Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirir. İclasın gündəliyi açıqlanmasa da, Sünikdə (Zəngəzur) baş verənlərin, Azərbaycan Ordusunun dövlət sərhədini bərpa etmək məqsədilə Gorus istiqamətində 3 kilometrə qədər irəliləməsi məsələsinin müzakirə edildiyi şübhəsizdir.
Dalidag.az xəbər verir ki, Ermənistan mediası yerli mənbələrə istinadən Azərbaycan Ordusunun irəli çəkdiyi mövqelərdən geri çəkilmədiyini yazır. Danışıqlar nəticə verməyib, sabah yenidən cəhd edəcəklər.
Ermənistan xarici işlər naziri Ara Ayvazyan rusiyalı həmkarı Lavrovla danışıb və Azərbaycanın əvvəlki mövqeyə qaytarılmasını xahiş edib. Ardınca Rusiya müdafiə naziri Sergey Şoyqu və Ermənistan müdafiə naziri Vaqraşak Arutyunyan arasında telefon söhbəti olub. Rəsmi məlumata görə, tərəflər Qarabağdakı rus sülhməramlıların fəaliyyətini müzakirə ediblər. Lakin Laçın-Gorus sərhədində baş verənlərin müzakirə edildiyi istisna deyil.
Mümkündür ki, Ermənistan telefon trafikində ruslardan istədikləri dəstəyi almayıblar. Çünki məsələ dövlət sərhədinin bərpasından gedir və bu məsələnin başa çatdırılması ilə bağlı Moskvanın vasitəçiliyi ilə şifahi razılaşmalar var. Paşinyanın Təhlükəsizlik Şurasının iclasını keçirməsi də bununla bağlıdır və iclasda daha çox bu hadisədən sonra Sünikdə (Zəngəzur) yarana biləcək gərginliyin qarşısını almaq məsələsi müzakirə oluna bilər.
Asif Nərimanlı
Reklam
Azərbaycan ordusu irəlilədi, Paşinyan generalları təcili topladı: Nə baş verir?
13-05-2021 10:44

Kateqoriya: Qarabağ
Tarix: 13-05-2021 10:44
Baxış sayı: 3226Yazı axını
03 / 11 / 2025
01 / 11 / 2025
01 / 11 / 2025
31 / 10 / 2025
30 / 10 / 2025
30 / 10 / 2025
29 / 10 / 2025
29 / 10 / 2025
28 / 10 / 2025
28 / 10 / 2025
27 / 10 / 2025
27 / 10 / 2025
26 / 10 / 2025
25 / 10 / 2025
25 / 10 / 2025
25 / 10 / 2025
25 / 10 / 2025
23 / 10 / 2025
23 / 10 / 2025
22 / 10 / 2025
21 / 10 / 2025
20 / 10 / 2025
20 / 10 / 2025
20 / 10 / 2025
19 / 10 / 2025
19 / 10 / 2025
Ən çox oxunanlar




























