Sentyabrın 29-da Şamaxının Meysəri kəndində ikinci Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində Nəsimi heykəl-installasiyasının açılışı olub. Dalidag.az xəbər verir ki, festival iştirakçılarının, eləcə də nəsimisevərlərin, ziyalılarının qatıldığı açılış mərasimində rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov çıxıs edərək Heydər Əliyev Fondunun dəstəyi ilə ərsəyə gətirilən heykəl-installasiyanın Azərbaycanda dahi şair və mütəfəkkiri İmadəddin Nəsimiyə, ümumən yaradıcı

Gənc tədqiqatçılar Elnur Nəciyev və Günay Nəciyeva VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası ilə bağlı video hazırlayıblar. Dalidag.az xəbər verir ki, VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunub. Qeyd edək ki, sərgi-yarmarka zamanı 3 gün boyunca 81 yerli və 22 ölkədən 40 xarici nəşriyyat, poliqrafiya müəssisəsi, kitab evləri və s. qurumlar öz nəşrlərini sərgiləyib və kitablarının satışını həyata keçiriblər. Eyni zamanda, sərgi

Əməkdar artist, dirijor Ziya Bağırov dünyasını dəyişib. Dalidag.az xəbər verir ki, bu barədə Əməkdar artist Nüşabə Ələsgərli İnstaqram hesabında məlumat verib. Qeyd edək ki, Z.Bağırov uzun illər Azərbaycan Dövlət Akademik Musiqili Teatrında çalışıb. 1999-cu ildən bu zamana qədər teatrda dirijor kimi fəaliyyət göstərib. Allah rəhmət eləsin! Dalidag.az

Azərbaycan ictimai fikir tarixi və XX əsr mədəniyyətindən danışarkən ilk adı çəkilən şəxs Üzeyir Haclbəylidir Biz onu nə nə dərəcədə yaxşı tanıyırıq və yaxud, yaxşı tanıyırıqmı? Tarixçi-alim, professor Solmaz Tohidinin Üzeyir bəy haqqında olduqca maraqlı fikirləri təqdim etdiyimiz videoda: Dalidag.az

Yazıçı-publisist Çingiz Ələkbərzadə 1936-cı il oktyabrın 17-də Azərbaycan sovet romanının banisi, Xalq yazıçısı Əbülhəsən Ələkbərzadənin ailəsində anadan olub. Tovuz şəhərində A.S.Puşkin adına şəhər orta məktəbini bitirib. Azərbaycan Dillər Universitetinin filologiya fakültəsində təhsil alıb. Tələbəlik dövründə “Kökəlməyin sirri” hekayəsi almanaxda dərc olunub.Çingizin yolu televiziyadan və jurnalistikadan düşür. 1961-1966-cı illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri komitəsində

Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən II Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində sentyabrın 28-də Nizami Kino Mərkəzində finlandiyalı rejissor Aki Kaurisməkinin "Ümidin o biri üzü" filmi nümayiş olunub. Dalidag.az-ın məlumatına görə, ekran əsərinin nümayişindən əvvəl festivalın əlaqələndiricisi, Əməkdar incəsənət xadimi Cahangir Səlimxanov çıxış edərək Nəsimi festivalı və film barədə məlumat verib. Qeyd edib ki, ekran əsərində

Populyar rus aktrisası Anastasiya Zavorotnyukun yerləşdiyi özəl klinikanın işçilərindən biri onun gizli şəkildə foto və videosunu çəkib. Dalidag.az xəbər verir ki, anonim müəllif əlində 15-25 sentyabr arasında çəkilən 3 video və 17 foto olduğunu söyləyib. Qadın qeyd edib ki, artıq klinikada işləmir və mükafat müqabilində bütün qeydləri anonim olaraq ötürməyə hazırdır. Sentyabrın 23-də NTV telekanalında yayımlanan bir süjetdə Zavorotnyukla eyni klinikada müalicə alan bir qadın aktrisanın

Türkiyəli rəssam Osman Hamdi Beyin 1880-ci ildə hazırladığı “Quran oxuyan qız” əsəri rekord qiymətə satılıb. NTV xəbər verir ki, əsər 44 milyon türk lirəsinə (təxminən 13,2 milyon AZN - red.) satılıb. Əsər Türkiyənin ən bahalı rəsm əsəri olub. Tanınmış rəssamın bundan əvvəl “Tısbağa tərbiyəçisi” 5 milyon türk lirəsinə (təxminən 1,5 milyon AZN - red.), “Yaşıl məscidinin qabağı” əsəri isə 13,5 milyon türk lirəsinə (təxminən 4 milyon AZN - red.) satılıb. Budəfəki əsər Londonun Bohams muzeyində
Yazı axını