Reklam
"Dastana dönən Şəhid balam..."
31-03-2021 18:24
Şəhidlik adı çox müqəddəsdir. Peyğəmbərimiz Məhəmməd Əleyhissəlam şəhidlərin Allah yanında ən yüksək zirvədə dayandığını həmişə öz ətrafındakılara aşılamışdır. Vətən yolunda, haqq-ədalət yolunda, müqəddəs dinimiz uğrunda ilk şəhid olanlar da elə Peyğəmbərimizin nəvələri oldular. 1400 il ərzində islamın ilk şəhidləri nəinki unuduldular, əksinə onlara qarşı xalqımızın məhəbbəti ildən-ilə çoxaldı. Qarabağ uğrunda gedən döyüşlərdə də xalqımızın igid övladları döyüşdülər, yüzlərlə şəhidlərimiz oldu. Şəhidlərimizin hər birinə Allahdan rəhmət diləyir, şəhid valideynlərinin əllərindən öpərək onların qarşısında baş əyirik.
Qarabağ uğrunda şəhid olanlar,
Bir dastana dönüb, eldə yaşayır.
Əlli milyon xalqın övladı olub
Hər biri minlərlə evdə yaşayır.
Zəngilanı, Qubadlını alanlar,
Şuşamızda qələbəni çalanlar,
Göz qırpmadan hər an şəhid olanlar
Hər otda, çiçəkdə, güldə yaşayır.
Onlar yaşayırlar duada,andda,
Bizimlə birdilər azad həyatda.
Elimin qurduğu toyda-büsatda,
Oqtayın sazında, teldə yaşayır.
Qırx dörd günlük Vətən Müharibəsindən bütün xalqımıza yaxşı tanış olan, öz döyüş yolu, öz avazı, öz gözəl, gülərüz çöhrəsi ilə hamının sevimlisinə çevrilən şəhid Xudayar Yusifzadənin sorağı ilə Bərdə rayonunun Qazıqurdali kəndinə yollandıq. Bələdçim Tural Mehdiyev idi. O, Xudayarın anasının həmin kənddə, babası Şümşad Məmmədovun evində yaşadığını öyrənmişdi. Kəndin girişində, Bərdə-Ağcabədi yolunun üzərində "Şəhid Xudayar bulağı" yenicə tikilərək şəhidimizin mərmər lövhəyə çəkilmiş şəkli həmin bulağın üzərinə vurulmuşdu. Şümşad kişinin evini tapsaq da qapı bağlı idi. Darvazanın üzərindən böyük bir Azərbaycan Respublikasının bayrağı asılmışdı. Darvazani döysək də bizə hay verən olmadığından qonşudaki darvazanı döyməyə məcbur olduq.
Qonşuluqda yaşayan Mehman müəllim bizi mehribanlıqla qarşıladı və Xudayarın anasıgilin burada indiyədək kirayədə yaşadıqlarını və Güloğlular kəndindəki təzə evlərinə köçdüklərini bildirdi. Telefon nömrəmi Mehman müəllimə verdim və xahiş etdim ki, Xudayarın babası axşam evə gələndə ona versin. Telefon vasitəsi ilə Güloğlulardakı evin yerini öyrənib oraya getdik. Həyət divarının küçəyə baxan hissəsində Xudayarın böyük portretdəki əksi bizi öz gülərüz çöhrəsi ilə qarşıladı. Portretlə yanaşı daha böyük bir plakatda Vətən Müharibəsində şəhid olmuş əlli altı nəfər Bərdə igidlərinin şəkilləri öz əksini tapmışdı. Bizi Xudayarın qardaşı Məhəmməd qarşıladı. Zəng edib sonra gəldiyimizə görə bizi gözləyirdilər. İçəri dəvət etdilər, keçdik. Sanki müqəddəs bir ziyarətgaha gəlmişdim. Xudayarın anası Qurbanova Radə Şümşad qızı bizi qarşıladı. Anaya başsağlığı verib bizi dəvət etdiyi böyük otağa keçdik.
