Ermənistan hakimiyyəti növbəti təxribata əl atmaq niyyətindədir. Əsas məqsəd isə ölümcül vəziyyətdə olan Ermənistana Rusiyanın kömək etməsinə nail olmaqdır. Dalidag.az xəbər verir ki, Ermənistanın tarix elmləri namizədi, Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi Qriqori Ayvazyan “Politik.am” saytına açıqlamasında İrəvanın bu təxribatla bağlı gizli planlarını açıqlayıb: “Ermənistana indi Rusiyanın yardımı hava-su kimi lazımdır. İrəvan buna nail olmaq üçün Azərbaycan mütləq Ermənistan

27 il sonra işğaldan azad olunmuş torpaqlarımızda azan səsi eşidilib. Dalidag.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video yayılıb. Ehtimal olunur ki, Azərbaycanda məşhur olan bu azan səsi Cəbrayılda səsgücləndiricilərlə səsləndirilib. Sözügedən görüntüləri təqdim edirik: Qeyd edək ki, ötən gün Azərbaycan ordusu Cəbrayıl şəhərini və rayonunun daha 9 kəndini işğaldan azad edib. Dalidag.az

Cəbhədə şiddətli döyüşlər davam edir. Dalidag.az xəbər verir ki, silahlı qüvvələri qəsdən və hədəflənmiş şəkildə Tərtər şəhərini və ətraf kəndləri yenidən artilleriya atəşinə tutur. Düşmən yenidən rayonun dinc sakinlərini hədəf alıb. Oktyabrın 4-ü gecə saatlarında ermənilərin növbəti dəfə atdığı top mərmilərindən biri şəhərin mərkəzinə düşüb. Nəticədə şəhər sakinləri - 1981-ci il təvəllüdlü Taleh Novruzov və 1993-cü il təvəllüdlü Süleymanov Davud Elxan oğlu yaralanıb. Həmin şəxslər xəstəxanaya

Mübariz İbrahimovun düşmən qüvvəsini məhv etdiyi posta Azərbaycan Bayrağı sancılıb. Dalidag.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun 2010-cu il iyunun 18-də təkbaşına döyüşərək xeyli sayda düşmən qüvvəsini məhv etdiyi posta Azərbaycan Bayrağı sancılıb. Artıq həmin postda Azərbaycan Bayrağı dalğalanır! Dalidag.az

Bu gün Azərbaycan ordusu Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan ordusuna! Qarabağ Azərbaycandır! Dalidag.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Twitter səhifəsində yazıb.

Ordumuzun erməni təxribatına cavab olaraq əks-hücum həmləsinin başlanmasından 1 həftə ötür. Dalidag.az xəbər verir ki, bu qısa müddətdə Ordumuzun uğurlu əks-hücum əməliyyatı nəticəsində bir sıra kənd və vacib yüksəkliklər yenidən nəzarətimiz altına keçib. Azad edilən kəndlərin siyahısını təqdim edirik: 1. Suqovuşan (Ağdərə rayonu) 2. Qaraxanbəyli (Füzuli) 3. Qərvənd (Füzuli) 4. Horadiz kəndi (Füzuli) 5. Böyük Mərcanlı (Cəbrayıl) 6. Nüzgar (Cəbrayıl) 7. Talış kəndi (Tərtər) 8. Mehdili (Cəbrayıl)

Suqovuşan kənd (işğal dövründə: Madagiz) Tərtər rayonunun Çaylı kənd inzibati ərazi dairəsində yerləşir. Suqovuşan kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam rayonu, Tərtər rayonu və Kəlbəcər rayonu arasında bölüşdürüldü. Suqovuşan kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir. Suqovuşan ilk dəfə 1991-1992-ci illərdə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib.

Ermənist an silahlı qüvvələri hazırda Xankəndi ərazisindən Tərtər şəhəri və Füzuli rayonunun Horadiz şəhərinin ərazisini raket atəşinə tutur. Azərbaycan Müdafiə Nazirliyindən verilən xəbərə görə, Azərbaycan Ordusu tərəfindən düşmənə qarşı adekvat cavab tədbirləri görülür. Dalidag.az

Azərbaycan Ordusunun işğaldan azad edilmiş ərazilərindən video görüntülər paylaşılıb. Görüntülər Müdafiə Nazirliyi tərəfindən yayılıb: Dalidag.az

Bu gün Azərbaycan Ordusu Tərtər rayon Talış kəndini, Cəbrayıl rayon Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzuli rayonu Aşağı Əbdürrəhmanlı kəndini azad edib. Dalidag.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi "Twitter” səhifəsində yazıb.
Yazı axını