Oktyabrın 24-ü gün ərzində və 25-nə keçən gecə cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut, Qubadlı və Laçın istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Düşmən qoşunlarımızı atıcı silahlar, tanklar, minaatanlar və toplardan atəşə tutub. Azərbaycan Ordusunun bölmələri əməliyyat planına uyğun əsas istiqamətlərdə döyüş fəaliyyətlərini davam etdirərək nəzarətə götürülən əraziləri bir qədər də

Azərbaycanın məğrur və rəşadətli əsgərlərinin cəbhədə göstərdiyi qəhrəmanlıqlar və torpaqlarımızı azad etməsi xalqımızın qürur yeridir. Bu gün xüsusi qəhrəmanlıqları isə seçilən əsgərlərimizi Azərbaycan Müdafiə Nazirliyi də xalqımıza tanıdır və onların qəhrəmanlıq nümunəsini nümayiş etdirir. Dalidag.az xəbər verir ki, hazırda Vətən müharibəsində iştirak edən hər bir əsgərimiz qəhrəmandır. Onların arasında məşhurların övladları, böyük nəslin davamçıları da az deyil. Belə gənc qəhrəmanlarımızdan

Müdafiə Nazirliyi Azərbaycan Ordusunun Artileriya bölmələrindəki döyüş əzmini, ruh yüksəkliyini əks etdirən videogörüntü yayıb. Dalidag.az Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə istinadla təqdim etdiyi növbəti videoda Azərbaycan Ordusunun artilleriya bölmələrindən birinin zabiti düşmənin artilleriya bölmələrini, döyüş texnikalarını və canlı qüvvəsinin məhv edildiyini, şəxsi heyətin qələbə əzminin yüksək olduğunu diqqətə çatdırıb. Hərbçilərimiz Müzəffər Ali Baş Komandanımızın dediyi kimi,

Oktyabrın 23-ü gün ərzində və 24-nə keçən gecə cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Müdafiə Nazirliyindən verilən məlumata görə, düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub. Azərbaycan Ordusunun bölmələri əməliyyat planına uyğun cəbhənin müəyyən edilmiş istiqamətlərində döyüş fəaliyyətlərini davam etdirib. Cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində mütəşəkkil

Müzəffər Azərbaycan Ordusu Xocavənd rayonunun Dolanar, Bünyadlı kəndlərini, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndlərini, Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! Dalidag.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Tvitterdə yazıb.

Azərbaycanın işğal edilmiş Qarabağ bölgəsinə gələn Ermənistan Müdafiə naziri David Tonoyan Laçının Azərbaycanın nəzarətinə keçməməsi üçün döyüş fəaliyyətlərinə şəxsən özü nəzarət edəcək. Dalidag.az xəbər verir ki, bu iddia ilə rusiyalı hərbi ekspert İqor Korotçenko çıxış edib. “Hazırda Ermənistan Müdafiə Nazirliyinin rəhbər heyətindəki şəxslərin Qarabağa transferi tam səssiz rejimdə, söndürülmüş telefonlar və əlaqə vasitələri ilə aparılır ki, Azərbaycanın radioelektron kəşfiyyat bölmələrinə

“Dağlıq Qarabağ ərazisindəki Ağdərə, Xocavənd və Qırmızı Bazar yaşayış məntəqələrinin guya Azərbaycan ordusu tərəfindən atəşə tutulması barədə Ermənistanın yaydığı xəbərin heç bir əsası yoxdur və yalandır”. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, tam əksinə, oktyabrın 23-ü gecə ərzində və bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisi intensiv atəşə tutulub: “Humanitar atəşkəs rejiminə əməl edən

Oktyabrın 22-si gün ərzində və 23-nə keçən gecə cəbhənin Ağdərə, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub. Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Ordusunun keçirdiyi əməliyyatlar nəticəsində cəbhənin Füzuli, Cəbrayıl və Qubadlı istiqamətlərində Ermənistan silahlı qüvvələrinə ciddi zərbələr vurulub, düşmənin bir neçə dayaq məntəqəsi

“Müzəffər Azərbaycan Ordusu Zəngilanın Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndlərini və Ağbənd qəsəbəsini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!” Dalidag.az -ın məlumatına görə, bunu Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev “Twitter” hesabında yazıb.

“Müzəffər Azərbaycan Ordusu Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfidinli, Aşağı Rəfidinli, Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstəlibəyli, Dərzili kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!” Dalidag.az məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Twitter” hesabında yazıb.
Yazı axını
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024