Otaq başdan-ayağa qədər Xudayarın fotoları, toxunma portretləri, geyimləri, ona aid olan əşyalar, fəxri fərmanlar və s. ilə bəzədilmişdi. Sanki bir muzeyə daxil olmuşduq. Şəhidlərimizin ruhuna "Fatihə" oxuyandan sonra Radə xanımdan xahiş etdim ki, Xudayarın uşaqlıq illərindən bəri yadında qalan xüsusiyyətləri, həyatı barədə oxucularımızı tanış etsin. Şəhidimin anası Radə Qurbanova əsl azərbaycanlı xanımlara xas olan təmkinlə, mədəniyyətlə, hörmətlə ona verdiyimiz sualları cavablandırdı. Övladının Vətən yolunda şəhid olduğunu və bununla da Allah yanında ən yüksək məqama yetişdiyini dönə-dönə vurğuladı. O, Xudayarın həyat yolu barədə fəxrlə danışdı.
Şəhid anası Radə Qurbanovanın dedikləri:
Oğlum Xudayar Müslüm oğlu Yusifzadə 1998 -ci il iyulun 15-də anadan olmuşdur. Anadan olandan iyirmi dörd gün sonra atası vəfat edib. Bu səbəbdən də mən dörd uşaqla, Xudayarın bir bacısı və iki qardaşı ilə atamın himayəsində yaşamlşıq. Xudayar körpə yaşlarından atam Məmmədov Şümşadı öz atası hesab edib. Atam hara getsə onu da öz maşınına minib aparar, hətta Xudayarın altı yaşından ona maşın sürməyə də icazə verərdi. Ona görə də babasını da, nənəsi Tovuz Məmmədovanı da Xudayar hamıdan çox istəyərdi. Xudayar uşaq vaxtı çox sakit və təmkinli uşaq idi. Birinci sinfə Bərdə şəhərindəki Akademik Zəridə Əliyeva adına məktəbdə gedib. İkinci sinifdə oxuyanda atam gillə bərabər biz də ailə vəziyyətimizlə əlaqədar Ağdamın Baharlı qəsəbəsinə köçdük. Xudayar ibtidai təhsilini orada başa vurdu. Beşinci sinifdən on birinci sinfi bitirənə qədər isə Bərdəyə köçdüyümüz üçün Bərdə şəhər 1 saylı tam orta məktəbdə oxuyub. Eyni zamanda Bərdə şəhər 1 nömrəli musiqi məktəbində də muğam sinfində təhsil alıb. Xudayarın atası, əmisi, babası - bütün ailə üzvləri musiqiçi olublar. Xudayar musiqi məktəbində oxuduğu illərdə dəfələrlə məktəbdə keçirilən müsabiqələrdə iştirakçı və qalib olub. Lakin Xudayarın musiqi qabiliyyəti nə qədər yüksək olsa da bir sənət kimi, pul qazanmaq üçün ondan istifadə etmədi. Onun uşaqlıqdan fikri hərbçi olmaq idi. Birinci sinfi bitirəndə "Əlifba" bayramı keçiriləndə bizə təkidlə hərbi geyim aldırdı. "Əlifba" bayramını hərbi forma geyinərək keçirdi. O, uşaqlığından ömrünün sonunadək hərbçi olmaq arzusu ilə yaşadı. Xudayar musiqi təhsilini də başa vurandan sonra hərbi akademiyaya imtahan verdi.
Qabiliyyət imtahanlarından keçsə də yazılı imtahandan kəsildi. Hərbi xidmətə yollandı. Dövlət Təhlükəsizlik Xidmətinə düşdü, çox gözəl xidmət elədi, dəfələrlə fəxri-fərmanla təltif olundu. Tərxis olunandan sonra bir müddət mühafizəçi işlədi. 4-5 ay mühafizədə işləyəndən sonra Dövlət Sərhəd Xidmətinin kurslarına daxil oldu. Həmin kursu bitirəndən sonra onu Dövlət Sərhəd Xidmətinin Astara nəzarət buraxılış məntəqəsinə göndərdilər. Döyüşlər baş verən günə qədər sərhədçi kimi xidmət göstərib. Ötən il iyunun 14-də Polad Həşimov şəhid olan günün sabahı, 15-iyun 2020-ci ildə Xudayarin ad günündə ərizə ilə ordu sıralarına daxil olması barədə Müdafiə Nazirliyinə müraciət edib. Müdafiə Nazirliyinə müraciət etməsi məlumatını bu yaxınlarda Xudayarin sənədlərini düzəldərkən Dövlət Sərhəd Xidmətindən mənə bildiriblər. Bu məlumatı o özü mənə deməmişdi. Polad Həşimovun ölümündən sonra onu öz müraciətinə əsasən Daşkəsən rayonuna, Murovdağ yüksəkliyinə göndəriblər. Oradan zəng edəndə də məni aldadıb. Deyirdi ki, burada sərhəd zastavasında xidmət edirəm. Müharibə başlayan gün, sentyabrın 26-dan 27-nə keçən gecə yazmışdı ki, "Allah yar və yardımçımız olsun!" 27-də səhər tezdən duran kimi zəng elədim. Dedi ki, ana, niyə qoymursan işləyək? Məni aldadırdı ki, burada heç nə yoxdur, sərhəddə dayanmışıq. Ondan sonra da döyüşlər getsə də yenə də boynuna almırdı. Deyirdi ki, biz sərhəddi qoruyuruq, sən o qabaqda gedən uşaqların, onların analarının haqqına girirsən. Heç onların anası bəlkə də sən qədər narahat deyil, sən təkcə məni fikirləşirsən!
