Reklam
Rusiya sülhməramlılarının özbaşınalığı sərhəd tanımır
08-06-2022 18:16
Ermənistanın Baş prokuroru Azərbaycan ərazisinə qanunsuz səfər edib.
Dalidag.az-ın məlumatına görə, Artak Davtyan iyunun 8-də Qarabağa gəlib. O, Xankəndidə cinayətkar rejimin başçısı Araik Arutyunyanla görüşüb və əməkdaşlığın artırılması məsələsini müzakirə edib.
Artak Davtyan Qarabağa bu özbaşınalığı həm hüquqi, həm də siyasi məsuliyyət yaradır.
Ancaq cavabdehliyi Baş prokurorun özündən qabaq onu Azərbaycan ərazisinə buraxılmasına məsul olan Rusiya sülhməramlı qüvvələri daşıyır. Çünki Davtyan sülhməramlıların müvəqqəti nəzarət zonasına daxil olan Laçın dəhlizindən keçərək Qarabağa gəlib.
Rusiya hərbçiləri erməni prokurorun Azərbaycan ərazisinə daxil olmasına icazə verməmək səlahiyyətinə malikdir. Lakin görünür, Artak Davtyanın ya sənədləri yoxlanılmayıb, ya da sülhməramlıların komandanlığı onun rahat şəkildə Laçın ərazisindən keçməsinə şəriat yaratmaq tapşırığı verib. Rusiya hərbi kontingenti Azərbaycanda fəaliyyət göstərdiyi 17 ay ərzində bitərəflik prinsipinə heç vaxt əməl etməyib.
Bu müddətdə "sülhməramlılar"ın missiyası ermənilərin təhlükəsizliyini təmin etmək və qondarma rejimə himayədarlıq edən şəxslərin Qarabağa qanunsuz səfərinə göz yummaqdan ibarət olub. Azərbaycan tərəfi rusiyalı hərbçilərdən dəfələrlə xarici ölkə vətəndaşlarının Qarabağa qanunsuz səfərinə izacə verməməyi tələb etsə də, sülhməramlıların komandanlığı bu çağırışa əməl etməkdən yayınıb.
Bununla da sülhməramlı qüvvələr Azərbaycan, Ermənistan və Rusiya arasında 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın 6-cı bəndini pozub. Çünki bu razılaşma Azərbaycan vətəndaşı olan ermənilərin Qarabağla Ermənistan arasında təhlükəsiz hərəkətini nəzərdə tutur. Yəni Ermənistanın, yaxud digər ölkənin vətəndaşı yalnız Azərbaycan hakimiyyət orqanlarının rəsmi razılığı əsasında Laçın dəhlizində keçməklə Qarabağa səfər edə bilər.
İkincisi, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, Qarabağ üzərindəki suverenliyini tanımır və düşmən dövlətdir. Belə olan halda Ermənistan vətəndaşının Azərbaycan ərazisinə daxil olması rəsmi Bakının xüsusi icazəsi ilə həyata keçirilə bilər. Əks tədirdə, sülhməramlı qüvvələr Azərbaycan Konstitusiyasına zidd fəaliyyət göstərdiyinə görə ölkə ərazisindən çıxarılmalıdır.
Bundan başqa, Azərbaycanla Ermənistan arasında vizasız gediş-gəliş haqqında hər hansı razılaşma yoxdur. Ona görə də Ermənistan vətəndaşlarının sərbəst şəkildə Azərbaycan ərazisinə daxil olmasına yol verilə bilməz. Əgər Ermənistanın Baş Prokuroru Qarabağı Azərbaycan ərazisi hesab etmirsə, o halda ümumiyyətlə, Azərbaycan torpağına buraxılmamalıdır. Bu prosesi dinc yolla təmin etmək isə Rusiya sülhməramlılarının vəzifə borcudur. Onlar bu missiyanı yerinə yetirmək istəmirsə, o halda Azərbaycanı tərk edə bilər.
Son 17 ayda baş verənlər göstərdi ki, Azərbaycanın Rusiya hərbçilərinin yardımına ehtiyacı yoxdur. Azərbaycan Dövlət Sərhəd Xidməti və gömrük orqanları Laçın dəhlizində buraxılış məntəqləri quraşdırıb vətəndaşların, yüklərin, nəqliyyat vasitələrinin hərəkətini, onların təhlükəsizliyini təmin edə bilər. Artıq Laçın dəhlizi üzrə yeni yolun inşası başa çatmaq üzrədir. İyul ayında yeni dəhlizin istifadəyə verilməsinuin ardınca Laçın şəhərinin Azərbaycanın nəzarətinə qaytarılacağı gözlənilir.
Bundan sonra Laçın rayonunun Ermənistanla sərhəddi bağlanmalı, keçid məntəqələri quraşdırılmalıdır. Belə olarsa, Ermənistanla Qarabağ arasında qanunsuz səfərlərin qarşısı tamamilə alına bilər. Rusiya sülhməramlılarının özbaşınalığı göstərdi ki, Laçın dəhlizinin eksterritorial ərazi kimi fəaliyyət göstərməsi Azərbaycanın ərazi bütövlüyü və suverenliyi üçün təhlükə yaradır. Ona görə də Laçın dəhlizi qalsa belə, onun eksterritorial statusu ləğv edilməldir./cebhe.info
Dalidag.az

Kateqoriya: Qarabağ
Tarix: 08-06-2022 18:16
Baxış sayı: 4179
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23