Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Qəbələ rayonu, Zarağan qəsəbəsi, Xeyir-şər evinin binasında həmin ərazidə yaşayan vətəndaşlar üçün səyyar-görüş qəbulunu keçirib. Dalidag.az -ın xəbərinə görə, səyyar qəbulda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, RİH-in məsul əməkdaşları, RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri və həmin ərazidə müvəqqəti məskunlaşmış Kəlbəcər rayon sakinləri iştirak edib. RİH başçısı Azər Qocayev səyyar görüşdə sakinlərə

“Sülh istəyiriksə, Azərbayancanın bütün şərtlərini qəbul etməliyik. Paşinyan da yeni müharibənin qarşısını almaq üçün Əliyevin bütün tələblərini qəbul edəcək”. Bu barədə erməni şərhçi Vaxtanq Siradeqyan yazıb. V.Siradeqyan qeyd edib ki, Azərbaycanın tələbləri bəllidir. “Anklavların təhvil verilməsi, Sevan (Göyçə) gölünün şərq sahilinin təhvil verilməsi, azərbaycanlıların geri qayıtması (Qərbi Azərbaycan məsələsi-red), dəhlizin (Zəngəzur) təmin edilməsi. Birinci tələblə bağlı artıq Tavuş

Laçın rayonunda tanınmış həkim vəfat edib. Dalidag.az bildirir ki, bu barədə bağlı məlumat sosial şəbəkələrdə yayılıb. Belə ki, Ağbulaq kənd sakini, Azərbaycan Tibb Universitetinin müəllimi, nevropatoloq İsa Alışanov bu gecə ürək tutmasından dünyasını dəyişib.

Ötən gün Xankəndi şəhərində xeyli silah-sursat aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 8-də Xankəndi şəhəri ərazisindən 1 ədəd avtomat silahı, 1 ədəd qumbara, 4 ədəd patron darağı, 1 alışdırıcı, 241 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb. Dalidag.az

Fərid Muradzadə ATALAR Bu hissi yaşayıb, duyanlar bilər, İçindən ağlayar, üzündən gülər, Çiynində dünyanın yükünü çəkər Yükü bu dünyadan ağır atalar. Bəzən heç kimsəylə yovuşmasa da, Bəzən saatlarla danışmasa da, Dünya ürəyinə sığışmasa da, Övlad ürəyinə sığır atalar. Yorulmur, dincəlmir, itirir gücün, Bilir ki o bir gün çəkəcək köçün, Gecə də, gündüz də övladlar üçün, Özün oda-közə yaxır atalar. Bir ülfət yükünün sarvanlarıdır, Bir karvan köçünün mehmanlarıdır, Dünyanın ən güclü insanlarıdır,

Xan qızı Xurşidbanu Natəvan altı avqust 1832-ci ildə Şuşada dünyaya göz açıb. Atası Mehdiqulu xan ona anasının adını vermişdi. Xurşidbanu xanın yeganə övladı olduğu üçün onu tək inci mənasına gələn “Dürrü yekta” çağırardılar. Lakin son dövrdə aparılan araşdırmalar zamanı Xan qızının ailənin tək övladı olmaması məlum olub. Xurşidbanu Natəvana qədər Mehdiqulu xanın iki oğlu dünyayı gəlib, lakin onlar çox az yaşayıb. Bəzi ehtimallara görə, bu dövrdə xarici və daxili vəziyyətin ciddi surətdə

Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür. Bu gün Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların Kopenhagendə keçirilən II beynəlxalq konfransında təsis olunub. Mahiyyət etibarilə bu gün qadınların ictimai-siyasi, iqtisadi bərabərlik, öz hüquqları uğrunda mübarizədə həmrəylik günü kimi yaradılıb. Dünyanın bir çox ölkəsində 8 Mart məhz çalışan, əməkçi qadınların günü kimi qeyd olunur. İlk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada, 1913-cü ildə isə Rusiyada bu

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Bakı şəhəri, Suraxanı rayonu, Kəlbəcər rayon 23 nömrəli tam orta məktəbin inzibati binasında həmin ərazidə yaşayan vətəndaşlar üçün səyyar-görüş qəbulunu keçirib. Dalidag.az -ın xəbərinə görə, səyyar qəbulda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, RİH-in məsul əməkdaşları, RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri və həmin ərazidə müvəqqəti məskunlaşmış Kəlbəcər rayon sakinləri iştirak edib. RİH başçısı Azər

İlham Əliyev 2024-cü ildə fevralın 14-də andiçmə mərasimində Bakı üçün ən mühüm beynəlxalq təşkilatlardan birinin Türk Dövlətləri Təşkilatı olduğunu bəyan etdi və türk dünyasını öz ailəsi adlandırdı. Eyni zamanda o, ilk dövlət səfərini Türkiyəyə etdi. Dalidag.az xəbər verir ki, bu fikirləri Ermənistanın keçmiş müdafiə nazirinin müavini, Respublika Partiyasının nümayəndəsi Artak Zakaryan Feysbuk hesabında yazıb. Türkiyə və Azərbaycan faktorunun Cənubi Qafqazdakı rolundan danışan Zakaryan

2024-cü ilin ilk iki ayında Rusiyada müflis elan edilmiş hüquqi şəxslərin sayı keçən ilin eyni dövrü ilə müqayisədə, demək olar, 60 % artıb. Dalidag.az xəbər verir ki, bu barədə "Kommersant" yazıb.Yanvarda Rusiyada 571 şirkət, fevralda 771 şirkət müflis elan edilib. 2023-cü ildə onların sayı müvafiq olaraq 364 və 478 olub. Beləliklə, 2024-cü ilin yanvar ayı üçün artım təxminən 57 %, fevral üçün isə 61 % təşkil edib. Qeyd olunur ki, ölkədə korporativ müflislərin sayı 2021-ci ildən bəri ilk dəfə
Yazı axını
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
04 / 05 / 2024