Reklam
"Keçir sərhədləri yol budaqlanır..." - Əbülfət Mədətoğlu
29-04-2025 12:35

Əbülfət Mədətoğlu
Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Əbülfət Mədətoğlu yaradıcılığından:
Sevgi xərtəsi
Yaman sürətlənib, çatdırmaq olmur,
Vaxtın tozqoparan fəsilidi bu...
Üzü köçürülmür, rəngi də solmur -
Çünki, gerçəkliyin tam əslidi bu!..
Şütüyür xəyal da, qaçır ayaq da
Amma heç qısalmır gözün mənzili...
Fikir də, qələm də hər an ayaqda -
Dildən dodağadı sözün mənzili!..
Sinəmin üstündə qol budaqlanır,
Uzanan əl ancaq şəkilə çatır...
Keçir sərhədləri yol budaqlanır -
Mənimlə gecələr bir şəkil yatır!..
...Nəfəsim təngiyən vaxtın ardınca
Yanaşı gedirik iki kölgə tək...
Sevgi xərtəsində, bizi latınca -
Yazıblar, ay gülüm, vahid ölkə tək!
Dalidag.az
Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Əbülfət Mədətoğlu yaradıcılığından:
Sevgi xərtəsi
Yaman sürətlənib, çatdırmaq olmur,
Vaxtın tozqoparan fəsilidi bu...
Üzü köçürülmür, rəngi də solmur -
Çünki, gerçəkliyin tam əslidi bu!..
Şütüyür xəyal da, qaçır ayaq da
Amma heç qısalmır gözün mənzili...
Fikir də, qələm də hər an ayaqda -
Dildən dodağadı sözün mənzili!..
Sinəmin üstündə qol budaqlanır,
Uzanan əl ancaq şəkilə çatır...
Keçir sərhədləri yol budaqlanır -
Mənimlə gecələr bir şəkil yatır!..
...Nəfəsim təngiyən vaxtın ardınca
Yanaşı gedirik iki kölgə tək...
Sevgi xərtəsində, bizi latınca -
Yazıblar, ay gülüm, vahid ölkə tək!
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 29-04-2025 12:35
Baxış sayı: 3192Yazı axını
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
25 / 05 / 2026
25 / 05 / 2026
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
Ən çox oxunanlar



























