Reklam
"Bahara can atan qar da bəyazdı..." - Nazilə Gültac
30-04-2025 13:47

Nazilə Gültac
Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Nazilə Gültac yaradıcılığından:
ÖLMƏYİB HƏLƏ
Gözümü buluddan çəkə bilmirəm,
Ömrün səmasına yağışlar yağır.
Könül gülşənimi gəzə bilmirəm,
Qəlbimin bağına yarpaqlar yağır.
İçimdə arzular boylanır qəmli,
Bir sevda nəğməsi oxuyur bəmli,
Çoxdandır gülməyi yadırğayıbdır,
Gülən gözlərimin baxışı nəmli.
Bilirəm, ağlında mən varam hələ,
Gördüyüm yuxular söyləyir mənə.
Göylərdə ulduza, dağlarda çənə,
Üz tutan xəyallar ölməyib hələ.
Gültacın taleyi qışdı, ayazdı.
Həyat sarı simə köklənən sazdı.
Bircə təsəllim var qoca dünyada,
Bahara can atan qar da bəyazdı.
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 30-04-2025 13:47
Baxış sayı: 3528Yazı axını
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
21 / 07 / 2026
20 / 07 / 2026
19 / 07 / 2026
18 / 07 / 2026
17 / 07 / 2026
16 / 07 / 2026
16 / 07 / 2026
15 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
12 / 07 / 2026
12 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
Ən çox oxunanlar



























