Dəfələrlə demişəm ki, rus sülhməramlıları Qarabağ münaqişəsinin həllində əvəzedilməz bir əlaqədir və təsadüfi deyil ki, erməni quldur birləşmələri yerləşdikləri ərazilərdə təxribatlar həyata keçirməyə çalışırlar. Yəni əslində separatçılar lazımi reaksiyanın verilməməsi ümidi ilə Moskvanın səbrini sınayırlar. Dalidag.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında rusiyalı hərbi ekspert Yevgeni Mixaylov deyib. Onun sözlərinə görə, Kremldən bir reaksiya var və ermənilərin özlərinin Rusiyanı

Qarabağdakı son hərbi əməliyyatlar zonasında itkin düşənlər və ölən hərbçilərin qalıqları üçün 3 gündür axtarış aparılmır. Dalidag.az xəbər verir ki, axtarış işlərinin hava şəraiti ilə əlaqədar bu gün də dayandırıldığı bildirilib. Qeyd edək ki, münaqişə zonasında atəşkəsin bərqərar edilməsindən sonra başlayan axtarış zamanı 1485 nəfərin cəsədi və qalıqları tapılıb. Zümrüd

“Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, təəsüflər olsun ki, bəzi şəxslərin nəzarət postlarından kənar yollarla işğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərmələri hallarına hələ də rast gəlinir”. Dalidag.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatında bildirilib. Qeyd olunub ki, dünən Tərtər rayon sakini Bəxtiyar Mahmudov dumanlı hava şəraitindən istifadə edərək idarə etdiyi “Niva” markalı avtomobillə işğaldan azad olunmuş əraziyə keçməyə cəhd

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağ mövzusuna toxunub. Dalidag.az unikal.org-un Türkiyə KİV-ə istinadən verdiyi xəbərə görə bildirir ki, Ərdoğan Türkiyənin hər zaman sərgilədiyi yanaşmadan danışıb. "Biz hər zaman zərər görənə qucaq açdıq, zalıma təslim olmadıq. Qarşılıq ödəmək lazım olanda ödədik. Amma heç bir zaman əyilmədik. Biz Suriyada, Liviyada bu yanaşmanı göstərdik. Biz Qarabağda da bunu etdik. Somalidə də, Fələstində də, Bosniyada da, Kiprdə də bunu etdik. Zaman oldu ki,

Fevralın 9-da Ermənistanın Baş prokuroru Artur Davtyan qarabağın dağlıq hiissəsinə səfər etdiyinə dair məlumat yayılıb. Ermənistanın kütləvi informasiya vasitələri məlumat verib ki, o, Xankəndinə gələrək separatçıların başçısı Araik Arutyunyanla görüşüb. Ancaq rəsmi olaraq belə bir görüşün olduğu barədə hər hansı açıqlama verilmədi. Bəzi erməni media orqanları bunu Bakının xəbərdarlığı ilə bağladı... Qeyd edək ki, hələ yanvarın əvvəlində Ermənistan Xarici İşlər naziri Ara Ayvazyanın Qarabağa

“Bir nəfər lovğalanaraq, Kirovabadda (Gəncə-red.) aeroportu darmadağın etmək barədə əmr verdiyini bəyan edirdi. Lakin atəş yaşayış məhəlləsinə açılmışdı, hərbi obyektə yox...”. Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan müsahibəsində bu etirafla çıxış etdi: məqsədi Paşinyan hakimiyyətini ittiham etmək idi, lakin bununla, Ermənistanın müharibə cinayətinə əl atdığını, 44 günlük müharibədə Azərbaycanın yaşayış məskənlərini raket hücumlarına məruz qoyduğunu etiraf etmiş oldu. I Qarabağ

Qondarma Dağlıq Qarabağ rejimi rus dilini rəsmi dil elan edib. Dalidag.az xəbər verir ki, buna dair qanunvericilikdə dəyişikliklər layihəsi "DQR” parlamentinin saytında yerləşdirilib. "Dağlıq Qarabağın rəsmi dilləri erməni və rus dilləridir”, – məlumatda bildirilib. Sənədə əsasən "dövlət orqanları”, hüquqi şəxslər, müəssisə və təşkilatlar ofis işlərini erməni dilində, lazım gələrsə rus dilində aparmağa borcludurlar.(qazet.az) Dalidag.az

Rusiya Qarabağ müharibəsində məğlub tərəfdir. Dalidag.az istinadla xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibinin keçmiş müşaviri, politoloq Pol Qobl ABŞ Ordusu Mədəniyyət və Bölgə Tədqiqatları Bürosu (CASO) Komandanlığı və Baş Qərargah Kollecinin təşkilatçılığı ilə keçirilən “Cənubi Qafqazda geopolitika və böyük güc rəqabəti” adlı panel müzakirəsi zamanı deyib. O bildirib ki, Kreml Qarabağa ordu yerləşdirmək istəmirdi: “Lakin Türkiyə qüvvələrinin bura girəcəyindən ehtiyat etdiyinə görə son

Ermənistanın Sünik bölgəsinin Çakaten kəndində ermənilər və azərbaycanlılar bir-birlərindən 2 metr məsafədə dayanır. Dalidag.az xəbər verir ki, bunu kəndin muxtarı Usik Saruxanyan deyib. Onun sözlərinə görə, azərbaycanlılar Qafan-Çakaten yolunun bir hissəsindən istifadə edir və sülhməramlıların müşayiəti ilə vəzifələrini icra edirlər. “Erməni və Azərbaycan hərbçiləri, sözün əsl mənasında, bir-birindən bir neçə metr məsafədə yerləşirlər. Vəziyyət hələ də sakitdir, hər şey hər zamankı kimi davam

Ermənistan mediası "Artsax müdafiə ordusuna əsgərlər üçün yeni çağırış başlayıb” başlıqlı yazılar dərc etməyə başlayıb. Hətta Xankəndi Hərbi Komissarlığı önündə çəkildiyi iddia edilən şəkillər paylaşılıb. "Artsax müdafiə ordusu" qalıbmı? Bu çağırışçılar harada xidmət göstərəcək? Dalidag.az -ın xəbərinə görə, Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli məsələ ilə bağlı bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, bu dəhliz
Yazı axını