Yaxın gələcəkdə Azərbaycan Ordusundakı erməni əsirlərin sayı artacaq. Dalidag.az xəbər verir ki, bu sözləri axar.az-a rus tarixçi, politoloq Oleq Kuznetsov Azərbaycanın Xocavənd rayonunda bir neçə erməni hərbçinin “partizanlıq” etmək üçün meşələrə sığındığı ehtimalı haqda yayılan informasiyaları şərh edərkən söyləyib. “Havaların soyuması, qarın yağması və bu cür şəraitdə aktiv döyüş əməliyyatları aparmağın mümkünsüzlüyü səbəbindən onların dağlıq və meşəlik ərazilərdə qalması mənasızdır. Hazırda

Ermənilər Azərbaycan torpaqlarını tərk edərək taxıl sahələrini, üzüm, nar bağlarını itirdi. İstehsal müəssisələri və hidroelektrik stansiyalar da azad edilən ərazilərdə qaldı. Dalidag.az xəbər verir ki, bunu erməni iş adamı Arutyun Mnatsakanyan 168TV kanalının “İcmal” (Obzor) verilişində deyib. Onun sözlərinə görə, Azərbaycanın Qarabağ bölgəsində taxıl istehsalı ildə 150 min tona çatırdı. Bu həcmin demək olar ki, hamısı Ermənistana idxal edilirdi və bu, ölkənin daxili tələbatını ödəmək üçün

Şuşanın azad olunması: mütəxəssislər bunu müasir hərb elminin prinsiplərini alt-üst edən əməliyyat adlandırırlar. Yəhudi jurnalist Pyotr Lyukimson yazır: “İsrail ordusu indiyə qədər bu əməliyyatın təfərrüatını bilmir. İsrail Müdafiə Nazirliyindəki yüksəkrütbəli mənbə mənə belə dedi: Şuşa aşağıdan yuxarıya doğru azad olundu və bu, müasir hərb elminin bütün prinsiplərinə ziddir”. Mənim üçün indi ən çox maraqlı olan Şuşanın azad olunması əməliyyatının adıdır. Ermənistan 28 il öncə Qarabağ

44 günlük müharibədə sağ qalan və döyüşdən qaçıb meşələrdə gizlənən düşmən əsgərlərindən bir qrupu Hadrut ətrafındakı meşəliklərdə gizlənir. Və xilas olmağa can atır. Dalidag.az virtualaz.org-a istinadən xəbər verir ki, erməni KİV-lərinin məlumatına görə, bu haqda müxalif "Çiçəklənən Ermənistan" fraksiyasından deputat Naira Zöhrabyan danışıb. O bildirib ki, övladları döyüşlərdə itkin düşmüş valideyinlərlə müntəzəm olaraq görüşür. Həmin valideyinlərdə sübutlar var ki, övladları sağdır və Hadrut

II Qarabağ müharibəsi zamanı ermənilərə əsir düşən Amin Musayev ailəsinə məktub göndərib. Dalidag.az bildirir ki, bunu axar.az-a açıqlamasında Aminin yaxın qohumu Çinarə Əliyeva deyib. O bildirib ki, məktubu ailəyə Beynəlxalq Qırmızı Xaç Komitəsi təqdim edib: “Qırmızı Xaç Komitəsi məktub istəmişdi. Ailə də yazıb göndərdi. Dünən isə məktubumuza cavab aldıq. Məktub Aminin öz xətti ilə yazılıb”. Amin anasına ünvanladığı məktubda yaxşı olduğunu bildirib və anasından özünə yaxşı baxmasını xahiş edib.

Ermənistan silahlı qüvvələrinin daha bir əsgəri 44 gün davam edən İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan Ordusu qarşısında necə aciz qaldıqlarını etiraf edib. “Sputnik Armenia” saytına müsahibə verən 20 yaşlı Seyran Soqoyan əsgəri xidməti zamanı tank bölməsinə təyin olunub. Onun sözlərinə görə, erməni əsgərlər ən çox Azərbaycanın Cəbrayıl rayonu ərazisində məhv edilib: “5 oktyabr tarixində həm canlı qüvvə, həm də hərbi texnika cəhətdən həqiqətən çox itkilərimiz oldu. PUA-lar bir neçə

Vətən müharibəsi şəhidlərinin xatirəsi Şuşa şəhərində hərbçiləriniz tərəfindən yad edilib. Dalidag.az xəbər verir ki, hərçbilərimiz Şuşa Qalasından asılmış Azərbaycan bayrağının qarşısında sayğı duruşunda dayanaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda canını qurban vermiş hərbçilərimizi bir dəqiqəlik sükutla yad ediblər. Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, 4 dekabr saat 12:00-da bütün Azərbaycan ərazisində Vətən müharibəsi şəhidlərinin xatirəsi bir

Şahidlərin sözlərinə görə, Azərbaycan əsgərləri Xankəndiyə gəlir və supermarketlərdən alış-veriş də edirlər. Düzdür, onlar rus sülhməramlılarının müşayiəti ilə gəlir, ancaq hazırda bu, heç nəyi dəyişmir. Dalidag.az xəbər verir ki, bu sözləri keçmiş və qondarma “dqr”in “prezident müşaviri” Tiqran Abramyan yazıb. Abramyan Paşinyana müraciət də edib: “Sənin azacıq vicdanın qalıbmı? Nikol, sən mərdlik, şərəf haqda heç nə bilmirsən, ancaq anla: bu, haçansa yeni partlayışa səbəb olacaq. Sən

Evinə dönən əsgər oğlunu qarşılayan atanın addımı çox təsirli olub. Sosial şəbəkələrdə yayılan video hər kəsi duyğulandırıb. Dalidag.az xəbər verir ki, oğlunun döyüşdən sağ-salamat döndüyünə sevinən ata, əhdinə uyğun olaraq əsgər oğlunu belinə qaldırıb. Dalidag.az

Bu gün saat 12:00-da Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. Dalidag.az xəbər verir ki, Prezident İlham Əliyev Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında Sərəncam imzalayıb. Qeyd edək ki, Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu şəhid olub. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən artıq hərbi qulluqçumuz itkin
Yazı axını