Reklam
Orda od vurulan hər ev kəlbəcərlilərin ürəyində yanır...
17-11-2020 13:37
Biz namərd düşmənimizi yaxşı tanıyırıq. Yüz illərdi bu toplum bizə qarşı insanlığa sığmayan bütün alçaqlıqları edib. Etdikləri zülmün, işgəncənin tarixdə bənzəri yoxdu. Buna rəğmən biz hələ də humanistliyimizdən əl çəkmirik. Baxmayaraq ki, çox vaxt hümanistliyimizin qurbanı olmuşuq, başımıza gələnlər ürəyi yumuşaqlığımızın nəticəsi olub. Bu gün də biz düşmənə qarşı humanist davranmaqdayıq, düşmən isə vəhşi, dağıdıcı, zülmkar xislətini açıqca nümayiş etdirir.Xocalıda və digər işğal etdikləri yurd yerlərimizdə körpələrimizi süngüyə keçirən, gözünü çıxardan, beynini oyan erməniləri də gördük, bu günlərdə azad etdiyimiz bölgələrimizin birində erməni uşağını tapan əsgərlərimizin hümanistliyini də. Alqışlayaq! Biz buyuq, insanpərvər, vəhşilikdən uzaq, düşmənin olsa belə uşağa əl qaldırmayacaq qədər böyük ürəkli. Alqışlayaq...
Ancaq "ilanın ağına da lənət, qarasına da "məsəlini unutmayaq, "itlə dostluq elə, çomağı yerə qoyma" kəlamından silah kimi istifadə edək.
Bu qədər başımıza gətirilənlərdən sonra İkinci Qarabağ-Vətən müharibəsində yenə də torpaqlarımıza yiyələnmək istəyən rəzil ermənilərə qarşı hümanizm nümayiş etdirdik, işğal etdikləri ərazilərimizi itkisiz tərk etmək üçün onlara şərait yaratdıq. Barbar düşüncəli düşmən isə öz xislətindən, erməni naqisliyindən əl çəkmədi. Kəlbəcərdən çıxarkən onların etdiklərini isə ümumiyyətlə, insanın, insanlığın adına yazmaq olmaz. Bu düşmənçilik də deyil. Bu adı bilinməyən alçaqlıq, dünyada görünməmiş bir rəzalətdi.
Ağacları yandırmaq, apara bilmədikləri ev heyvanlarının (ən çox da minik heyvanlarının-at və eşşəyin) başını kəsmək, ağlasığmaz vəhşiliklər törətmək erməni vandallarının dəyişməz xislətidi. Evlərə od vurub yandırmaq, dağıdıb talamaq, tarixi abidələri məhv etmək... Sığmır, heç bir insanlığa, heç düşmənçiliyə də sığmır. Göründüyü kimi, bu tayfa təfəkkürlülər yaxşılığı da qanmır və bütün bunlar bir daha onların insanlıqdan kənar bir toplum olduğunu göstərir.
1993-cü ildə kəlbəcərlilərə divan tutan ermənilərə oranı tərk etmələri üçün geniş vaxt verdik. Təhlükəsizlikləri təmin olundu. İtlərinin yal qabını belə götürməyə imkanları oldu. Halbuki kəlbəcərlilər var-dövlətlərini orda qoyib yurd yerlərini tərk etmək məcburiyyətində qalmışdılar.
Bu gün orda od vurulan hər ev kəlbəcərlilərin ürəyində yanır.
Üstəlik, verdiyimiz əlavə vaxt o yerin-yurdun sinəsinə dağ çəkmək üçün şərait yaratdı vandallara. Bax, bu bizim lap ağrılı yerimiz oldu...
Sevinc Qərib
Dalidag.az

Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 17-11-2020 13:37
Baxış sayı: 2497Yazı axını
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
17 / 01 / 2026
16 / 01 / 2026
Ən çox oxunanlar







.jpg)




















