Bu gün illərdir düşmən əsirliyində olan Dilqəm Əsgərovun doğum günüdür. Dalidag.az -ın məlumatına görə, 6-cı doğum gününü girovluqda qarşılayan həmyerlimizin 59 yaşı olur. Çox ağrılı və dözülməzdir. Təbrik əvəzinə yalnız əsirlikdən qurtulması üçün Tanrıdan kömək diləyir, dualar edirik. 59-cu yaşını Qarabağda ,Şuşa türməsində girovluqda qeyd edən Dilqəm Əsgərovun, onunla bərabər digər əsirlərin azad olunması üçün illərdir aprılan danışıqlar heç bir müsbət nəticə verməyib. Yenə də ümidimizi

Əslən Kəlbəcərdən olan keçmiş döyüşçü Ramiz Abışovun atası, 85 yaşlı Abdullah Məhəmməd oğlu Abışov dövlət başçısına çağırış edib. Dalidag.az bildirir ki, doğma yurd-yuvasız yaşamağın mümkün olmadığını, erməni daşnaklarının torpaqlarımıza sahib çıxmalarına dözə bilmədiyini vurğulayan 85 yaşlı Abdullah Məhəmməd oğlu Abışov ölkə başçısına və ordu generallarına döyüş əmri üçün müraciət edib. Kəlbəcərli ağsaqqal çağırışında bildirib ki, niyə əsgərimiz, ordumuz olduğu halda, biz erməninin əlində

Dalidag.az məşhur el şairi Sücaətin qardaşı, tanınmış jurnalist Hidayət Elvüsalın kulis.az-a verdiyi müsahibəni təqdim edir. - Sizi 70 yaşınızın tamam olması münasibəti ilə təbrik edirəm. Söhbətimizbelə bir maraqlı vaxta təsadüf edir. Sizin 70 yaşınız olur və biz qardaşınız, şair Sücaətdən danışacağıq. - Çox sağ olun. Bu barədə söhbət eləmək mənə həmişə xoşdur. - Deyirlər, çox nadinc olub. - Hə, bir az dəliqanlı idi. Dalaşqan idi. Amma ayaqyalın bir uşaq görəndə oturub ağlaya bilərdi. Həm də bu

Mənim on yaşım var idi. Məktəbdə oxu dərsində bir şeir keçmişdik. Deyəsən, adı belə idi - "Şpekbaxerin oğlu". Şeir müharibə vaxtı giliz toplayan bir balaca qəhrəman oğlan haqqında idi. Biz heyran olmuşduq. Səsində qəribə istehza olan müəllim bizdən şeir haqqında rəy soruşanda bəyəndiyimizi söylədik. O isə gülümsəyərək başını yellədib dedi: "Xeyr, uşaqlar, bu pis və zəif şeirdi". Müəllimimiz haqlı idi. Şeir bizim dövrün zövqünə və ədəbiyyatına görə yaxşı deyildi, saxta, mənasız və maraqsız idi.

Xalq artisti, bəstəkar Aygün Səmədzadənin "Azərbaycan 100 mahnıda" kitabının təqdimat mərasimi keçirilib. Dalidag.az ölkə.az-a istinadən bildirir ki, təqdimat mərasimində tanınmış sənət adamları, rəsmi şəxslər iştirak ediblər. Onların arasında müğənni Akif İslamzadənin də olması diqqət çəkib. Qeyd edək ki, A.İslamzadə uzun illərdir efirə çıxmaqdan və tədbirlərdə iştirakdan imtina etmişdi. Dalidag.az

(Mirzə Fətəli Axundzadə, Abbasqulu ağa Bakıxanov, İsmayıl bəy Qutqaşınlı, Ömər bəy Şirvani...) Rütbə - çin məsələsi XIX əsr Azərbaycan mədəniyyətində "ədəbiyyat-həyat" problemidir. Rütbə nə dərəcədə ədiblərimizin yaşam və yazı üslubunu müəyyənləşdirib? Görəsən, onlara hansı yol sərfəli idi: poqonlu, ordenli-medallı mundirlər geyinmək, yoxsa qələmilə sözə xidmət etmək? Məsələn, M.F.Axundzadə hərbi rütbəsini, məmurluq xidmətini "Təmsilat" müəllifi olmaqdan üstün tuturdu, ya da yazıçılığını,

Bu gün Azərbaycan ədəbiyyatına əvəzsi töhfələr vermiş, əslən Kəlbəcərdən olan görkəmli şair Bəhmən Vətənoğlunun ölümündən 15 il ötür. Ruhu şad olsun! Dalidag.az Bəhmən Vətənoğlunun bir neçə şeirini təqdim edir. BƏHMƏN Bu mənəm, a qardaş, tanımadınmı? Könlü dərdli, dili nalalı Bəhmən. İndi yurdsuz qalıb, yuvasız qalıb, Gördüyün o yurdlu-yuvalı Bəhmən. Qəzalar, qədərlər əyibdi məni, Dərdim öz içimdən yeyibdi məni. Zaman zindanında döyübdü məni, Yoxdu o əzəlki havalı Bəhmən. Gələcək nəsilə şirin
Yazı axını
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
04 / 05 / 2024