Haber Global” Daşaltının azad edilməsi ilə bağlı video yayıb. Dalidag.az xəbər verir ki, məlumatda Daşaltı kəndinin Şuşaya gedən yolda yerləşdiyi üçün strateji əhəmiyyət kəsb etdiyi bildirilib. "Birinci Qarabağ Müharibəsində Daşaltı əməliyyatına aid sənədlər erməni sepatarçılarının əlinə keçib və Azərbaycan o kənddə 90 şəhid verib", - deyə qeyd olunub. Həmin kəndin azad edilməsi ilə bağlı döyüşlərdə iştirak edən Amil Hüseynovun “Haber Global”a müsahibəsini təqdim edirik: Dalidag.az

Ermənistan mediası Azərbaycan Ordusunun ermənilərə bəzi kəndləri boşaltmağı tələb etdiyini yazır. Ordumuz Zəngilan rayonunun Qafan rayonu ilə yerləşən Ağkənd və Qazançı kəndində yerləşən erməni hərbi birləşlərinə ərazini tərk etmələrini tələb edib. Bununla yanaşı, Azərbaycan hərbçiləri erməni silahlı birləşmələrinin Əkərək (ermənilər Aqarak deyir) kəndini tərk etməsi üçün səsucaldan vasitəsilə xəbərdarlıq edib. Ümumilikdə ermənilərə kəndləri boşaltması üçün 10 saat vaxt verilib. Erməni teleqram

Azərbaycanın bir sıra siyasi partiyaları, ictimai təşkilatları və ictimai xadimləri Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması ilə bağlı müraciət edilib. Dalidag.az xəbər verir ki, müraciət Azərbaycan Prezidenti İlham Əliyevə, Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan, Birləşmiş Millətlər Təşkilatına, BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvlərinə, Avropa Parlamentinə, Avropa Şurasının Parlament Assambleyasına, ATƏT-ə, Qoşulmama Hərəkatının Koordinasiya Bürosuna, NATO-ya

Şuşada Milli Azərbaycan Tarixi Muzeyinin Qarabağ tarixi filialının açılması, Xocalıda "Xocalı soyqırımı" muzeyinin yaradılması nəzərdə tutulur. Dalidag.az bildirir ki,bu, AMEA tərəfindən hazırlanan Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə dair elmi tədqiqat işləri ilə bağlı Tədbirlər planında öz əksini tapıb. Tədbirlər planına əsasən, Qarabağ Geoloji Fondu Muzeyi yaradılacaq. Tədbirlər Planında Azıx mağarası bölgəsində turizmin təşkili üçün infrastrukturun hazırlanması, işğaldan azad

Ermənistan mətbuatı Azərbaycan silahlı qüvvələrinə məxsus iki "Ural" markalı hərbi avtomobilin Zəngəzur mahalının Gorus şəhərində hərəkət etdikləri haqda məlumat paylaşıb. Dalidag.az xəbər verir ki, ermənilərin yaydığı videoda buna təəccüb etdikləri görünür. Azərbaycan MN yayılan video ilə bağlı hər hansı açıqlama verməyib.axar.az

Komandir, general-mayor Mais Bərxudarov və digər yüksək vəzifəli hərbçilərimizlə bağlı yeni görüntülər yayılıb. Dalidag.az xəbər verir ki, görüntülərdə komutanlar işğaldan azad olunmuş ərazilərdəki axar su və bitki örtüyü ilə bağlı söhbətləşirlər. Həmin videonu təqdim edirik:

Son 24 saat ərzində 569 nəfər Ermənistandan Dağlıq Qarabağa qayıdıb. Bu barədə Rusuiya Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir. Bildirilir ki, rus sülhməramlıları daşınmada iştirak edən avtobusları müşayiət edib. Məlumatda həmçinin deyilir ki, bu günə kimi 37 mindən çox erməni Qarabağa qayıdıb. Dalidag.az

“Bütün qəlbimlə Azərbaycanın bu haqq savaşınızda qələbə çalacağınıza inanırdım". Dalidag.az-ın məlumatına görə, bu sözləri Türkiyənin tanınmış aktrisası Serpil Tamur "ATV səhər" verilişində deyib: "Həmişə deyirdim ki, bu hər birimiz üçün bir bayram olacaq və bu bayramı birlikdə qeyd edəcəyik. İndi o günü qələbə günü kimi qeyd edirik. İşğal altında olan topraqlarınızın azad olunmasına görə böyük sevinc hissi keçirirəm. Qələbə günü gecə səhərə qədər gözümü yuma bilmədim. Nə gözəl, ana torpaq

Vladimir Savelyev sovet zamanında Dağlıq Qarabağda yerləşmiş və SSRİ-nin süqutundan sonra nəzarətsiz qalıb Ermənistanın əlinə keçmiş 366-cı alaydakı 2270 nömrəli hərbi hissənin əks-kəşfiyyat şöbəsinin rəisi olmuşdu. Xocalı faciəsinin ilk məlumatlarını toplayan, hadisələrin şahidi olan polkovnik 1992-ci il noyabr ayının 26-da, 1994-cü il mart ayının 19-da, 1998-ci il avqust ayının 22-də və nəhayət, 2000-ci ilin iyul və dekabr aylarında BMT-yə, Avropa Şurasına Xocalıda baş verən hərbi cinayətlər

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Vətən müharibəsində 2783 nəfər şəhid olmuş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları barədə 3 dekabr 2020-ci il tarixli məlumatına əlavə olaraq bildiririk ki, bu günədək 2723 şəhidimiz dəfn edilmişdir. Müdafiə Nazirliyindən verilən məlumata görə, dəfn edilmiş şəhidlərimizin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunur. İtkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və şəxsiyyəti müəyyən
Yazı axını
 
 
29 / 04 / 2024