Reklam

Doqquz il əvvəl Lələtəpədə ucaldılan üçrəngli Azərbaycan Bayrağı indi Qarabağın və Şərqi Zəngəzurun hər guşəsində dalğalanır
(4-04-2025, 11:50)
(4-04-2025, 11:50)

2016-cı ilin 1-4 aprel tarixləri Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılıb. Azərbaycan Ordusunun qəhrəmanlığının bariz nümunəsi olan Aprel döyüşləri əbəs yerə Vətən müharibəsindəki möhtəşəm Qələbənin başlanğıcı kimi dəyərləndirilmir. Bu günlər Aprel döyüşlərindən doqquz il ötür. Azərbaycan Ordusu Aprel döyüşləri nəticəsində 23 ildən sonra xalqımıza ilk böyük Qələbə sevinci bəxş etdi. Ordumuzun həyata keçirdiyi əks-hücum əməliyyatı nəticəsində Ermənistanın hərbi birləşmələrinin təmas

Ağdərə rayonunun Baş Güney kəndi ərazisində insana məxsus olduğu ehtimal edilən skelet fraqmentləri aşkarlanıb. Dalidag.az məlumat verir ki, qalıqların Əsəddin Curu oğlu Novruzov və Qurban Ramazan oğlu Göyüşova məxsus olduğu ehtimal edilir. Bildirilib ki, qalıqlar həmin şəxslərin 1992-ci il martın 12-də şəhid olduqdan sonra yaxınlarının qoyub getdikləri yerdə tapılıb. Artıq qalıqlar ərazidən götürülərək şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün ekspertizaya göndərilib.report Dalidag.az

Ermənistan silahlı qüvvələri bölmələrimizi atəşə tutub. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. "Aprelin 2-si saat 13:55-dən 14:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub",- məlumatda bildirilib.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, Ağdam rayonunun yenidən qurulan Sarıcalı kəndinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Dalidag.az xəbər verir ki, bu mərhələdə Ağdam rayonunun yenidən qurulan Sarıcalı kəndinə 28 ailə - 110 nəfər köçürülüb. Doğma

Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən atəşə tutulub. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. "Martın 31-i saat 17:00-dan aprelin 1-i saat 04:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər və Gorus rayonlarının Zərkənd, Zod, Aşağı Şorca, Yuxarı Şorca, İstisu, Xanazax və Xəznəvar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub"- məlumatda bildirilib

Sarıcalıya birinci mərhələdə 895 nəfərin (203 ailə) köçürülməsi planlaşdırılır. Dalidag.az xəbər verir ki, Ağdam rayonunun Sarıcalı kəndində artıq 203 fərdi ev inşa olunub. Evlər iki, üç, dörd və beşotaqlıdır. Məskunlaşdırılacaq əhalinin gələcək sayı nəzərə alınaraq, kəndin salınmasının birinci mərhələsi üçün 54 hektar torpaq sahəsi ayrılıb. Qeyd edək ki, martın 27-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sarıcalı kəndində yeni inşa edilmiş fərdi yaşayış evlərində

Yanvarın 30-da Ermənistanın Yüksək texnologiyalar sənayesi naziri Mxitar Ayrapetyan Hindistanın “Micron Instruments” şirkətinin direktoru və sahibi Vikram Sanqali və GTB holdinqinin prezidenti Qriqor Ter-Qazaryanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dalidag.az publika.az-a istinadla xəbər verir ki, həmin görüşün detalları açıqlanıb. “Hraparak” yazır ki, görüşdə Ermənistanda yeni sənaye istehsalının yaradılması üçün investisiya imkanları müzakirə olunub. Nəşrin əldə etdiyi məlumata

Ağdamın Sarıcalı kəndində sakinlərə verilən evlərin həyətyanı sahəsi 12 sotdur. Dalidag.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev ötən gün Ağdamda buraya köçən sakinlərlə görüşündə bildirib. Dövlət başçısı bildirib ki, Sarıcalı kəndinin, sadəcə olaraq, birinci mərhələsinin inşası başa çatıb: “Burada hazırda 200-dən çox ev var. Amma ikinci mərhələ başa çatandan sonra təqribən evlərin sayı 400-ə çatacaq. Yaşamaq üçün bütün şərait var. Gözəl, yaraşıqlı evlər, elektrik, su, qaz, istilik,

Martın 13-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Madat Babayan suallara cavab verib. Dalidag.az xəbər verir ki, o, Ağdərədə silahlı dəstənin tərkibində olduğunu, onlara verilən silahların dəstə rəhbəri tərəfindən Xankəndidən və Ermənistandan gətirildiyini bildirib. Təqsirləndirilən şəxs əlavə edib ki, silahlı birləşmənin rəhbəri Vanik Petrosyan idi. Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə

“1954-cü il təvəllüdlü, erməniəsilli Ağasyan Vera Varaşakovnanın 20.10.2024-cü ildə, Xankəndi şəhərində yaşadığı ünvanda xəstəlikdən vəfat etməsi ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Ermənistan tərəfinin və onun övladlarının məlumatlandırılmasına, meyitinin təhvil verilməsi üçün bütün zəruri sənədləşmə işlərinin aparılmasına, hətta cari ilin fevral ayında vasitəçilərin iştirakı olmadan sərhəddə keçirilmiş görüş zamanı məsələ Ermənistanın nümayəndə heyətinin birbaşa
Yazı axını
22 / 08 / 2025
21 / 08 / 2025
21 / 08 / 2025
21 / 08 / 2025
21 / 08 / 2025
21 / 08 / 2025
21 / 08 / 2025
20 / 08 / 2025
19 / 08 / 2025
19 / 08 / 2025
18 / 08 / 2025
17 / 08 / 2025
17 / 08 / 2025
16 / 08 / 2025
15 / 08 / 2025
15 / 08 / 2025
15 / 08 / 2025
14 / 08 / 2025
13 / 08 / 2025
13 / 08 / 2025
13 / 08 / 2025
12 / 08 / 2025
Ən çox oxunanlar
21-08-2025 16:30
