Reklam


Bu gün Kəlbəcər şəhər sakini 84 yaşlı Firəngiz İsmayıl qızı Yusifova dünyasını dəyişib. Firəngiz Yusifovaya da yenidən doğma yurdda yaşamaq qismət olmadı. O da əli Kəlbəcərə uzalı köçdü bu dünyadan. Dalidag.az bildirir ki, Firəngiz İsmayıl qızı Yusifova şəhid Rizvan Yusifovun anasıdı. Mərhumun 3 və 7 mərasimi Sumqayıt şəhəri, 47-ci məhəllədə keçiriləcək! Allah rəhmət eləsin.

Bu gün Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) yaradılmasından 26 il ötür. Dalidag.az xəbər verir ki, XTQ Müdafiə Nazirliyinin nəzdində 1999-cu ilin aprelin 30-da qurulub. Qüvvələrin formalaşmasında Birinci Qarabağ müharibəsi iştirakçısı olmuş zabit və gizirlər iştirak ediblər. Xüsusi Təyinatlı Qüvvələrin bölmələri 2016-cı ilin aprelində baş vermiş döyüşlərdə iştirak ediblər. Döyüşlər zamanı düşmənin çoxsaylı canlı qüvvəsi və hərbi texnikası məhv edilib. XTQ dünya müdafiə sənayesinin

Nazilə Gültac Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Nazilə Gültac yaradıcılığından: ÖLMƏYİB HƏLƏ Gözümü buluddan çəkə bilmirəm, Ömrün səmasına yağışlar yağır. Könül gülşənimi gəzə bilmirəm, Qəlbimin bağına yarpaqlar yağır. İçimdə arzular boylanır qəmli, Bir sevda nəğməsi oxuyur bəmli, Çoxdandır gülməyi yadırğayıbdır, Gülən gözlərimin baxışı nəmli. Bilirəm, ağlında mən varam hələ, Gördüyüm yuxular söyləyir mənə. Göylərdə ulduza, dağlarda çənə, Üz

Kəlbəcərdə mineral sular istehsalçısı olan "İstisu" mineral su zavoduna yeni direktor təyin edilib. Dalidag.az xəbər verir ki, Fariz Aydın oğlu Sadıxov direktor təyin edilib. Buna qədər zavoda Adil Fəxrəddin oğlu Haqverdiyev rəhbərlik edirdi. Qeyd edək ki, 1976-cı ildə Azərbaycanın Kəlbəcər rayonunda "İstisu" mineral suyunun istehsalına başlanılıb. 1993-2020-ci illərdə, Ermənistanın işğalı dövründə zavodun fəaliyyəti dayandırılmışdı. 26 iyun 2022-ci il tarixində "İstisu" mineral su zavodunun

Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində şəffaflıq və ictimaiyyətlə əlaqələrin genişləndirilməsi məqsədilə "Açıq qapı" günü keçirilib. Dalidag.az xəbər verir ki, tədbir çərçivəsində hərbi qulluqçuların valideynləri və yaxınları, həmçinin ictimaiyyət nümayəndələri hərbi hissələrdə yaradılan şəraitlə yaxından tanış olmuş, sərhədçilərin xidməti və sosial-məişət şəraiti barədə ətraflı məlumat alıblar. Qonaqlara gənc sərhədçilərin peşə hazırlığı, fiziki və taktiki hazırlıq səviyyələri, həmçinin

Aprelin 30-da Respublikanın müxtəlif şəhər və rayonlarından növbəti köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə yola salınıb. Dalidag.az xəbər verir ki, Sarıcalı kəndinə bu mərhələdə 35 ailə (158 nəfər) köçürülür. Onlardan 16-sı (82 nəfər) Bakı şəhərindən, 14-ü (52 nəfər) Ağdam, 3-ü (12 nəfər) Yevlax, 2-si (12 nəfər) isə Ağcabədi rayonlarındandır. Köçürülən ailələr ölkənin müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi

Növbəti köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə çatıb, sakinlərə mənzillərin açarları təqdim edilib. Dalidag.az xəbər verir ki, bu mərhələdə köçürülən 169 nəfərdən ibarət 39 ailəyə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim olunub. Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər. Bundan başqa, Xocalı rayonunun Ballıca

Əbülfət Mədətoğlu Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Əbülfət Mədətoğlu yaradıcılığından: Sevgi xərtəsi Yaman sürətlənib, çatdırmaq olmur, Vaxtın tozqoparan fəsilidi bu... Üzü köçürülmür, rəngi də solmur - Çünki, gerçəkliyin tam əslidi bu!.. Şütüyür xəyal da, qaçır ayaq da Amma heç qısalmır gözün mənzili... Fikir də, qələm də hər an ayaqda - Dildən dodağadı sözün mənzili!.. Sinəmin üstündə qol budaqlanır, Uzanan əl ancaq şəkilə çatır... Keçir

Xocalının Ballıca kəndinə növbəti köç karvanı yola salınıb. Dalidag.az xəbər verir ki, Ballıcaya köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə kəndə 15 ailə - 68 nəfər köçürülür. Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən siyasi partiya nümayəndələrinin, politoloq və siyasi şərhçilərin, habelə internet televiziya kanalları rəhbərlərinin, qəzet redaktorlarının və digər jurnalistlərin növbəti birgə səfəri bu dəfə 29 aprel tarixində Laçın şəhərinə təşkil olundu. Dalidag.az xəbər verir ki, siyasilər arasında sağlam əməkdaşlıq mühitinin formalaşması, habelə konstruktiv münasibətlərin bərqərar olunmasına xidmət edən bu
Yazı axını
23 / 05 / 2025
23 / 05 / 2025
22 / 05 / 2025
22 / 05 / 2025
22 / 05 / 2025
21 / 05 / 2025
21 / 05 / 2025
21 / 05 / 2025
20 / 05 / 2025
20 / 05 / 2025
19 / 05 / 2025
18 / 05 / 2025
18 / 05 / 2025
17 / 05 / 2025
17 / 05 / 2025
17 / 05 / 2025
16 / 05 / 2025
16 / 05 / 2025
15 / 05 / 2025
15 / 05 / 2025
Ən çox oxunanlar
18-05-2025 19:23

19-05-2025 15:20
