Reklam


Ermənilər Laçını tərk edirlər. Dalidag.az bildirir ki, bu barədə BBC-nin Rusiya xidmətinin hazırladığı reportajda deyilir. Bildirilir ki, 10 noyabrda əldə edilən razılaşmadan sonra əraziyə Rusiya sülhməramlıları gəlib. Hazırda isə ermənilər Laçını boşaldır. Qeyd edək ki, üçtərəfli bəyanata görə, Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu qaytarır. Dağlıq Qarabağla Ermənistan arasında

Türkiyə Azərbaycana əsgər göndərilməsi ilə bağlı qanun layihəsini Böyük Millət Məclisinə təqdim edib. Dalidag.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Bildirilir ki, bu qanun layihəsi Türkiyə və Azərbaycan arasında daha öncələr imzalanmış qarşılıqlı hərbi yardımlaşma sazişinə müvafiq olaraq hazırlanıb. Vurğulayaq ki, noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan lideri arasında imzalanmış atəşkəs bəyannaməsi ilə Qarabağda hərbi əməliyyatlar dayandırılıb, Rusiya
İşğaldan azad olunmuş ərazilərdə FHN-in növbəti yerli strukturları fəaliyyətə başladı
(16-11-2020, 10:19)
(16-11-2020, 10:19)

Fövqəladə Hallar Nazirliyi işğaldan azad edilmiş ərazilərimizdə yerli strukturlarının təşkilini davam etdirir. Nazirlikdən verilən xəbərə görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şuşa şəhər, Cəbrayıl, Zəngilan və Qubadlı rayon Dövlət Yanğından Mühafizə hissələri müvafiq olaraq Şuşa, Cəbrayıl, Zəngilan və Qubadlı şəhərlərində fəaliyyətə başlayıb. Bütün hissələr xidmətin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq texnika və avadanlıqlarla təchiz edilib. Xatırladaq ki, bundan əvvəl

Müdafiə Nazirliyi işğaldan azad olunan Laçın rayonunun Güləbürd kəndindən videoreportaj hazırlayıb. Dalidag.az həmin videonu təqdim edir:

Qarabağ ordusu komandanlığı "Yexnikner" hərbi hissəsinin əsgərlərinin öz mövqelərini tərk etməli olması barədə məlumatları təkzib edib. "Cümə günü müdafiə ordusunda bildiriblər ki, bu sahədəki ordu bölmələri hərbi növbətçiliyi davam etdirir və davam etdirəcək", - “Sputnik Armenia” bildirib. Erməni mənbələrinə görə, bu hərbi hissə Qarabağın şimalında Tonaşen kəndi yaxınlığında yerləşir. Əgər məlumat həqiqətəuyğundursa və separatçıların hərbi komandanlığı Qarabağdan çıxmaq barədə müddəaları

Erməni işğalçıları artıq Laçın rayonunu tərk etməyə başlayıblar. Dalidag.az xəbər verir ki, bu barədə görüntüləri “Sputnik Ermənistan” yayıb. Qeyd edək ki, işğalçılar dekabr ayının 1-nə kimi Laçını tamamilə tərk etməlidirlər.

"Rusiya Federasiyası Silahlı Qüvvələrinə məxsus helikopterlə əlaqədar baş vermiş faciəvi hadisə ilə bağlı noyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Həmin gün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi müvafiq açıqlama ilə çıxış edib. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən bu təsadüfi faciə ilə əlaqədar cinayət işi açılıb. Azərbaycanın və Rusiyanın Baş prokurorları

“ASAN Radio” işğaldan azad olunan Şuşada səslənən ilk Azərbaycan radiosu olub. Bu barədə “ASAN Xidmət” məlumat yayıb. Şuşa şəhəri 28 il sonra 8 noyabr 2020-ci il tarixində işğaldan azad olunub. Operativ məlumat dalğası - “ASAN Radio” Azərbaycanda 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. Radionu asanradio.az saytından və mobil tətbiqlərdən dinləmək olar. “ASAN Radio” Prezident İlham Əliyevin tapşırığı ilə 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət

“İşğal edilmiş torpaqların hamısı Azərbaycana veriləcək”. Dalidag.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu noyabrın 12-də Bakıda keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, Ermənistan atəşkəsi növbəti dəfə pozarsa yenə də bunun bədəlini ödəyəcəklər: “Ermənistan ya könüllü olaraq bu torpaqlardan çıxacaq, ya da Azərbaycan Ordusu öz torpaqlarını geri alacaq. Bu, artıq Ermənistanın seçimidir". Dalidag.az

Artıq Şuşa və Xankəndində Azərbaycanın mobil şəbəkəsi fəaliyyət başlayıb. Dalidag.az-ın məlumatına görə, bu barədə Rusiya KİV-i məlumat yayıb. “İzvestiya” qəzetinin məlumatına görə, mobil şəbəkəyə qoşulmaya “Qelebebizimdir” adı verilib.
Yazı axını
23 / 02 / 2025
22 / 02 / 2025
22 / 02 / 2025
19 / 02 / 2025
18 / 02 / 2025
17 / 02 / 2025
15 / 02 / 2025
13 / 02 / 2025
13 / 02 / 2025
11 / 02 / 2025
10 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
06 / 02 / 2025
Ən çox oxunanlar
18-02-2025 11:05
