Oktyabrın 14-də saat 01:00 radələrində Ermənistan Respublikası tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonu ilə yaxın sərhəd zonasında bir neçə əməliyyat-taktiki ballistik raket kompleksinin start mövqeyində yerləşdirilməsi müşahidə olunub. Müdafiə Nazirliyindən verilən məlumata əsasən, bu ərazidəki raket kompleksləri Azərbaycanın Gəncə, Mingəçevir və digər şəhərlərindəki dinc əhali və infrastruktura doğru hədəflənib. Oktyabrın 11-də Ermənistan tərəfindən Gəncə şəhərində törədilmiş

İşğal olunmuş Azərbaycan ərazilərində məskunlaşan ermənilərin çoxu artıq müharibəni uduzduqlarını və Qarabağın Azərbaycana qaytarılmasının yaxınlaşdığını anlamağa başlayıblar. Dalidag.az xəbər verir ki, bunu Xankəndində evinin qarşısında Azərbaycan dilində “Xoş Gəlmisiniz” afişasını asan yaşlı qadın da başa düşüb. Azərbaycanın tərkibində olan Qarabağda azərbaycanlılarla ermənilərin birlikdə yaşamaq təcrübəsini xatırlayan yaşlı qadın anlayır ki, İrəvan artıq məğlub olub və Qarabağ erməniləri

“Minsk qrupunun üzvləri arasında Belarus, İsveç, Hollandiya və Portuqaliya da var. Belarus məlum, öz hayındadır, İsveçi, Hollandiyanı və Portuqaliyanı Dağlıq Qarabağ münaqişəsi çoxmu maraqlandırır? Bu dövlətlərin qrupda olmasının bizə nə faydası var?” Dalidag.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Ekspert Moskvada Ermənistan və Azərbaycan arasında elan edilmiş atəşkəs anlaşmasına da diqqət çəkib: “Moskvada qəbul edilən bəyannamənin 4-cü maddəsində yazılıb ki, danışıqlar

Goranboy, Tərtər və Ağdam rayonlarının əraziləri atəşə tutulur. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat daxil olub. Xəbərdə bildirilir ki, humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistən silahlı qüvvələri Goranboy, Tərtər və Ağdam rayonlarının ərazilərini atəşə tutur. Dalidag.az

Ermənistan ictimaiyyəti daha çox “War Gonzo” adlanan guya müstəqil jurnalist qruplaşmasının məlumatları ilə aldadılır. Baku TV xəbər verir ki, Hadruta hiylə yolu ilə soxularaq, guya erməni işğalçılarının bu məntəqədən hələ də çəkilmədiyini iddia edir. Belə ki, çəkiliş qrupu meyitləri yığmaq üçün istifadə edilən sanitar maşınlara oturub həmin əraziyə gedir. Tibb maşınlarının Azərbaycan Silahlı Qüvvələri tərəfindən atəşə tutulmayacağına əmin olan “jurnalistlər” yalan informasiyanı bu şəkildə

Rusiya kriminalı ilə sıx təmasda olan Moskvadakı diasporanın yaratdığı Ermənistana qeyri-leqal silah tədarükü kanalı humanitar atəşkəs barədə razılaşmanın bağlanmasından sonra da tam gücü ilə işləyir. Mülki aviasiyanın bortları, yəni əslində sərnişin təyyarələri tərəfindən həyata keçirilən yüklərin həcmi bütün qanunlara zidd olaraq artır, onların nomenklaturası genişlənir. Daha əvvəl bildirdiyimiz kimi, kriminal uçuşları Atlantis Air Lines hava yolları həyata keçirir. Amma görünür, bunun

Bu gecə həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 3 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 1 ədəd T-72 tankı, bir neçə avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Dalidag.az

Ermənistan silahlı qüvvələri Ağdam, Tərtər, Ağcəbədi və Füzuli rayonlarının kəndlərini atəşə tutur. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə Nazirliyi Cəbrayıl rayonunun işğaldan azad olunan Daşkəsən kəndinin videogörüntüsünü yayıb. Dalidag.az həmin videogörüntünü təqdim edir.

Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev ermənilərin Gəncə və Mingəçeviri hədəfə alması barədə münasibət bildirib. Dalidag.az-ın məlumatına görə, bu barədə o özünün rəsmi "twitter" hesabına məlumat paylaşıb: "Ermənistan mülki aviaşirkətlərlə Smerç raketləri alıb. Dərhal sonra isə Mingəçevirdə mülki əhaliyə və infrastruktura raket zərbələri endirib. Ermənistanın terror siyasəti davam edir. Düşmən ölkənin cəzasız qalması onu daha çox hərbi cinayətlər törətməyə təşviq edir. Humanitar
Yazı axını