Sözlərini yekunlaşdırıb susur ana. Özünü güclə ələ aldığıni görürəm. Azərbaycan qadınının mətanəti burada özünü göstərir.
Arada yaranan hüznlü sükutu mən pozuram:
- Sizin Qazıqurdalı kəndində eviniz olmalı idi.
- Xudayar əsgərlikdə olanda 2017- ci il iyul ayının 27-də evimiz qısaqapanmadan yanmışdı. İçindən heç bir şey çıxara bilməmişdik. Bir qutunun içində Xudayarın özünə məxsus əşyalarının yarısı yanmış, yarısı yanmamış çıxarmışdım. Televizorda yanan evimizi və bizi də göstərmişdilər. Dedim birdən eşidər, görər, qorxar. Zəng etdim, özüm dedim. Dedim ki, ana qurban, canın sağ olsun! Heç ürəyini də sıxma! Cavab verdi ki, ana, Allahın məsləhəti ilə olan şeyə də ürək sıxmaq olar? O qədər Allaha inamı var idi ki, Xudayarın! Qazıqirdalıda bacımgil olurdu. Ona görə də biz də orada kirayə ev tapıb bir müddət yaşadıq. Yanan evimiz Bərdə şəhərindəki Vaqif küçəsində idi. İndi yaşadığımız evə də iki aydır ki, köçmüşük. Oğlum Məhəmmədin evidir. Gələn-gedənimiz çoxdur. Azərbaycanın hər bir yerindən bizə gəlib başsağlığı verənlərin sayı-hesabı yoxdur. Dövlət nümayəndələri də gəlirlər, şəhid ailələri ilə tez-tez maraqlanırlar, tədbirlərə dəvət edirlər. Xudayar Prezidentimiz tərəfindən medallarla təltif olunub, amma hələ həmin təltiflərin heç biri bizə təqdim olunmayıb. Böyük oğlum Yusif sərhəd qoşunlarında xidmət edir. Dedi ki, qardaşım Xudayarın işini davam etdirmək üçün sərhəd qoşunlarında işləməliyəm.
-Xudayarı xalqımıza sevdirən onun cəsur döyüşçü olması ilə bərabər, həm də Respublikanın Xalq Artisti Əlibaba Məmmədovun bəstələdiyi "Vətən yaxşıdır" adlı təsnifini oxuması oldu. Xudayar şəhidlik zirvəsinə ucalandan sonra Xudayarsevənlərin Əlibaba Məmmədova müraciətində həmin təsnifin "Xudayar təsnifi" adlandırılmasına razılıq verməsi xahiş olundu. Böyük sənətkar bu təklifi məmnuniyyətlə qəbul etdi. Bunu eşidəndə siz hansı hissləri keçirdiniz?-sualına Radə Qurbanova belə cavab verdi:
-Həmin təsnif qırx ilin mahnısıdır. Xudayar onu elə bir yerdə, elə anda, elə bir məqsəd üçün oxuyub ki, o məqsədi biz izah edə bilmirik, o an döyüşçülərimizə məxsusdur. Minlərlə şəhid əsgərimiz var. Sağ olsun Əlibaba Məmmədov! Mən ona görə sevindim ki, öz təsnifinə Xudayarın adını verdiyi üçün üç minə yaxın şəhidimizin ruhu şad oldu. Xudayarın döyüş yoldaşlarından bir neçə qazi mənə söylədilər ki, o mahnını Zəngilandakı döyüşlər zamanı oxuyub. Danışırdılar ki, həmin günlərdə çox sürətlə irəliləyirdik. Hətta bir sutka ərzində 105 kilometr irəliləmişdik. Sürətlə irəlilədiyimizə görə arxa cəbhə ərzağımızı gecikdirmişdi. Lakin heç birimiz aclığı-susuzluğu hiss eləmirdik. Sevincimizin həddi-hüdudu yox idi. Biz qovurduq, ermənilər qaçırdı. Belə bir şəraitdə Xudayar "Vətən yaxşıdır" təsnifini oxuyarkən yoldaşları onu telefonla çəkmişdilər. Mahnını oxuyan zaman Xudayar ac olsa da onun səsində heç bir çatışmazlıq hiss olunmurdu. Təsadüfə baxın ki, uşaq vaxtı musiqi məktəbində oxuyanda Xudayar imtahanda həmin təsnifi ifa etmiş və "əla" qiymət almışdı.
