Reklam

Bu gün səhər saatlarında Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanla Rusiya lideri Vladimir Putin arasında baş tutan telefon danışığı ilə bağlı hər iki tərəfin yaydığı məlumat arasında fərqlər var. Dalidag.az xəbər verir ki, Ermənistan Baş nazirliyi N.Paşinyanın Putini Qaragöl ətrafındakı vəziyyət, İrəvanın KTMT-yə məsləhətləşmələr üçün müraciəti və s. barədə məlumatlandırıb. Paşinyan Azərbaycan Ordusunun bu addımını “Ermənistanın dövlət sərhədlərinə müdaxilə” kimi

Xeops piramidasından böyük asteroid bu gün Yerə yaxınlaşacaq. Dalidag.az xəbər verir ki, bu barədə NASA-nın saytında bildirilir. Məlumata görə, 2015 KJ19 adlandırılan səma cisminin diametri 88-200 metrdir (Xeops piramidasının hündürlüyü 147 metrdir). O da vurğulanır ki, Bakı vaxtı ilə 14:04-də Yerə minimum məsafədə olacaq asteroid Yer sakinləri üçün heç bir təhlükə yaratmır. Dalidag.az

Bu dəqiqələrdə Fransa prezidentinin və Ermənistan baş nazirinin mətbuat xidmətləri təxribat xarakterli bəyanatla çıxış ediblər. Emmanuel Makron Azərbaycan-Ermənistan sərhədində yaranmış real vəziyyətə aydınlıq gətirmədən qərəzli bəyanatla çıxış edərək, Azərbaycanı Ermənistanın ərazi bütövlüyünü pozmaqda ittiham edib. Halbuki, Azərbaycan XİN-in bəyanatında da qeyd edildiyi kimi, Azərbaycan sərhədçiləri sözügedən ərazilərə - ölkəmizə aid mövqelərə sərhədlərin delimitasiyası və demarkasiyası ilə

Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi tədbirləri Ermənistan və Azərbaycan arasında sərhəd xəttini müəyyən edən və tərəflərdə olan xəritələr əsasında aparılır. Dalidag.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin məlumatında qeyd olunub. Bildirilib ki, müstəqilliyini bərpa etdiyi vaxtdan etibarən iki dövlət arasında məlum səbəblərdən dövlət sərhədi olmayıb və bu səbəbdən

Azərbaycan Ordusunun Zəngəzur istiqamətində dövlət sərhədini bərpa etməsi və Qara gölü nəzarətə götürməsinə Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan reaksiya verib. Dalidag.az xəbər verir ki, gecə saatlarından Təhlükəsizlik Şurasının iclasını toplayan Nikol Paşinyan Azərbaycanı ittiham etməkdən də çəkinməyib. “Zəngəzur (Sünik) vilayətinin Qara göl rayonunda vəziyyət olduqca ciddi qalmaqda davam edir və heç nə dəyişməyib. Ərazidə Azərbaycan hərbçiləri və bizim hərbçilərimiz

“Bu il Ramazan bayramı dövlətimiz və xalqımız üçün, o cümlədən, 29 il bundan əvvəl öz torpaqlarından didərgin düşmüş və artıq Qarabağa geri dönən Azərbaycan vətəndaşları üçün çox əlamətdar oldu. Biz böyük fəxarət və qürur hissi ilə Ramazan bayramını Qarabağda, doğma Şuşamızda qeyd edirik”. Dalidag.az xəbər verir ki, bunu “report”a açıqlamasında “Qarabağa dönüş” İctimai Birliyinin sədri, deputat Tural Gəncəliyev deyib. O bildirib ki, bu il müqəddəs Ramazan bayramını Şuşada, öz evlərində qeyd

Ermənistan ordusunun ikinci Qarabağ müharibəsində itkin düşmüş polkovnik-leytenantı Marat Qarayanın hərbi əməliyyatlar zamanı Azərbaycan hərbçiləri tərəfindən məhv edildiyi məlum olub. Dalidag.az xəbər verir ki, Marat Qarayan separatçı rejimin Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi çağırışaqədərki hazırlıq, məktəbdənkənar proqramlar şöbəsinin müdiri olub. Marat Qarayan 2020-ci ilin 14 oktyabrından itkin düşüb./report Dalidag.az

Dünyanın ən böyük smartfon istehsalçılarından və sayılı texnologiya şirkətlərindən "Apple", yenidən Çində yaşayan uyğur türklərini məcburi əməyə cəlb etməkdə təqsirləndirilir. Bu barədə "The Information" agentliyi araşdırma aparıb. Araşdırma vaxtı üzə çıxan yeni sənədlərdə göstərilib ki, "Apple"ın 7 cihaz təchizatçısı hələ də, uyğurları məcburi əməyə cəlb edir. Belə ki, əvvəllər "Apple" uyğur türklərinin məcburi işlədilməsinə qarşı olduğunu söyləsə də, "The Information" öz araşdırmasında bunun

Bu gün Alban (Qafqaz) Apostol Müstəqil Kilsəsinin varisi olan Azərbaycan Alban-udi dini icmasının nümayəndələri Ermənistanın işğalından azad olunan Laçın rayonundakı Ağoğlan monastırını ziyarət ediblər. Dalidag.az -ın xəbərinə görə, Azərbaycan Alban-udi dini icmasının nümayəndələri burada Pasxa bayramını qeyd ediblər. İcma nümayəndələri tərəfindən monastrda Xristian dini ilə bağlı ayinlər icra olunub, udi dilində liturgiya səslənib, kilsədə şamlar yandırılıb.

"Bahar Qalxanı" əməliyyatının aparıldığı bölgədə təchizat karvanına raket zərbəsi endirilib. "TRT Haber" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, hücum zamanı Türkiyə ordusunun bir əsgəri şəhid olub, digər 4-ü yaralanıb. Yaralı əsgərlər xəstəxanaya yerləşdiriliblər. Hücumdan sonra bilinən hədəflər atəşə tutulub. Nazirlik şəhidin ailəsinə və Türkiyə Silahlı Qüvvələrinə başsağlığı verib. Yaralı əsgərlərə şəfa diləyib. Dalidag.az
Yazı axını
22 / 07 / 2026
21 / 07 / 2026
20 / 07 / 2026
19 / 07 / 2026
18 / 07 / 2026
17 / 07 / 2026
16 / 07 / 2026
16 / 07 / 2026
15 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
12 / 07 / 2026
12 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
10 / 07 / 2026
10 / 07 / 2026
09 / 07 / 2026
09 / 07 / 2026
08 / 07 / 2026
Ən çox oxunanlar




























