tribunadan götürdülər. İrəvanda yaşanan bu qalmaqaldan sonra Ohanyanın rəhbərlik etdiyi deputat qrupunun Qarabağa buraxılmamasına görə “Ermənistan” bloku Paşinyanı Əliyevlə “əməkdaşlıq”da ittiham edir.
Köçəryanın dəstəsinin Qarabağa buraxılmaması Paşinyanın marağında ola bilər:
- Brüssel görüşü və sonrasında müxalifətin Qarabağ kartından hakimiyyətə qarşı istifadə etməsi daha intensiv hal alıb: Ermənistanın müxtəlif yerlərində qondarma əski parçasını asmaq kampaniyası da bu prosesin tərkib hissəsidir;
- Azərbaycanla sülh sazişinə qarşı çıxan Qarabağ klanının qalıqları Paşinyan üçün ciddi “baş ağrısına” çevrilib.
Bu qrupun Azərbaycan ərazisinə buraxılmaması onların Qarabağ kartından istifadə imkanlarını, xüsusilə Xankəndidəki separatçı “müxalif deputatlar”la birləşərək, təxribat fəaliyyətini, eləcə də baş separatçı Araik Arutyunyanın Paşinyana qarşı “alternativ” əldə etmək şəraitini məhdudlaşdırır. Daşnakların səfərində məqsəd də Qarabağın “müstəqillik” iddialarına dəstək tədbirinin təşkil edilməsi olub. Hərçənd, Ermənistan XİN deputatların qarşısının alınması ilə bağlı narahatlığını dilə gətirməsi rəsmi İrəvanın müxalifətin iddialarını təkzib etməsi deməkdir.
Azərbaycan isə Köçəryanın dəstəsinin Qarabağa girişinə qadağa qoymaqla birdən çox gediş edir:
Birincisi, Ermənistanda Qarabağ kartından istifadə edilməsi imkanını azaldır;
İkincisi, Ermənistan hakimiyyətinə qarşı müxalifətin rıçaqlarını zəiflədir: bu, Brüsseldə Əliyevlə razılaşan Paşinyanın önünü açır, digər tərəfdən, erməni müxalifətinin hakimiyyətə qarşı ittihamlarını gücləndirir və bu gedişlə Bakı İrəvanın siyasi gündəminə təsir edir;
Üçüncüsü, Qarabağdakı separatçı-terrorçuların “müstəqillik” iddialarına dəstəyin çevrəsini daraldır.
Burada əsas diqqət çəkən məqamlardan biri də sülhməramlıların Azərbaycanın istəyini yerinə yetirməsidir: mümkündür ki, Qarabağdakı son proseslərdə Bakının prinsipial mövqe sərgiləməsindən sonra sülhməramlı kontingentin rəhbərliyi – Rusiya tərəfi əlavə qarşıdurmanın yaranmasını istəmir.
Erməni deputatların geri qaytarılması bütün hallarda Qarabağda Bakının mövqeyini gücləndirən məqamdır.ölkə.az
Dalidag.az



Yazı axını
25 / 02 / 2025
23 / 02 / 2025
22 / 02 / 2025
22 / 02 / 2025
19 / 02 / 2025
18 / 02 / 2025
17 / 02 / 2025
15 / 02 / 2025
13 / 02 / 2025
13 / 02 / 2025
11 / 02 / 2025
10 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
06 / 02 / 2025
Ən çox oxunanlar
18-02-2025 11:05
