Xocalıda kütləvi məzarlıqda aşkar edilmiş insan qalıqlarının sayı 14-ə çatıb. Dalidag.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, qeyd olunan ərazidə həyata keçirilən baxış istintaq hərəkəti nəticəsində daha 1 nəfərə aid insan qalıqları aşkar olunub və bununla da, kütləvi məzarlıqda basdırılan insan qalıqlarının ən azı 14 nəfər şəxsə məxsus olması, onların müxtəlif üsullarla işgəncələrə məruz qalmaları, onların fərdi şəkildə və mənsub olduqları

Kəlbəcərdə ölümlə nəticələn ağır yol qəzası baş verib. Dalidag.az -ın məlumatına görə, hadisə rayonun Nadirxanlı kəndində qeydə alınıb. Sabirabad rayonu sakini, 2000-ci il təvəllüdlü Böyükağa Ağayevin idarə etdiyi yük avtomobili hərəkətdə olan zaman aşıb. Nəticədə sürücü hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

Vidadi Murtuzayev hüquqşünas Avropa İttifaqına üzv ölkələrdə enerji böhranı “Şimal axını 1” vasitəsilə tədarükün və “Şimal axını 2” layihəsinin dayandırılması səbəbindən daha da pisləşib. Buna görə də “Köhnə qitə”də enerji böhranı fonunda uzunmüddətli enerji təhlükəsizliyini təmin etməyə imkan verəcək alternativ mənbələrin tapılmasına ehtiyac var. Bu mənada Cənub Qaz Dəhlizi ön plana çıxır. Avropa ölkələri maye qaz idxalını sürətlə artırır, lakin bu həcmlər bütün əhalinin ehtiyaclarını ödəməyə

Dos.Mirvari Verdiyeva ADPU-nun fəlsəfə doktoru. Son vaxtlar Azərbaycan məktəblərində şagirdlər arasında baş verən qeyri-etik davranışlar bütün cəmiyyəti narahat etdiyi kimi, müəllim hazırlığı ilə məşğul olan hər bir şəxsi də narahat etməkdədir. Bir müddət öncə 156 saylı məktəbin XI sinif şagirdi ilə məktəbdə oxumayan-IX sinifdən çıxmış bir qız arasındakı şəxsiyyəti alçaldan davranışlar hər bir şəxsin hiddətinə səbəb oldu. İbtidai sinif şagirdləri arasında baş verən dava-dalaş adətən yaşla

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı, qazi Namiq Babayevə iş vaxtı xəsarət yetirən idmançı Rəvan Nəbizadənin məhkəməsi yekunlaşıb. Dalidag.az -ın məlumatına görə, Binəqədi Rayon Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Hakim təqsirləndirilən şəxsin həbsinə zərurət görməyib. Hökmə əsasən, R.Nəbizadəyə 3 il 1 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası verilib. Onun üzərinə yaşadığı ünvanı axşam saat 22:00-dan səhər 07:00-dək tərk

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, pulemyot və qumbaralar aşkarlayıb. Dalidag.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 1-də Xankəndi şəhəri ərazisində 15 ədəd müxtəlif markalı avtomat silahı, 2 ədəd pulemyot, 1 tapança, 2 tüfəng, 22 ədəd qumbara, 12 alışdırıcı, 46 patron darağı, 1655 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Gəncə şəhəri, Kəlbəcər rayon 99 saylı tam orta məktəbinin inzibati binasında həmin ərazidə yaşayan vətəndaşlar üçün səyyar-görüş qəbulunu keçirib. Dalidag.az -ın xəbərinə görə, səyyar qəbulda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, RİH-in məsul əməkdaşları, RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri və həmin ərazidə müvəqqəti məskunlaşmış Kəlbəcər rayon sakinləri iştirak edib. RİH başçısı Azər Qocayev səyyar

Məcburi köçkünlərin Bakıda və digər bölgələrdə müvəqqəti məskunlaşdıqları fərdi evlər və mənzillər dövlətin xüsusi təyinatlı yaşayış fonduna məxsusdur. Buna görə də məcburi köçkünlərin həmin ev və mənzilləri satmaq və ya başqasına bağışlamaq hüququ yoxdur. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına köçürüldükdən sonra boşalan mənzilləri satışa çıxardıqları barədə sosial şəbəkələrdə
Yazı axını
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
04 / 05 / 2024