Əlirza Həsrət Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Əlirza Həsrət yaradıcılığından: SƏNƏ HARDAN BAXSAM... İnandım dağların etibarına, Sənə hardan baxsam,dağ şəklindəsən. Gəl şəkil çəkdirək quzey qarına, Görsünlər bu eşqin ağ şəklindəsən. Bəzəksən ən gözəl şeir sətrinə, Sevməyi öyrəndim sənin xətrinə. Hamı bihuş olub çiçək ətrinə,- Bağbanı divanə bağ şəklindəsən. Gəlsə adım sənin dilinə ağır, Məni baxışınla,gözünlə çağır. Çöhrəndən sevdalı qəriblik

Mayın 31-də doğma yurduna yola salınan köç karvanı Laçın rayonunun Bəylik kəndinə çatıb. Dalidag.az xəbər verir ki, bu mərhələdə kəndə 153 nəfərdən ibarət 38 ailə köçürülüb. Köçürülən ailələri qarşılayan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri onları yeni evlərinə köçmələri münasibətilə təbrik ediblər. Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş

Goranboyda 45 yaşlı kişi minaya düşüb. Dalidag.az -ın məlumatına görə, hadisə rayonun Qaraçinar kəndi ərazisində qeydə alınıb. Belə ki, Kəlbəcər rayon sakini, 1980-ci il təvəllüdlü Qalib Kamran oğlu Abbasov mina partlayışı nəticəsində ağır xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Onun mal-qara otaran zaman minaya düşdüyü bildirilir. Faktla bağlı araşdırma aparılır. Dalidag.az

Ermənistan parlamentinin sədri Alen Simonyanın 300 min azərbaycanlının qayıdışının mümkünlüyü ilə bağlı jurnalistin sualına cavabı erməni politoloqların hələ də müzakirə etdiyi mövzudur. Dalidag.az axar.az-a istinadən xəbər verir ki, Simonyan 300 min azərbaycanlının geri qayıdışı məsələsinə “Gürcüstanda ermənilər necə yaşayırsa, azərbaycanlılar da burada, bizim torpağımızda yaşayacaqlar. Onlar yerləşəcəklər və bu qədər” sözləri ilə reaksiya vermişdi. “Fakt” erməni nəşri yazıb ki, 2 milyona

N emət Mətin Sevinc Qəribin təqdimatında "Hər gün bir hekayə"nin növbəti hekayə ərmağanı Nemət Mətin yaradıcılığından: ULDUZ – Böyük ulduz tez sönür. – Yəni ulduz ölür? – Belə də demək olar. Nazlı ulduzları seyr edərkən ona baxdım. Suya düşmüş pişik kimi titrədim. "İlahi, o, ulduzdan da gözəldir", – acizanə düşündüm. – Bəs ulduz niyə axır? – Əslində, bizə elə gəlir ki, ulduz axır. Meteoritlər atmosferə girmək istəyəndə yanır. – Uşaqlıqda axan ulduz görəndə arzu tutardım. Deməli, cəfəngiyyat

Azərbaycan Milli Elmlər Akademiyası A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutu nəzdində fəaliyyət göstərən ED 1.30 saylı Dissertasiya şurasının iclası keçirilib. Dalidag.az tarixinstitutu.azsaytına istinadla xəbər verir ki, Ramiz Hüseyn oğlu Nəcəflinin 5509.01-Tarixşünaslıq, mənbəşünaslıq və tarixi tədqiqat üsulları ixtisası üzrə tarix elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Kəlbəcər tarix-diyarşünaslıq muzeyinin materialları Azərbaycan tarixinin öyrənmək üçün mənbə

Sülhiyyə Musaqızı Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Sülhiyyə Musaqızı yaradıcılığından: * * * Tanrım, bilirsənmi, gündə neçə yol, Dara çəkir yazmadığım söz məni, Can alır, can verir gündə neçə yol, Şeir, bir Sən olub öldürür məni? Neçə yol mən oluram, sən oluram, Olumda, ölümdə var, yox oluram, Keçib candan, birdən mələk oluram, Söz doğulur, ölür ağlayır məni? Ölmüşəm kimi ağ da bağlayır məni, Qoyub ürəyi darda ağlayır məni, Tanrım, bilirsənmi

Kənan Hacı Sevinc Qəribin təqdimatında "Hər gün bir hekayə"nin növbəti hekayə ərmağanı Kənan Hacı yaradıcılığından: TƏBƏSSÜM ÇİÇƏYİ Q adın ehtiraslı baxışları öz üzərində hiss edib gözucu yana baxdı. Şişman qarınlı, buxağından yağ daman bir kişi həris nəzərlərlə qadını başdan-ayağa süzməkdə idi. Qadın ürəyində düşündü ki, yaşından-başından utanmır, yekə kişidir, utanmaz! Gözəl, cazibədar qadınlar həmişə diqqət mərkəzində olur. Kişilərin qadın gözəlliyindən zövq alması da təbii bir hisdir.

Bu gün IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında Bizim.Media-nın masasında şair Namiq Dəlidağlının imza günü keçirilib. Dalidag.az Bizim.Media istinadla xəbər verir ki, festivalda şairin kitabları maraqla qarşılanıb. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan şairin bir neçə şeir kitabı çap olunub. Namiq Dəlidağlı beş publisistik kitabla yanaşı, həm də "Ağ gecənin nağılı", "Otel otağından reportaj", "Əllidə ələnənlər" kitablarının müəllifidir. Onun

Şiringül Musayeva Sevinc Qəribin təqdimatında "Hər gün bir hekayə"nin növbəti hekayə ərmağanı Şiringül Musayeva yaradıcılığından: MƏHƏBBƏT HƏMİŞƏ VAR Əslində, mən - Süleyman sevgiyə, məhəbbətə bir o qədər də inanmamışam. Sevgi, məhəbbət, eşq mənim aləmimdə şairlərin, rəssamların, yazıçıların uydurduğu bir illüziya, boş bir sabun köpüyüdür. Belə ki, söz, sənət adamları bu eşq, məhəbbət haqqında uzun-uzadı danışıblar, deyiblər, əslindəsə, onun mövcudluğuna özləri də şübhə ilə yanaşıblar. Həmişə
Yazı axını