Reklam
Zəngəzurun daha bir ərazisi Azərbaycana qaytarıldı
12-05-2021 18:45
Ermənistan-Azərbaycan sərhəddində yerləşən Qaragöl adlanan ərazi tamamilə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçib.
Dalidag.az-ın məlumatına görə, bu barədə Sünik (Zəngəzur) vilayətinin keçmiş valisi Vahe Hakobyan mətbuata açıqlamasında deyib.
O, azərbaycanlıların Qaragölü tamamilə ələ keçirdiyini bildirib.
Qeyd edək ki, Qaragöl Sünik vilayətinin Sisyan rayonuna daxil olan Qızılcıq bələdiyyəsinin ərazisinə daxildir.
Ermənilər həmin ərazinin adını dəyişərək İşxanasar qoyub.
“Gecə İşxanasar istiqamətində qalxdılar. Yeni sərhəd xətti boyunca gölün yalnız 30 faizinə sahib olduqları halda indi gölün hamısını nəzarəti altına aldılar. Gorus icması ciddi risk altına düşdü. Çünki şəhər həm içmək, həm də suvarmaq üçün suyu buradan alır” - Vahe Akopyan belə deyib.
Xatırladaq ki, Gours bələdiyyə sədrinin müavini İrina Yolyan Azərbaycan hərbçilərinin Qızılcıq və Verişen istiqamətində 3 kilometr irəlilədiyini xəbər verib.
Onun sözlərinə görə, hazırda həmin ərazidə yüzlərlə Azərbaycan əsgəri var.
Gorus bələdiyyə sədrinin digər müavini Menua Hovsepyan türklərin (Azərbaycan türkləri-red.) Qaragöl ərazisində irəlilədiklərini və möhkəmlənməyə çalışdıqlarını söyləyib.
Lakin Ermənistan Müdafiə Nazirliyi mayın 12-də yaydığı məlumatda isə qeyd edilir ki, səhər tezdən Azərbaycan Silahlı Qüvvələri Sünikin sərhəd bölgələrindən birində sərhədləri dəqiqləşdirmək üçün müəyyən işlər görməyə çalışıb.
Buna mane olmaq üçün Ermənistan Silahlı Qüvvələrinin tədbir görmək cəhdinin qarşısı Azərbaycan hərbçiləri tərəfindən alınıb. Hazırda mövcud vəziyyəti həll etmək üçün danışıqlar aparıldığı bildirilir.
İşxanasar icmasının lideri Marat Petrosyan kənddə vəziyyətin sakit olduğunu, heç bir döyüş və atışma olmadığını deyib.
“Hraparak” qəzeti yazır ki, Lusakertdən Sünikə qoşun gətirilib. “Mediaport” xəbər verir ki, 3-cü Ordu Korpusunda həyəcan siqnalı verilib. Gorus, Qafan və Meğri sakinlərinə özünümüdafiə üçün hazır olmaq əmri verilib.
“Teleqram” kanalında yayılan məlumatlara görə, Ermənistan Vardenis rayonu istiqamətində xeyli miqdarda qoşun cəmləşdirib./sfera.az
Dalidag.az

Kateqoriya: Manşet / Qarabağ
Tarix: 12-05-2021 18:45
Baxış sayı: 4297
Yazı axını
29 / 12 / 2024
28 / 12 / 2024
28 / 12 / 2024
27 / 12 / 2024
26 / 12 / 2024
26 / 12 / 2024
25 / 12 / 2024
25 / 12 / 2024
24 / 12 / 2024
23 / 12 / 2024
23 / 12 / 2024
23 / 12 / 2024
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
Ən çox oxunanlar