28 illik həsrətdən sonra yenidən Şuşamıza qayıdırıq. ASAN radio əməkdaşları Şuşa şəhərində olub. Onlar şəhəri məhəllə-məhəllə gəzərək, şəhərin tarixindən maraqlı süjet hazırlayıb. Şuşa bazarı, meydan bulağı, Şuşa həbsxanasında və digər yerlərdə olublar. Ətraflı təqdim etdiyimiz videoda: Dalidag.az

Bu gün Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli danışıqlar olacaq. Dalidag.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, danışıqlar Rusiyanın dövlət başçısının təşəbbüsü ilə reallaşacaq. Tərəflər üç ölkə liderinin 10 noyabr 2020-ci ildə imzalanmış Dağlıq Qarabağ üzrə bəyanatının reallaşdırmasının gedişatını nəzərdən keçirməyi və regionun problemlərinin həlli

Ermənistanın kapitulyasiyası ilə nəticələnən üçtərəfli razılaşmadan (10 noyabr) iki ay vaxt keçir. Razılaşmanın müəyyən müddəaları yerinə yetirilib (Ağdam, Kəlbəcər və Laçının təhvil verilməsi). Lakin ən vacib müddəalardan biri və ən çox müzakirəyə səbəb olan məsələ hələ də problem olaraq qalmaqdadır: erməni silahlı birləşmələrinin bölgədən çıxarılması. Bu, razılaşmanın 4-cü müddəasında əks olunur və qeyd olunur ki, silahlı ermənilər sülhməramlıların bölgəyə yerləşdirilməsinə paralel olaraq

Qarabağda müharibənin bitməsindən 2 aya yaxın zaman keçməsinə baxmayaraq, Ermənistan hökuməti hələ də itkiləri barədə ictimaiyyətinə dəqiq rəqəmlər açıqlamır. Dalidag.az xəbər verir ki, Ermənistan səhiyyə nazirinin mətbuat katibi Alina Nikosyan döyüş əməliyyatlarının başladığı 27 sentyabrdan 9 noyabra qədər Ermənistan ordusunun itkilərinin 3330 olduğunu, 1441 cəsədin genetik materialından nümunələr götürüldüyünü açıqlayıb. 871 nümunə tibbi ekspertizaya göndərilib. 436 cəsədin şəxsiyyəti

Ermənistanın siyasi və hərbi rəhbərliyi patoloji olaraq nasist Almaniyasının, xüsusilə də onların hərbi quruluşunun yerişini yeriməyə çalışır — Üçüncü Reyxin məsələsi onlara dinclik vermir. Onlar gah İrəvanı müdafiə etmək üçün “Folksşturm” kimi yaşlı insanlardan ibarət ordu yaratmağa çalışır, gah “Folksdoyçe”dən – etnik alman-əcnəbilərindən – ibarət SS bölmələri kimi diaspor ermənilərindən birləşmələr, gah da VuVa – “vundervaffe” və ya “möcüzəvi silah” yaratmağı düşünürlər. Amma bu cəhdlərin

Xəbər verdiyimiz kimi, Ermənistanın Sünik vilayətinin (Zəngəzur) Şurnux kəndinin 12 evin yerləşdiyi ərazisi Azərbaycana təhvil verilib. Dalidag.az xəbər verir ki, teleqram sosial şəbəkəsində hərbçilərimizin Şurnuxdakı evlərdən birinə Azərbaycan bayrağını asmasının görüntüləri yayılıb. Həmin görüntüləri təqdim edirik:

Laçın rayonunun adını eşidəndə həsrət ruhlu mahnılar qulaqlarda səslənir. Gözlər önündə rayonun gözəl təbiəti, başı qarlı dağları, ucsuz-bucaqsız çölləri, buz bulaqları və yaşıl meşələri canlanır. İllərdir Laçın deyəndə qəlbimiz kövrəlirdi. Çünki, ermənilər bizi ata-baba yurdumuza həsrət qoymuşdular. Bu həsrətin bitməsi üçün düz 28 il gözlədik. Vaxt-vədə yetişdi. Müzəffər ordumuz torpaqlarımızı işğaldan azad etdi. Amma Laçının əvvəlki görkəmindən əsər-əlamət qalmayıb. O ərazilər erməni

“2021-ci ildə hərbi qarşıdurmalar Dağlıq Qarabağ, Donbas və Suriyada davam edəcək. Eyni toqquşmalar Kuril adalarında, Belarusda və Şimal dəniz dəhlizində də mümkündür”. Dalidag.az xəbər verir ki, belə bir proqnozla rusiyalı hərbi ekspert Aleksey Leonkov çıxış edib. Onun sözlərinə görə, “Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağdakı münaqişə bu il gizli şəkildə davam edə bilər”. Mütəxəssis hesab edir ki, əgər müharibənin nəticələri bütün tərəfləri qane etsəydi, konflikt bitərdi.

Rus sülhməramlıları Ermənistan ərazisindən Dağlıq Qarabağa yola salınan növbəti karvanı müşayiət ediblər. Dalidag.az xəbər verir ki, bu barədə RF Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, son 24 saat ərzində 100-ə yaxın, ümumilikdə isə 47 287 nəfər İrəvandan Xankəndinə qaytarılıb. Xatırladaq ki, Rusiyanın, Azərbaycanın və Ermənistanın noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanata əsasən, BMT-nin Ali komissarının nəzarəti ilə Dağlıq Qarabağ və ətraf rayonlara qaçqın və məcburi köçkünlər

Bir neçə gün əvvəl rus sülhməramlıları 45 min erməni qaçqının Qarabağa qayıtdığını və indi Qarabağdakı erməni əhalisinin sayının 75 minə yaxınlaşdığını sevinclə bildirdi. Rəsmi açıqlamalarına görə, Kreml onları yükü rəsmi Bakının çiyinlərinə düşəcək potensial vətəndaşlar kimi görür. Əslində isə mənzərə Rusiya və onun siyasi rəhbərliyi üçün o qədər də nikbin deyil. Dalidag.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında rusiyalı hərbi ekspert, tanınmı tarixçi alim Oleq Kuznetsov deyib.
Yazı axını
 
29 / 04 / 2024