Reklam
Muğamla dünyanı dolaşan ustad xanəndə
26-05-2020 13:41
Böyük sənətkar Məşədi Məmməd Fərzəliyev ömrünün 60 ilini Azərbaycan və klassik şərq musiqisinin inkişafına həsr edib. Onun adı Azərbaycanın görkəmli xanəndələrindən Cabbar Qaryağdı oğlunun, Keçəçi oğlu Məhəmmədin, Şəkili Ələsgərin və Zabul Qasımın adı ilə yanaşı çəkilir. Məşədi Məmmədin çox məlahətli səsi var idi və 0, gur zəngulə vuran bir xanəndə idi.
Məşədi Məmməd Fərzəliyev 1872-ci ildə qədim Şuşa şəhərində anadan olub. Uşaqlıq illəri bu dilbər guşədə keçsə də, çox erkən doğma şəhərini tərk edib, lap gənc yaşlarından bir müddət Gəncədə, sonralar isə Tiflis, Batum, Vladiqafqaz, İstambul və sair şəhərlərdə yaşamış və xanəndəlik etmişdi. O, Zaqafqaziyada, Orta Asiyada, Türkiyədə, hətta Avropanın bir çox ölkələrində görkəmli sənətkar kimi tanınmışdı.
Məşədi Məmməd hələ Şuşada olarkən toy məclislərində və xalq şənliklərində çıxış etmişdi. O, ilk dəfə Şuşada Xandəmirovun teatrında verilən Şərq konsertində böyük uğur qazanmışdı.
Məşədi Məmməd zəngin yaradıcılıq yolu keçmişdir. “Onun gözəl zəngulələri, uzun nəfəsləri dinləyiciləri həmişə valeh etmişdir. O, nadir hallarda təsadüf edilən güclü nəfəsə, geniş diapazonlu gur səsə malik olmuşdur. Bir neçə forma və mərtəbədə sürəkli, fəvvarə kimi çağlayan zəngulələr vurmaqda bir sıra görkəmli xanəndələr Məşədi Məmmədə həsəd aparmışlar. Məşədi Məmmədin məlahətli səsinə Cabbar Qaryağdı oğlu yüksək qiymət vermiş, onu özünə “rəqib” hesab etmişdi. İran məclislərinin birində Cabbar Qaryağdı oğlundan soruşmuşlar:
— Qafqazda sənə rəqib olan ikinci bir xanəndə varmı?
Cabbar Qaryağdı oğlu demişdir:
— Qafqazda mənə rəqib olan iki xanəndə vardır: Biri Zabul Qasım, o biri isə Məşədi Məmməddir. Ancaq mənim xoşbəxtliyimdən birincinin zil səsi, digərinin isə dərin musiqi savadı yoxdur. Məşədi Məmməddə böyük xanəndələrə xas olan gözəl bir xüsusiyyət olmuşdur. Bu da ondan ibarətdir ki, o, həm bəm (pəsxan), həm orta (miyanəxan) və həm də zil (zilxan) səslə məharətlə oxuyurdu. Belə keyfiyyətcə hər xanəndədə olmamışdır.
Məşədi Məmməd bütün muğamları həm bəmdə, həm də zildə çox asanlıqla oxumuşdur" (Firidun Şuşinski).
Məşədi Məmmədin oxuduğu “Bayatı-kürd”, “Rast”, “Şur”, “Çahargah”, “Zabul-Segah”, “Kürdü Şahnaz”, “Heyratı”, “Mənsuriyyə”, “Simayi-şəms”, “Qarabağ şikəstəsi”, “Arazbarı”, “Kərəmi”, “Əfşarı” və s. muğamlar geniş xalq kütlələri tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Məşədi Məmməd də “Şüştər” ustası kimi daha məşhur idi.
Seyid Şuşinski də Məşədi Məmmədin “Şüştər”inə valeh olarmış. Böyük sənətkar xatirələrində yazırdı:
“Bir gün məni Tiflisdən Gəncəyə toy məclisinə dəvət etdilər. Həmin məclisdə məndən başqa Musa Şuşinski və Məşədi Məmməd Fərzəliyevin də dəstələri var idi. Günorta yeməyindən sonra məclis qızışdı. Əvvəlcə Musa ”Segah" oxudu. Sonra isə Məşədi Məmməd “Şüştər” başladı, nə başladı. Mən onun nəinki şirin guşələrinə, duzlu xallarına valeh olmuşdum, hətta özümü belə unutmuşdum.
Baxmayaraq ki, axşam məclisində mən oxumalı idim, lakin “Şüştər” məni elə hala salmışdı ki, mən Məşədi Məmmədin insanı bihuş edən guşələrindən sonra oxumağı, xüsusilə məclisi yola verməyi ağılsızlıq saydım. Buna görə də əlacsız qalıb kamançaçalan Sevini dəmiryol vağzalına göndərdim bilet alsın ki, axşam qayıdaq Tiflisə...".
Məşədi Məmməd Fərzəliyev 1912-ci ildə Varşava şəhərində fəaliyyət göstərən “Sport-Rekord” şirkəti tərəfindən bir dəvət aldı. Şöhrəti ellər dolaşan azərbaycanlı xanəndənin səsini burada vala yazdılar. Məşədi Məmməd tarzən Qurban Pirimovun müşayiəti ilə 40-dək muğam, təsnif və mahnı ifa etdi. Bu uğurdan sonra Kiyev şəhərindən də növbəti dəvət gəldi. Görkəmli sənətkar burada “Ekstrafon” şirkəti tərəfindən muğam və xalq mahnılarını qrammofon valına yazdırdı.
