Reklam


Qarabağdakı keçmiş separatçı rejimin təhlükəsizlik şurasının katibi olmuş Samvel Babayan öz ətrafı vasitəsilə son zamanlar Qarabağ ermənilərini bölgəyə qayıtmaq üçün razı salmağa çalışır. Dalidag.az globalinfo.az-a istinadla xəbər verir ki, bu məlumatı “Hraparak” qəzeti yayıb. Məlumata görə, Babayanın qohumları onun adından deyirlər ki, əgər 2000 insan toplaşa bilsə, onlar Xankəndiyə oradan çıxdıqları kortejlə qayıda biləcəklər. Bu fonda Babayanın adamları həmçinin bu insanların Azərbaycan

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə iyul ayı üçün biletlər 27 iyun saat 11:00-da satışa çıxarılacaq. Dalidag.az xəbər verir ki, sərnişinlər müəyyən olunmuş marşrut xətləri üzrə biletləri www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada ala bilərlər. Vətəndaşlar bilet almaq üçün şəxsiyyəti təsdiq edən sənəddəki məlumatları

Təsdiq olunmuş köç planına əsasən Xocalı şəhəri, Kərkicahan qəsəbəsi və Malıbəyli kəndində, eləcə də Ağdərə rayonunun Umudlu kəndinə bu il ərzində ümumilikdə 228 ailənin yerləşdirilməsi nəzərdə tutulub. Dalidag.az xəbər verir ki, bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov Xankəndi şəhərində keçirilən “Ətraf Mühitinin Gücləndirilməsində Maarifləndirmə və Hüquq Mühafizə Tədbirlərinin rolu” mövzusunda Elmi-Praktiki Konfrans zamanı deyib. O

Azərbaycan 2022-ci ilin sentyabrında öldüyü güman edilən iki erməni hərbçinin qalıqlarını Ermənistana təhvil verib. “Sputnik Ermənistan” xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Milli Təhlükəsizlik Xidməti yayıb. Erməni hərbçilərin cəsədlərinin qalıqlarının bu gün təhvil verildiyi bildirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Xankəndi-Şuşa-Laçın avtomobil yolunun tikintisini davam etdirir. Agentlikdən verilən məlumata görə, yolun ümumi uzunluğu 34 kilometrdir. İkinci texniki dərəcəli yolda torpaq yatağının eni 15 metr, hərəkət zolağının hər birinin eni isə 3,75 metrdir. Yol üzərində 2 körpü, 4 tunel, 73 ədəd müxəlif ölçülü və diametrli suötürücü boruların inşası nəzərdə tutulub. Uzunluğu 440 və 1100 metr olan birinci və üçüncü tunellərin giriş və çıxış portallarında,

Sərhədin delimitasiya və demarkasiyasının növbəti mərhələsi Zəngəzurda olacaq. Dalidag.az xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti yazır. Nəşr bildirir ki, yaxınlarda üç gün Sünikdə (Zəngəzur) olan Baş nazir Nikol Paşinyan bir müddət ikinci plana atılan delimitasiya mövzusunu yenidən gündəmə gətirib: "Paşinyan növbədə Sünikin ola biləcəyini gizlətmədən bu mövzuya bir daha toxunub. O qeyd edib ki, bu barədə Ermənistan və Azərbaycanın sərhəd komissiyaları qərar verməlidir. Bu

Azərbaycan dünyada mina problemindən ən çox zərər çəkən dövlətlərdəndir. Dalidag.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Ermənistan məqsədli şəkildə yalnız hərbi təyinatlı deyil, həm də bərpa-quruculuq işlərinə mane olmaq, onun sürətini azaltmaq, vətəndaşlara maksimum zərər yetirmək məqsədilə minalardan istifadə edir: “Təkcə keçmiş təmas

Ermənistanın Tavuş rayonu ilə Azərbaycanın Qazax rayonu arasında aparılımış delimitasiya işləri nəticəsində müəyyən edilən sərhəd xəttinə tikanlı məftillər çəkilib. Dalidag.az xəbər verir ki, bu barədə Zəngəzur bölgəsinəd səfər edən baş nazir Nikol Paşinyan yerli sakinlərlə görüşdə bildirib. O, sakinlərə tikanlı məftillərin fotosunu göstərərək bundan sonra insanların və ya heyvanların sərhəddin bir tərəfindən digər tərəfinə keçməsinin qeyri-mümkün olacağını qeyd edib. Paşinyan delimitasiya

Qarabağ Universitetinin ilk tələbəsi açıqlanıb. Dalidag.az bildirir ki, bu barədə Universitetin rektoru Şahin Bayramov feysbuk hesabında paylaşım edib. O qeyd edib ki, universitetin ilk tələbəsi Əli Rüstəmzadədir. Əli Mingəçevir şəhəri 17 saylı orta məktəbin məzunudur və III qrup üzrə 654 bal toplayıb. O, seçim zamanı Qarabağ Universitetində hüquqşünaslıq ixtisasını seçəcək.

Cəbrayıl rayonunda 330/33/33 kV-luq yarımstansiya tikiləcək. Dalidag.az xəbər verir ki, “Azərenerji” bununla bağlı hazırlıqlara başlayıb. Qeyd edilib ki, yarımstansiyanın tikilməsi 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyasının (GES) enerjisitemə qoşulması üçündür. “Azərenerji” tikinti işlərini “Electro İndustries” şirkətinə həvalə edib. Yarımstansiyanın tikintisi işləri 41 milyon manata başa gələcək.
Yazı axını
04 / 10 / 2025
04 / 10 / 2025
04 / 10 / 2025
02 / 10 / 2025
01 / 10 / 2025
01 / 10 / 2025
30 / 09 / 2025
29 / 09 / 2025
27 / 09 / 2025
27 / 09 / 2025
26 / 09 / 2025
25 / 09 / 2025
25 / 09 / 2025
24 / 09 / 2025
24 / 09 / 2025
23 / 09 / 2025
23 / 09 / 2025
22 / 09 / 2025
22 / 09 / 2025
20 / 09 / 2025
20 / 09 / 2025
Ən çox oxunanlar