Reklam
Bütün Qafqaz tezliklə türklərin olacaq - Zakaryan
07-03-2024 19:44
İlham Əliyev 2024-cü ildə fevralın 14-də andiçmə mərasimində Bakı üçün ən mühüm beynəlxalq təşkilatlardan birinin Türk Dövlətləri Təşkilatı olduğunu bəyan etdi və türk dünyasını öz ailəsi adlandırdı. Eyni zamanda o, ilk dövlət səfərini Türkiyəyə etdi.
Dalidag.az xəbər verir ki, bu fikirləri Ermənistanın keçmiş müdafiə nazirinin müavini, Respublika Partiyasının nümayəndəsi Artak Zakaryan Feysbuk hesabında yazıb.
Türkiyə və Azərbaycan faktorunun Cənubi Qafqazdakı rolundan danışan Zakaryan regionun tezliklə türklərin nəzarətində olacağını deyib:
“Təhlilçilər bildirirlər ki, Cənibi Qafqaz tezliklə İran, Rusiya, Türkiyə və Qərb (NATO) arasında sərt qarşıdurma meydanına çevriləcək. Eyni zamanda, Türkiyənin əsas “xarici hegemonluğu” olmadan regionun potensialının türk dövlətlərinin təşkilatına ötürülməsi çox çətin olacaq. Bu zəruri potensial ancaq postsovet türk dövlətlərinin resurslarından istifadə edilməsi nəticəsində yarana bilər və bu məsələdə Azərbaycan böyük qardaşı Türkiyəyə əvəzsiz yardım göstərəcək”.
Zakaryan Zəngəzur dəhlizinin əhəmiyyətinə də diqqət çəkib, lakin Paşinyanı bu layihədən uzaq durmağa çağırıb:
“Əslində, Zəngəzur tranzit yolu gələcəkdə Rusiya ilə Türkiyəni fasiləsiz quru əlaqəsi ilə birləşdirəcək beynəlxalq marşrutun bir hissəsidir. O, iki qoldan ibarətdir: dəmir yolu və avtomobil. Marşrutun əsas hissəsi Azərbaycan ərazisindən, 40 kilometrlik hissəsi isə ya İran, ya da Ermənistan ərazisindən keçəcək.
Bu dəhliz Avropa və Asiya arasında malların daşınması üçün tranzit marşrutlarından birinə nəzarət etmək üçün açardır. Yəməndə Husi üsyançılarının yaratdığı Qırmızı dəniz böhranı davam edir. Bu, qlobal iqtisadi artımın 2,8%-ə qədər azalmasına gətirib çıxaracaq.
Beləliklə, Asiyadan Avropaya yüklərin daşınması üçün alternativ quru yollara təcili ehtiyac var ki, bu da İpək Yolunun Ermənistan ərazisindən keçən kiçik hissəsinin əhəmiyyətini artırır. Və bütün digər marşrutlar türklərin nəzarətindədir.
Ankara marşrutun bu hissəsinin Ermənistan ərazisindən keçməsini istəyir və Ermənistanı tam Türkiyənin nəzarətində saxlamağa çalışacaqlar.
Nikolun Rusiyadan tez üz döndərib, Qərblə (əslində Türkiyə) flört etməsinin əsas səbəbi bu Ankara planıdır. Bu arada regionda türk ekspansiyasını dayandırmağa qadir olan real qüvvələr yalnız Rusiya və İrandır”.
O bildirib ki, Paşinyan Ermənistanı yeni müharibə astanasına gətirib çıxarıb:
“Dəfələrlə demişik ki, Nikol öz xain siyasəti ilə ölkəni yeni müharibəyə hazırlayıb. İndi Ankara və Bakı “erməni məsələsi”nin həlli üçün hərbi variantı nəzərdən keçirir. Ankaradan və “arsax”dakı son qələbədən ruhlanan Bakı “erməni problemini” nəhayət həll etməyin vaxtının yetişdiyinə inana bilər. Bütün bunlar Türkiyənin İrəvana təzyiq siyasətinə tam uyğun gəlir. Türkiyənin Ermənistan sərhədləri yaxınlığında fəallığı uzun müddətdir ki, azalmır. Görünən odur ki, Ankara artıq Cənubi Qafqazı öz təsiri altına salmaq oyununa başlayır.
Əliyev xüsusilə, Türkiyə ordusu modelinin Azərbaycanda tam formalaşdığına diqqət çəkib. Bu gün Azərbaycan Ordusu təkcə Türkiyə Ordusunun kiçik modeli kimi deyil, həm də onun tərkib hissəsi kimi inkişaf edir”.
Kateqoriya: Sosium
Tarix: 07-03-2024 19:44
Baxış sayı: 398
Yazı axını
23 / 12 / 2024
23 / 12 / 2024
23 / 12 / 2024
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02