Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar 7 günlük tətil başa çatır. Qeyri-iş günləri martın 20-də başlayıb və martın 26-da isə son qeyri-iş günü olub. Martın 20-21-i Azərbaycanda Novruz bayramı qeyd olunur. Bayramla əlaqədar 20, 21, 22, 23, 24, 25 və 26 mart qeyri-iş günləri idi. Növbəti iş günü martın 27-dir.

Xankəndi məktəb binasında Azərbaycan xalqına, türk millətinə qarşı nifrət yazıları əks olunub. Dalidag.az xəbər verir ki, bu barədə görüntülər "İTV Xəbər"də yayımlanıb. Belə ki, məktəbin koridorundakı divarda "We hate Turkish" ("Biz türklərə nifrət edirik") yazılıb.

Qazax rayonunun Ermənistanın işğalı altında qalan kəndlərində fəaliyyət göstərən “Döyüş qardaşlığı” qanunsuz birləşməsinin üzvü Avetis Avetisyan həbs edilib. Dalidag.az xəbər verir ki, bu barədə birləşmə məlumat yayıb. Həmçinin birləşmənin digər üzvü Hrant Der-Abrahamyanla da əlaqənin kəsildiyi, onun da saxlanıldığı ehtimal olunur. A.Avetisyanın martın 24-ü səhər saatlarında əməliyyatla həbs edildiyi açıqlanıb. Birləşmə Qazaxın işğalda olan kəndlərinin Azərbaycana təhvil verilməsinə mane olmağa

Xankəndi şəhərində məktəb və Musiqi Kollecinin zirzəmilərindən silah-sursat tapılıb. Bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib. Qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 23-də Xankəndi şəhərində yerləşən məktəblərdən birinin və Musiqi Kollecinin zirzəmilərindən, həmçinin şəhər ərazisindən ümumilikdə 15 avtomat silahı, 4 pulemyot, 7 qumbara, 6 tüfəng, 52 patron darağı, 5 alışdırıcı, 5014 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Rusiyanın Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall”a hücumda ölənlərin sayı 82 nəfərə çatıb. Dalidag.az xəbər verir ki, bu barədə “112” teleqram kanalı məlumat yayıb. “Ölənlərin sayı, 3-ü uşaq olmaqla 82 nəfərə çatıb”, - nəşr yazır. Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirib ki, Krasnoqorskda “Crocus City Hall”da törədilən terror aktı nəticəsində ölənlərin siyahısı Moskva vaxtı ilə saat 10:00-da (Bakı vaxtı ilə 11:00) açıqlanacaq. Terror aktından zərərçəkənlər Moskvanın 12

Həmyerlimiz, polis mayoru Əsgər Bayramov dünyasını dəyişib. Dalidag.az xəbər verir ki, bu barədə fəal sosial şəbəkə istifadəçisi Vüqar İsayev məlumat verib: "Uzun müddət Daxili işlər orqanlarda xidmət göstərmiş mayor Bayramov Əsgər İbrahim oğlu haqqın dərgahına qovuşub. Məkanı cənnət, ruhu şad olsun.! Bayramov Əsgər ibrahim oğlu 01.11. 1961-cı ildə Kəlbəcər rayonunu Qılınclı kəndində dünyaya gəlib. Uzun müddət Kəlbəcər rayonun polis şöbəsində post patrul bölüyünün komandiri vəzifəsində xidmət

Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Kəlbəcər rayon Təhsil sektorunun Kəlbəcər rayon 14 saylı orta məktəbi üzrə YAP Kəlbəcər rayon təşkilatının Ərazi üzrə Partiya təşkilatında Novruz bayramına həsr olunmuş tədbir kecirildi. Dalidag.az xəbər verir ki, tədbirdə məktəbin müəllim-şagird kollektivi iştitak edirdi. Məktəbin direktoru YAP Kəlbəcər rayon təşkilatının Ərazi üzrə Partiya təşkilatının sədri Mərziyyə Baxşəliyeva ilk önçə Novruz bayramı münasibətilə tədbir iştirakçılarını təbrik etdi.

Bu il həm də Xocalı və Xankəndiyə məcburi köçkünlər köçürüləcək. Dalidag.az -ın xəbərinə görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən apa-nın sorğusuna cavab olaraq bildirib ki, 2024-cü ildə Xocalı şəhəri və rayonun Malıbəyli kəndinə, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə həmin yerlərdən məcburi köçkün düşmüş şəxslərin köçürülməsi nəzərdə tutulub. Hazırda Dövlət Komitəsinin aidiyyəti struktur bölməsi tərəfindən 2024-cü ildə köçürülməsi nəzərdə tutulan məcburi

Rusiya Ukraynanın paytaxtı Kiyevə güclü raket zərbələri endirib. “Ukrinform” xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyası “Telegram”da məlumat yayıb. Bildirir ki, Podolski rayonunda da raket qalıqları bir neçə müəssisənin ərazisinə düşüb.Rusiyanın raket hücumu nəticəsində bir uşaq daxil olmaqla, on nədərin öldüyü bildirilir. Nigar Kəlbəcərli Dalidag.az

Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müavini Cavid Qənbər oğlu Qurbanov Ümummilli Lider Heydər Əliyevin 100 illik xatirəsinə həsr olunmuş "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif edilib. Dalidag.az
Yazı axını
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
04 / 05 / 2024