"Ağıllı kənd" konsepsiyasının özü daha müasir, daha texnolojidir. Həm də indiki dönəmdə, indiki vəziyyətdə tətbiq olunası ən uyğun, ən ağıllı, ən məntiqli olanıdır". Dalidag.az bildirir ki, bunu milli.az-a açıqlamasında siyasi analitik Turab Rzayev deyib. O bildirib ki, "ağıllı kənd"lərdə və "ağıllı şəhər"lərdə təsərüffatla məşğul olmaq da rahat olacaq: "Rayonlarda onlarla xırda kənd olur. Birində 20, birində 5, birində 10 ev. Dağ kəndləri olub, hansı ki, sırf qışlaq kimi istifadə olunur və bu

Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Sarıdaş kəndindən videogörüntülər yayıb. Dalidag.az görüntüləri təqdim edir:

Ermənistan Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Azərbaycanla yeni sənədi müzakirə etdiyini təsdiqləyb. Dalidag.az-a istinadla xəbər verir ki, hökumətin iclasında çıxış edən Paşinyan sənədin 100% Ermənistanın maraqlarına xidmət etdiyini bildirib. O, Azərbaycanın bu sənədə razılıq verəcəyi halda onu imzalayacağını söyləyib. Qeyd edək ki, bundan öncə Ermənistanın Vatikandakı keçmiş səfiri, sabiq prezident Serj Sərkisyanın kürəkəni Mikayıl Minasyan Ermənistanla Azərbaycan arasında

Deputat Arzu Nağıyev: “İşğaldan azad edilən ərazilərdə ermənilərin narkotik laboratoriyaya oxşayan anbarları da, məntəqələri də üzə çıxdı” Ağdamın işğaldan azad edilən Cinli kəndi ərazisində 1200 ədəd çətənə kolu aşkar edilib. Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində əməliyyat-axtarış, nəzarət-profilaktiki tədbirlər çərçivəsində ümumi çəkisi 800 kiloqram olan çətənə kolları kökündən çıxarılaraq, yandırılması təmin edilib. Narkotik tərkibli bitkilərin yabanı halda

Rusiya Müdafiə naziri Sergey Şoyqunun erməni həmkarı Vaqarşak Arutyunyanla danışıb. Dalidag.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, tərəflər telefon danışığı zamanı Qarabağdakı vəziyyəti müzakirə ediblər.

“Müharibə bitdikdən sonra Qarabağda ermənilərin mövqeyinin gücləndiyini görmədik, təhlükəsizlik məsələsi, ümumiyyətlə, yoxdur. Sosial proqramlarla diqqəti bu məsələlərdən yayındırırlar”. Dalidag.az xəbər verir ki, bu barədə Xankəndidə separatçıların “parlamentinin deputatı” David Qalstyan deyib. Qalstyan bildirib ki, hər gün azərbaycanlıların yük maşınları Xankəndidən keçir: “Ermənilər saatlarla maşın karvanının keçməsini gözləyirlər. Nə qədər ağrılı olsa da, deməliyəm ki, bu gün Azərbaycanın

Azərbaycan Ordusu sərhədi pozmağa və təxribat törətməyə cəhd edən erməni hərbçiləri cəzalandırıb. Dalidag.az -ın məlumatına görə, bu barədə sosial şəbəkələrdə görüntülər paylaşılıb. Kadrlardan görünür ki, sərhədi keçməyə cəhd edən bir qrup erməni hərbçi Azərbaycan hərbçiləri tərəfindən ərazidən qovulur. Kadrlarda ermənilərin qorxduğu aşkar görünür və onlar Azərbaycan hərbçilərinin əmrlərini müticəsinə yerinə yetirirlər. Dalidag.az

Azərbaycan Respublikası Baş Prokurorluğunun və Respublika Hərbi Prokurorluğunun rəhbərliyinin nəzarəti ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin itkin düşmüş hərbi qulluqçularının tapılaraq, şəxsiyyətinin müəyyən edilməklə, doğmalarına təhvil verilməsi istiqamətində intensiv əməliyyat-istintaq hərəkətləri həyata keçirilir. Bu barədə Respublika Hərbi Prokurorluğunun Mətbuat xidmətindən məlumat verilib. Hərbi prokurorluq orqanlarının və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının

Ağdamın işğaldan azad edilmiş Cinli kəndi ərazisində narkotik aşkar edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində əməliyyat-axtarış, nəzarət-profilaktiki tədbirlər davam etdirilir. Keçirilən tədbirlərlə rayonun işğaldan azad edilmiş Cinli kəndi ərazisində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkarlanıb. Polis əməkdaşları tərəfindən ümumi çəkisi 800 kiloqram olan

Qaragöl ətrafında gərginlik tam səngiməyib. Hərçənd, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov mayın 17-də baş tutan mətbuat konfransında hər şeyin qaydasına düşdüyü mesajını verib. Onun sözlərinə görə, Laçın və Gorus rayonlarının sərhədində heç bir toqquşma baş verməyib, atəş açılmayıb. Lavrov Rusiyanın demarkasiya və delimitasiya məsələlərində köməyini əsirgəmədiyini deyib. Nazir ümumi razılaşma əldə olunduğunu açıqlayıb. Yəni Lavrov narahatlığa əsas olmadığını vurğulayıb. Ermənistan
Yazı axını