Müasirləri yazırlar ki, Məşədi Məmməd bütün muğam və mahnılarında ən çox Natəvanın qəzəllərini ifa edərmiş.
Məşhur bir xanəndə kimi tanınmış Məşədi Məmməd 1913-cü ilin yazında Zubalov adına xalq evi tərəfindən Tiflisə dəvət edilir. Tiflisdə verilən bir teatr tamaşasının proqramında yazılmışdı: “1913-cü il may ayının 10-da Tiflisin K.Y.Zubalov adına xalq evində Sidqi Ruhullanın rejissorluğu ilə müsəlman opera həvəskarları üçün məşhur xanəndə Məşədi Məmməd Fərzəliyevin iştirakı ilə Üzeyir Hacıbəyovun ”Leyli və Məcnun" operasının son pərdəsi tamaşaya qoyulacaqdır. Əsərdə Zeyd rolunu Məşədi Məmməd Fərzəliyev oynayacaqdır. Gecənin konsert şöbəsində Məşədi “Bayatı-Şiraz”, “Mahur” və “Hasar” muğamlarını oxuyacaqdır".
1923-cü ildə Məşədi Məmməd Məşədi Cəmil Əmirov tərəfindən Gəncə şəhərinə dəvət edilir və şəhər musiqi məktəbində muğamatdan dərc deyir, gənc xanəndələrin yetişməsində əlindən gələni edir. Məşədi Məmməd eyni zamanda tarzən Böyükkişi Əliyev ilə birlikdə Gəncə, Qazax, Tovuz və Şəmkir rayonlarında toylarda və xalq şənliklərində iştirak edirdi.
F.Şuşinski yazırdı: “Məşədi Məmməd təsnifxanlıqda, gözəl qaval vurmaqda və qədim Azərbaycan mahnılarını ustalıqla oxumaqda qüdrətli sənətkar idi. Məsələn, o, ”Qarabağda bir dənəsən", “Nəbi”, “Toyun tərifi”, “Vətən şərqisi”, “Alma”, “Səbu”, “Maç-maç”, “Mən bir türkəm”, “Ayıl, ey millət” təsnif və mahnılarını böyük məhəbbətlə ifa edir, hamını heyrətə gətirirdi. Onun zövqlə oxuduğu “Axşam oldu” təsnifi yarım əsrdən artıq bir müddətdə xalqın qəlbindən silinməmişdir. Bu təsnif “Şikəsteyi-fars” üstündə oxunduğu üçün xanəndə hərdənbir incə guşələrlə muğama toxunurdu. Bu, təsnifin daha gözəl səslənməsinə səbəb olurdu.
1926-cı ildə Məşədi Məmməd Fərzəliyev Rusiyanın bir çox şəhərlərində, Polşa, Almaniya, Fransa, Belçika, İngiltərə, Avstriya, Rumıniya, Türkiyə və İranda konsertlər verir.
Məşədi Məmmədi yaxından tanıyan, uzun illər onun sənət yoldaşı olmuş İslam Abdullayev, Qurban Pirimov, Seyid Şuşinski və Musa Şuşinski kimi qocaman sənətkarlar Məşədi Məmmədin sənətinə yüksək qiymət vermişlər. Musa Şuşinski deyirdi: “Məşədi Məmməd Fərzəliyevin çox zil və gözəl səsi var idi. ”Qatar bayatı", “Kürdüşahnaz” xüsusilə “Şüştər” muğamını misilsiz məharətlə oxuyardı. O, həm də yaxşı qaval vurardı. Məşədi Məmmədin zənguləsinə söz yox idi. O elə sürəkli və coşqun zəngulələr vurardı ki, elə bil taxtapuşun üstünə dolu yağırdı. Yadımdadır, Gəncədə Bağbanlar kəndində toyda idik. Həmin məclisə Azərbaycanın ən məşhur xanəndələrindən ibarət 7-8 sazəndə dəvət edilmişdi.
Məşədi Məmməd də həmin toyda oxuyurdu. Bilmirəm, xanəndələr arasında oxumaq haqqında nə söhbət oldusa, Məşədi Məmməd üzünü Cabbara tutub gülə-gülə zarafatyana dedi:
— Məni əsəbiləşdirməyin. Hamınızı qataram zənguləmin qabağına, düz vağzala qədər qovaram".
1929-cu ildə Məşədi Məmməd Fərzəliyev yenidən xaricə qastrol səfərinə çıxmış, bir daha Azərbaycana qayıtmamışdır. Uzun illər Türkiyənin İstanbul şəhərində yaşayan və 1962-ci ildə 90 yaşında dünyasını dəyişən Məşədi Məmməd Fərzəliyev, əslində, sovet hökumətinin, onun repressiyalarının, ağır təzyiqlərinin əlindən bu ölkəyə pənah aparmışdı.anl.az
Dalidag.az

Kateqoriya: Mədəniyyət
Tarix: 26-05-2020 13:41
Baxış sayı: 3933
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
06 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23