Ağdaban faciəsinin 33-cü ildönümü qeyd edilib. Dalidag.az xəbər verir ki, Kəlbəcər rayon Mədəniyyət sarayında baş tutan tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Heydər Bəylərov, Faiq Mehdiyev, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, idarə, müəssisə rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və faciə şahidləri iştirak edib. Əvvəlcə Ümumilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda Şəhid olan, vətən övladlarının, faciə qurbanlarının

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Kəlbəcər rayonundakı təsərrüfatlara baş çəkib və fermerlərlə görüşüb. Dalidag.az xəbər verir ki, səfər çərçivəsində nazir Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev və nümayəndəliyin əməkdaşları ilə də görüşüb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş bütün ərazilərdə, o cümlədən Kəlbəcərdə genişmiqyaslı bərpa-quruculuq

Kəlbəcərin işğalından bir il əvvəl erməni vandalları tərəfindən törədilən Ağdaban qətliamının növbəti ildönümüdür. Dalidag.az bildirir ki, faciədədn 33 il keçir. 1992-ci il aprelin 7-dən 8-nə kecən gecə Ermənistan silahlı birləşmələri, Dağlıq Qarabağdakı erməni yaraqlılarının köməyi ilə Kəlbəcər rayonunun Ağdaban kəndinə hücum edərək 130 evdən ibarət olan kəndi tamamilə yandırıb, 779 nəfər dinc sakinə divan tutub, 67 nəfəri amansızcasına qətlə yetirərək soyqırım aktı törədiblər. Bir gecədə 8

Adilə Nəzər Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Adilə Nəzər yaradıcılığından: İLAHİ, VARLIYAM SƏNDƏN İlahi, qəbul et, varlıyam səndən, Baxma ki, dilimdə min bir ahım var. Sənin mənim kimi günahkar bəndən, Mənim sənin kimi bir Allahım var. Bu yanğın yerinə can dayanarmı, Odu kül olmuşlar bir də yanarmı, Sorsalar gümanın, ümidin varmı, Deyərəm uca bir qibləgahım var. Yox olar canımdan ağrılar, cəmi, Unudar ürəyim kədəri- qəmi, Yaralı könlümün

Azərbaycanın Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində “Yeni Dünya Nizamına Doğru” mövzusunda keçiriləcək 7-ci ADA Siyasi Forumunun iştirakçılarını gətirən xüsusi təyyarə Füzuli Hava limanına enib. Dalidag.az xəbər verir ki, 44 ölkəni təmsil edən qonaqlar buradan Xankəndi şəhərinə yola düşüb. Xatırladaq ki, forumun Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyevin moderatorluq edəcəyi birinci panelində “Geosiyasi dəyişikliklər və onların regional

Ağdam stansiyasından 48 km cənub-qərbdə, Kəlbəcər rayonunda zəlzələ baş verib. Dalidag.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Qeyd edilib ki, maqnitudası 3,7 bal olan zəlzələ yerli vaxtla saat 00:35-də qeydə alınıb. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ ocağının dərinliyi 11 km olub. Dalidag.az
Yazı axını