Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları Qarabağdakı poliqonda atıcı silahlardan və BTR-82A standartlı silahlardan atış təlimləri keçiriblər. Dalidag.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, təlimlərə 10-a yaxın hərbi və xüsusi texnika cəlb olunub.

Xankəndi qazsız qalıb. Dalidag.az xəbər verir ki, sülhməramlıların nəzarət zonasında olan Xankəndi şəhərini qazla təmin edən magistral kəmərdə boru partlayıb, nəticədə şəhərə mavi yanacağın verilməsi dayandırılıb. İlkin versiyalara görə, magistral qaz kəmərində qəzaya səbəb Kiçik Qaladərəsi (Kirov) qəsəbəsindəki qaz kəməri hissəsində boru kəmərinə icazəsiz və qanunsuz qoşulma nəticəsində baş vermiş partlayış olub. Partlayış nəticəsində bir yerli sakin həlak olub, dağıntılar var.

Şuşa və Ağdam ilə yanaşı işğaldan azad olunmuş Azərbaycanın digər rayonlarına da müntəzəm avtobus reysləri təşkil edilməsi planlaşdırılır. Dalidag.az xəbər verir ki, bunu report-a rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib. R.Nəbiyevin sözlərinə görə, Şuşa və Ağdama təşkil edilən müntəzəm avtobus reysləri cənab Prezidentin tapşırığına uyğun olaraq "Qarabağa böyük qayıdış” planının tərkib hissəsidir: "Reyslər başlanarkən də biz demişdik ki, reysləri müntəzəmliyi, onun ayda neçə

Ermənistanda iki hərbçi qeyri-müəyyən şəraitdə öz mövqelərindən yoxa çıxıb. Dalidag.az bildirir ki, bu barədə "report” Ermənistan mətbuatına istinadən xəbər verir. Qeyd edilir ki, onlardan biri Vayotsdzor Qladzor icmasının sakini, müqaviləli hərbçi, 33 yaşlı Vahe Manukyandır. Vahe Manukyan 2021-ci ilin 12 noyabrından axtarışdadır. Hərbçi həyat yoldaşı ilə telefon danışığı zamanı yoxa çıxıb. Onun itkin düşməsi faktı üzrə 10 gün sonra mövqeni icazəsiz tərk etməsi maddəsi ilə cinayət işi açılıb.

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Tərtər rayonunun Qapanlı kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri fevralın 6-ı saat 00:23-dən 02:12-dək heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutulub. Dalidag.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. "Azərbaycan Ordusunun bölmələri tərəfindən dərhal cavab tədbirləri görülüb. Hadisə nəticəsində mülki

Laçın dəhlizinin yeni marşrutunun inşası davam edir: yeni marşrutun istifadəyə verilməsndən sonra hazırki dəhlizin keçdiyi Laçın şəhəri Azərbaycanın nəzarətinə keçəcək. 10 noyabr razılaşmasında yeni yolun üç il ərzində inşa edilməsi nəzərdə tutulur, lakin Prezident İlham Əliyev bunu iki il ərzində həyata keçirmək haqda düşündüklərini açıqlamışdı. Şuşanın ermənilər yaşayan Böyük Qaladərəsi kəndinin qondarma “rəhbəri” David Davtyan “Azadlıq radiosu”nun erməni xidmətinə yeni yolun marşrut xəttini

Bu günlərdə erməni telegram-kanallarından birində Laçın dəhlizinin Şuşa və Laçın şəhərlərindən aralı keçən yeni marşrutunun xəritəsi yayılmışdı. Bildirilirdi ki, yeni marşrutla yol tikintisi davam edir. Dalidag.az qeyd edir ki, əslində dəhlizin yeni marşrutu təəccüb doğurmamalı idi. Çünki 2020-ci il 10 noyabr üçtərəfli razılaşmasının bəndlərindən birində bu haqda danışılır. Orada deyilirdi ki, üç il ərzində Rusiya tərəfinin iştirakı ilə Ermənistanla Dağlıq Qarabağı birləşdirən, Laçın və Şuşa

Azərbaycan Dağlıq Qarabağı Ermənistanla birləşdirəcək avtomobil yolunun tikintisinə başlayıb. AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bu barədə məlumatı Şuşa rayonunun Böyük Qaladərəsi kəndi ətrafındakı erməni icmalarının rəhbərləri veriblər. Ermənilərin “Hin Şen” adlandırdıqları Kiçik Qaladərəsindəki icmanın başçısı Samvel Sarkisyan müxbirlərə deyib: “Artıq səkkiz aydır ki, işləyirlər. Siz harda yatmısınız? Bütün dünyadan qəzəbliyəm...” Sayt yazır ki, bu, yerli ermənilər üçün

Qarabağdakı Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları Xankəndi teatrında olublar. Dalidag.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Teatrda rus hərbçiləri üçün “Ay canavarı” tamaşası səhnələşdirilib. Açıqlamada hərbçilərin “Qarabağda rus dilinin və rus mədəniyyətinin dəstəklənməsi və gücləndirilməsi” çərçivəsində teatrda olduqları bildirilib. Dalidag.az

“Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq və dağıdıcı 44 günlük müharibəyə baxmayaraq, bunun üçün hələ imkanlar var”. Dalidag.az bildirir ki, konkret.az-ın erməni mətbuatına istinadla verdiyi xəbərə görə, bu barədə Ermənistanın eks prezidenti Serj Sarkisyan sərsəmləyib. O deyib ki, “Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq və dağıdıcı 44 günlük müharibəyə baxmayaraq, bunun üçün imkanlar var”. Siyasi savadı olmayan Sarkisyana xatırlatmaq lazımdır ki, Qarabağ Azərbaycanın
Yazı axını