Xudayarın iştirakı ilə Zəngilandakı sürətli hücum əməliyyatı haqqında bu günlərdə veriliş hazırlamışdılar, adını da "Xudayarla yazılan dastan" qoymuşdular. Xudayarın döyüş yoldaşları danışırdılar ki, Qafan aeroportu ilə üzbəüz, Zəngilan rayonundakı Bartaz zastavası ərazisində güclü döyüşlər gedirdi. Xudayar da bu döyüşlərdə qəhrəmancasına vuruşurdu. Xudayara ordenləri heç də oxumağına görə verməyiblər, onun qəhrəmanlığı var, xidmətləri var, ona görə də təltif ediblər. Onunla bərabər neçə-neçə döyüşçülərimiz, kapitan Aşur Cəmiyev, döyüşçü Soltan (təəssüf ki, soyadını bilmirəm) düşmənlə üzbəüz vuruşublar, demək olar ki, əlbəyaxa olublar, aralarında 5 metr məsafə qalıb, şəhidlik zirvəsinə ucalıblar. Zəngilan döyüşü İkinci Qarabağ Müharibəsində ən sürətli döyüş kimi tarixə düşüb. Prezidentimiz həmin döyüşdən sonra "İti qovan" ifadəsini işlədərək ermənilərə müraciətlə "Sizi iti qovan kimi qovacağıq!"-deyə düşməni hədələmişdi.
Radə Qurbanova bizimlə söhbətini nikbinliklə bitirdi. O bildirdi ki, Ali Baş Komandanımızın "Dəmir yumruq" adlandırdığı əməliyyatın vuran biləyi cəsur Azərbaycan Ordusunun döyüşçüləri - şəhidlərimiz, qazilərimiz, əsgər və zabitlərimiz oldu. Biz inanırıq ki, "Dəmir yumruq" əməliyyatı nəticəsində düşmənlərdən azad edilmiş torpaqlarımıza məcburi köçkünlər qayıdıb xoşbəxt yaşayanda Xudayarla bərabər bütün şəhidlərimizin ruhu sevinəcək.
Biz də şəhidimizin anası ilə razılaşmaya bilmədik. Şəhidlər ona görə canlarını Vətən uğrunda qurban verdilər ki, torpaqlarımız düşmən tapdağından təmizlənsin, ərazi bütövlüyümüz təmin olunsun. Artıq bu gün qırx dörd günlük Vətən Müharibəsinin şanlı Azərbaycan Ordusunun qələbəsi ilə başa çatması nəticəsində Zəngilan rayonundan tutmuş Kəlbəcər rayonu ərazisinədək Azərbaycan-Ermənistan sərhədlərində qalib Azərbaycan əsgəri keşik çəkir. Artıq Xudayarın və onun kimi şəhid olan üç minədək şəhid balalarımızın qanı ilə suvarılan torpaqlarımız azad nəfəs alır. Azad olunmuş torpaqlarımızda qalib əsgərlərimiz iyirmi səkkiz ildən sonra ilk Novruz tonqallarını alovlandıraraq şəhidlərimizin ruhuna dualar oxuyaraq onları yad etmişlər. Əsgərlərimizlə bərabər bütün Azərbaycan xalqı bu il Novruz tonqallarının ətrafında olarkən şəhidlərimizi hörmətə yad etmiş, onların əzizlərinə, yaxınlarına hörmət və ehtiramlarını bildirmişlər. Biz də bütün şəhid ana və bacılarının, ailə üzvlərinin qarşısında baş əyir, onlara hörmət və ehtiramımızı bildiririk.
Oqtay SALAHLI
Dalidag.az

Kateqoriya: Qarabağ
Tarix: 31-03-2021 18:24
Baxış sayı: 41 135
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23