Sabiq daxili işlər naziri İsgəndər Həmidovun səhhətində irələyişlər var. Dalidag.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında tibbi-ekspert Adil Qeybulla deyib. O, bildirib ki, buna baxmayaraq İsgəndər bəyin vəziyyəti ağır olaraq qalmaqdadır: "İrəliləyişlər udma refleksinin peyda olması, ağrı qıcıqlarına zəif reaksiyanın peyda olması, intubasion boru ilə sedasiyasız tənəffüsü, leykosit sayının azalması hesab edilə bilər. Lakin arterial təzyiq hələlik inotrop dəstəklə saxlanılır. Bu gün

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə fevralın 3-də Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans Ağstafa Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nəzdində fəaliyyət göstərən Keşikçidağ Dövlət Qoruğunun, Ağstafa, Qazax və Tovuz rayonlarının abidə mühafizəçilərinin iştirakı

Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) seçki müşahidə missiyasının rəhbəri səfir Piter Teyler və seçki təhlilçisi xanım Masa Yanyusevic ilə görüşüb. Dövlət Komitəsinin sədri qonaqlara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurdundan didərgin düşmüş qaçqınların və məcburi köçkünlərin mövcud vəziyyəti və onlara göstərilən dövlət qayğısı haqqında

“Azərbaycan Dəmir Yolları” QSC-də Çexiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Milan Ekertin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Dalidag.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov son illərdə ölkəmizdə dəmir yollarında aparılan islahatlardan danışıb. O bildirib ki, Azərbaycanın əlverişli coğrafi mövqeyindən səmərəli istifadə etməklə regionun nəqliyyat mərkəzinə çevrilməsi istiqamətində işlər davam etdirilir, dəmir yolu

Milli-azadlıq hərəkatının öncüllərindən biri, Azərbaycanın sabiq daxili işlər naziri İsgəndər Həmidovun vəziyyəti kritik olaraq qalır. Hazırda komada olan İ.Həmidovun Mərkəzi Klinik Xəstəxanadan başqa xəstəxanaya köçürülməsi üçün danışıqlar aparılır. Dalidag.az bildirir ki, bu barədə professor Adil Qeybulla məlumat verib. A.Qeybulla köçürülmənin səbəbinin maliyyə məsələləri ilə bağlı olduğunu, xəstəxananın xərclərinin ödənilməsində çətinlik çəkildiyini bildirib. Qeyd edək ki, tanınmış jurnalist

Yalta konfransının açılışının 75 illiyi ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinin Arxiv Xidməti bir sıra sənədləri yayımlayıb. Dalidag.az xəbər verir ki, ictimaiyyətə təqdim edilən sənədlər arasında yüksək vəzifəli diplomatların yazışması, danışıqlarının protokolları, eləcə də konfrans iştirakçılarının fotoları yer alıb. XİN bu sənədlərin tədqiqatçıların marağına səbəb olacağını açıqlayıb. Qeyd edək ki, Yalta konfransı 1945-ci il fevralın 4-də başlayıb və 11-nə qədər davam edib. Konfransda

ABŞ prezidenti Donald Tramp "Ölkənin vəziyyəti haqqında" illik müraciətindən əvvəl Konqresin Aşağı Palatasının spikeri Nensi Pelosinin əlini sıxmaqdan imtina edib. Dalidag.az bildirir ki, bu barədə report xarici mətbuata istinadən xəbər verir. Qeyd edilir ki, hadisə ABŞ dövlətinin başçısı müraciətinin başlanğıcından əvvəl, çıxışının mətnini qanunverici orqanının hər iki palatasına vermək üçün tribunaya qalxan zaman baş verib. Bu zaman spiker Nensi Pelosi prezidentə əl uzadıb. Lakin qadın dövlət

Yəqin ki, sovet dövründə yaşayanlar bütün SSRİ qəzetlərinin ulduzu, televerilişlərin qəhrəmanı, Sovetlər Birliyinin ən uzunömürlü sakini, azərbaycanlı, Lerik sakini Şirəli Müslümovu xatırlayır. O, 168 il yaşayıb. 1805-ci ildə anadan olub, 1973-cü ildə vəfat edib. Ömür boyu çobanlıq edib. Onun ailəsi 150 nəfərdən ibarət idi. 150 yaşında haqqında sənədli film çəkilib, özü müstəqil olaraq gəzir, at çapır, torpaqda işləyir, çobanlıq edirdi. 135 yaşında 3-cü dəfə evlənən Şirəli kişinin bu evlilikdən

Ötən həftə Bakının qonağı olan türkiyəli təkamülçü bioloq, professor Ali Demirsoy "Yaradılış, yoxsa təkamül?" adlı seminarla çıxış edib. Dalidag.az xəbər verir ki, 107 elmi kitabın müəllifi olan görkəmli professor publika.az-a müsahibəsində təkamül, yadplanetlilər, kainatın sirləri, dünyanın sonu, insan ömrünün uzanması, neft ehtiyatlarının Azərbaycanda nə zaman tükənəcəyi və bəşəriyyətin gələcək taleyi haqqında sensasion proqnozlar verib. Həmin müsahibədən hazırlanan videonu təqdim edirik:

Bəzi elektron kütləvi informasiya vasitələrində Kürdəmir peşə liseyinin yataqxanasında bir neçə ailənin hələ də ağır vəziyyətdə yaşaması və yeni mənzilə köçürülməməsi barədə məlumat yayılıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidməti bununla əlaqədar olaraq bildirir ki, 28 dekabr 2019-cu ildə Kürdəmir şəhərində 563 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksi istifadəyə verilib. Kompleksə Kürdəmir rayonu ərazisindəki yataqxanalarda və digər
Yazı axını