Reklam
Çiynində dünyanın yükünü çəkər, yükü bu dünyadan ağır atalar... - Fərid Muradzadə
09-03-2024 11:05
Fərid Muradzadə ATALAR
Bu hissi yaşayıb, duyanlar bilər,
İçindən ağlayar, üzündən gülər,
Çiynində dünyanın yükünü çəkər
Yükü bu dünyadan ağır atalar.
Bəzən heç kimsəylə yovuşmasa da,
Bəzən saatlarla danışmasa da,
Dünya ürəyinə sığışmasa da,
Övlad ürəyinə sığır atalar.
Yorulmur, dincəlmir, itirir gücün,
Bilir ki o bir gün çəkəcək köçün,
Gecə də, gündüz də övladlar üçün,
Özün oda-közə yaxır atalar.
Bir ülfət yükünün sarvanlarıdır,
Bir karvan köçünün mehmanlarıdır,
Dünyanın ən güclü insanlarıdır,
Ən kasıb, ən sadə, fağır atalar.
Xəzan yarpağı tək, saralır, solur,
Kirayə hücrənin vədəsi dolur,
Gündüz günəş olur, gecə ay olur,
Ruhu göy üzündən baxır atalar.
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 09-03-2024 11:05
Baxış sayı: 3315Yazı axını
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
21 / 07 / 2026
20 / 07 / 2026
19 / 07 / 2026
18 / 07 / 2026
17 / 07 / 2026
16 / 07 / 2026
16 / 07 / 2026
15 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
12 / 07 / 2026
12 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
Ən çox oxunanlar



























