Reklam
Dağlar boynubükük, evlər əli qoynunda... -Viran qalmış Qubadlının son görüntüləri
03-02-2020 22:16
ORDA BİR EV VAR UZAQLARDA....Orda bir ev var uzaqlarda... Getməsək də, gəlməsəkdə o ev... sənin evindi, mənim evimdi, bizim evimizdi. Viran qalmış torpaqların hıçqırtısı qulağımda haray çəkər hər gecə, göz yaşları ərşə çəkilən yuxularıma yağar dəniz boyda, dərya boyda... İnləyən dağların ahı-naləsi anamın dərd çəkən gözlərindəki ulartı kimi göynədər içimi, ağrıdar ruhumu. Orda bir ev var uzaqlarda... əlim yetmir, ünüm yetmir... orda bir ev var uzaqlarda, illərdi yolumu gözləyir, qəlpələrin yaraladığı daş-divarında əllərimin hərarətini arayır, ağrılarına məlhəm istəyir.
Orda bir kənd var...bir kənd deyil, min kənd var o uzaqlarda, bizim olan uzaqlarda...gedə bilmədiyimiz uzaqlarda. Nə fərqi var harda doğulmuşam, işğaldakı bütün torpaqların ağrısı Laçın ağrısıdı mənim üçün. Elə ürək ağrıdan, hissləri sözə çevirməyə, ağrının rəngini çəkməyə qoymayan, içimdə hönkürən, ixtiyarsız sellənən göz yaşlarına səbəb olan videoda son görüntüləri əks olunan Qubadlının da... orda bir ev var uzaqlarda...
Sevinc Qərib
Dalidag.az
Kateqoriya: Karusel / Qarabağ
Tarix: 03-02-2020 22:16
Baxış sayı: 41 060Yazı axını
19 / 02 / 2026
19 / 02 / 2026
18 / 02 / 2026
18 / 02 / 2026
18 / 02 / 2026
17 / 02 / 2026
17 / 02 / 2026
17 / 02 / 2026
15 / 02 / 2026
14 / 02 / 2026
14 / 02 / 2026
13 / 02 / 2026
13 / 02 / 2026
12 / 02 / 2026
12 / 02 / 2026
12 / 02 / 2026
11 / 02 / 2026
11 / 02 / 2026
10 / 02 / 2026
09 / 02 / 2026
09 / 02 / 2026
08 / 02 / 2026
07 / 02 / 2026
06 / 02 / 2026
Ən çox oxunanlar










.jpg)
















