Reklam
Xankəndidə Nuru Paşa küçəsi Arutyunyanı dəli elədi: “şəhərin təhvili”ndən danışırlar - ŞƏKİLLƏR
08-06-2022 21:47
“Google maps” proqramında işğaldan azad olunmuş, həmçinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə işğal dövründə erməni dilində olan yer adlarının Azərbaycan dilində bərpa edilməsi erməniləri qıcıqlandırır.
Ermənilər əsassız etirazlarını media və sosial şəbəkələrdə dilə gətirməkdən başqa heç nə edə bilmirlər.
“Hraparak” nəşrində erməni jurnalist Vahe Arutyunyanın bununla bağlı yazdıqları ermənilərin hansı vəziyyətə düşdüyünü anlamağa imkan verir.
“Google maps” üzərində “Stepanakert”də (Xankəndi) nəsə tapmağa çalışırdım, “memorial və respublika xəstəxanasının” yanında məscidi görəndə təəccüb və qəzəb hissi keçirdim. Qərara gəldim ki, xəritə üzərindən digər ərazilərə də baxım. “Bizim dağlar” abidəsi və ətrafı tamamilə Azərbaycan adları ilə qeyd olunub. Abidəyə bitişik ərazi Ənvər Paşanın qardaşı Nuru Paşanın adını daşıyır. Abidənin yanında “İstanbul” adlı restoranı görə bilərik. Abidədən “azadlıq meydanına” gedən yolda bir türk restoranına rast gəlirik və meydan da artıq “Xarıbülbül parkı” adlanır. Burada “intibah” meydanının ətrafı, o cümlədən (qondarma) “artsax parlamenti” Azərbaycan dilində yazılıb. “İntibah” meydanının yaxınlığında Məmməd Əmin Rəsulzadə adına park var. “Stepanakertin” mərkəzində isə Bakı restoranlarının filiallarının adları var. Bu restoranların bəzilərini araşdıranda məlum oldu ki, Şuşada filial açıblar, saytlarında Xankəndi filialları haqda da məlumatlar yerləşdirilib. Şəhərdə mağazalar, kafelər, əyləncə məkanları, gözəllik salonları xəritədə Azərbaycan dilində təqdim olunur. “Stepanakert” məktəbləri, təhsl müəssisələri, xəstəxanalar, dövlət müəssisələri də xəritələrdən silinib. Kilsələrin adları yoxdur, ya da Azərbaycan dilində yazılır. Şəhərdə küçə adlarının ingilis və rus dilindəki versiyaları çıxarılıb. Yəqin ki, növbəti addım küçə adlarının da dəyişdirilməsi olacaq və bunun ciddi fəsadları ilə üzləşəcəyik. GPS işləməyəcək, taksi xidmətlərində, poçt göndərişlərində və digər məsələlərdə çətinliklər yaranacaq. Aydın görünür ki, “Google maps”da “stepanakert” planlı və mütəşəkkil şəkildə sıfırlanır. Misal üçün, “artsax xarici işlər nazirliyinin” binasının hamam olaraq göstərilməsi qəzəb yaradır. Azərbaycan Xarici İşlər Nazirliyi adların düzəldilməsi haqda “Google” şirkətinə məktub yazıb, lakin bu müraciətlər may ayına qədər nəticə verməmişdi. Sual yaranır ki, niyə dəyişiklik may ayının sonundan etibarən başladı? Bunun Brüssel görüşündə səslənən “Qarabağın etnik erməniləri” bəyanatı ilə əlaqəsi varmı? Gözümüzün qarşısında (qondarma) “artsax”ın təhvili əməliyyatı gedir”, - Arutyunyan yazır./Turkustan.az
Dalidag.az

Kateqoriya: Qarabağ
Tarix: 08-06-2022 21:47
Baxış sayı: 4197
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23