Kəlbəcərdə ölümlə nəticələn ağır yol qəzası baş verib. Dalidag.az -ın məlumatına görə, hadisə rayonun Nadirxanlı kəndində qeydə alınıb. Sabirabad rayonu sakini, 2000-ci il təvəllüdlü Böyükağa Ağayevin idarə etdiyi yük avtomobili hərəkətdə olan zaman aşıb. Nəticədə sürücü hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

Vidadi Murtuzayev hüquqşünas Avropa İttifaqına üzv ölkələrdə enerji böhranı “Şimal axını 1” vasitəsilə tədarükün və “Şimal axını 2” layihəsinin dayandırılması səbəbindən daha da pisləşib. Buna görə də “Köhnə qitə”də enerji böhranı fonunda uzunmüddətli enerji təhlükəsizliyini təmin etməyə imkan verəcək alternativ mənbələrin tapılmasına ehtiyac var. Bu mənada Cənub Qaz Dəhlizi ön plana çıxır. Avropa ölkələri maye qaz idxalını sürətlə artırır, lakin bu həcmlər bütün əhalinin ehtiyaclarını ödəməyə

Dos.Mirvari Verdiyeva ADPU-nun fəlsəfə doktoru. Son vaxtlar Azərbaycan məktəblərində şagirdlər arasında baş verən qeyri-etik davranışlar bütün cəmiyyəti narahat etdiyi kimi, müəllim hazırlığı ilə məşğul olan hər bir şəxsi də narahat etməkdədir. Bir müddət öncə 156 saylı məktəbin XI sinif şagirdi ilə məktəbdə oxumayan-IX sinifdən çıxmış bir qız arasındakı şəxsiyyəti alçaldan davranışlar hər bir şəxsin hiddətinə səbəb oldu. İbtidai sinif şagirdləri arasında baş verən dava-dalaş adətən yaşla

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı, qazi Namiq Babayevə iş vaxtı xəsarət yetirən idmançı Rəvan Nəbizadənin məhkəməsi yekunlaşıb. Dalidag.az -ın məlumatına görə, Binəqədi Rayon Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Hakim təqsirləndirilən şəxsin həbsinə zərurət görməyib. Hökmə əsasən, R.Nəbizadəyə 3 il 1 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası verilib. Onun üzərinə yaşadığı ünvanı axşam saat 22:00-dan səhər 07:00-dək tərk

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, pulemyot və qumbaralar aşkarlayıb. Dalidag.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 1-də Xankəndi şəhəri ərazisində 15 ədəd müxtəlif markalı avtomat silahı, 2 ədəd pulemyot, 1 tapança, 2 tüfəng, 22 ədəd qumbara, 12 alışdırıcı, 46 patron darağı, 1655 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Yazı axını